Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Milli fəal Həsən Əsədinin həbsxanada ağır işgəncələrə məruz qaldığı bildirilir

Mirzə Xəzər 07 Yan 2009

no comments

MİLLİ FƏALIN AĞIR İŞGƏNCƏYƏ MƏRUZ QALDIĞI HAQDA MƏLUMAT və ŞƏKİLLƏR YAYILIB
2009-01-07 - 12:53:00

hesen_2

Milli fəal Həsən Əsədinin həbsxanada ağır işgəncələrə məruz qaldığı bildirilir. Güney Azərbaycan İstiqlal Partiyasından «Media forum» saytına verilən məlumata görə, H.Əsədini həbsxanada ipdən başaşağı asıblar, şallaqlayıblar, dırnağını çəkiblər. Əsədinin dəfələrlə işgəncə altında bayıldığı, komaya düşdüyü və koma vəziyyətində Tərbizin Ustad Alinəsəb Xəstəxanasına aparıldığı vurğulanır.

Məlumata görə, işgəncə xəbərinin yayılmaması üçün İranın rəsmi qurumları H.Əsədinin ailəsini təhdid də edib.

Güney Azərbaycan İstiqlal Partiyası bildirir ki, ailəsinin köməyi ilə H.Əsədi sağalıb, bundan sonra onu yenə həbsxanaya köçürüblər.

İşgəncələrdə məqsədin H.Əsədini bir sıra ifadələrə qol çəkdirməyə məcbur etmək olduğu, amma milli fəalın bundan boyun qaçırdığı deyilir.

H.Əsədi 2007-nin əvvəlində milli fəal Abbas Lisaninin həbsinə etiraz olaraq Ərdəbil həbsxanası qarşısında keçirilən aksiyaya qatıldığı üçün tutulub. Güney Azərbaycan İstiqlal Partiyasının üzvü olmaqda günahlandırılan Əsədi 5 ay ETTELAAT-ın Ərdəbil və Təbriz həbsxanalarında saxlandıqdan sonra 70 milyon tümən (təxminən 70 min dollar) mülk girovu müqabilində azadlığa buraxılıb.


2008-ci ilin fevralında Təbriz İnqilab Məhkəməsinin II şöbəsində ona hökm çıxarılıb. H.Əsədi İran İslam Respublikasına müxalif qurum və təşkilatlarla, Güney Azərbaycan İstiqlal Partiyası (GAİP) ilə əlaqədə ittiham olunub və ona 1 il həbs cəzası verilib.

("Media Forum")

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: ƏSGƏRLƏR ŞƏHİD OLUR - KÜL MİLLƏTİN BAŞINA

Sonrakı məqalə: Məlahət Ağacanqızı: MƏN BİR SARİ GƏLİNƏM! /şeirlər /

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3790

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin