Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Prezidentliyə keçmiş namizəd Qüdrət İsaqov həbsdə olan jurnalistlərin azad olunmasına çağırır

Mirzə Xəzər 22 Sen 2008

Prezidentliyə keçmiş namizəd fiyika-riyaziyyat elmləri toktoru Qüdrət İsaqov Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, həbsdə olan jurnalistlər – Qənimət Zahidovu, Mirzə Sakiti və Eynulla Fətullayevi əfv etməyi xahiş etmişdir. Qüdrət İsaqov “Mirzə Xəzərin Səsi” internet qəzetinə göndərdiyi müraciətində qeyd edir ki, “həbsxanada keçən hər ğün və hər saat dördüncü hakimiyyətin nümayəndələri olan jurnalistlərin sağlamlığına təhlükə törətməklə, ailələrinə də olmazın əziyyətlər verir.”

(“Mirzə Xəzərin Səsi”)

Salam Mirzə müəllim

Mirzə Xəzər 19 Sen 2008

no comments

Salam Mirzə müəllim,


Sənin adını eşidəndə, yaxud bir yerdə görəndə yadıma 20 yanvar 1990 il düşür.
İndiki prezident aparatının qabağı, 20 yanvar gecə saat 2 dən keçir. Heç kim oranı tərk etmir. Mərkəzi univermaq tərəfindən və aşağıdan Azneftdən rus mundarları görünməyə başlayır. Həmişə olduğu kimi İndiki ve o vaxtki (azadlıq)liderlərindən də heç kim gözə dəymir. Tribunada ancaq Firuz Haşımov var. Qorxudan bəziləri dağılışmaq istədi. Bu vaxt radioda sənin səsini verdilər. İnsanları o səs bir birinə bağladı o gecə. səhərə kimi o səs ilə bir yerdə qaldıq. Bakının bəlkə yeganə yeri idi ki orada rus murdarları vəhşiliklərini göstərmədi. Heç kimin gözünə Rus murdarları görsənmirdi, çünki, mən qarışıq hamının qulaqları sənin səsində idi. Səhərə yaxın bir balaca koridor verdilər, hamımız o koridorla Bakısoveti metrosuna tərəf gedib dağılışdıq.


Sağ ol Mirzə, əgər o lent yazısı səndə varsa arxivində ver bizə bir az qulaq asaq.

Ilqar — 16 sentyabr, 2008

Leyla Yunus: Beynəlxalq təşkilatlar seçkilərə maraq göstərmir

Mirzə Xəzər 19 Sen 2008

no comments

Leyla Yunus: «Belə münasibətə səbəb seçkilərin nəticələrinin əvvəlcədən məlum olmasıdır»

Ölkədə keçiriləcək prezident seçkilərinə bir aydan az müddət qalsa da, seçkini müşahidə edəcək exit-poll keçirmək üçün hələ ki, heç bir xarici təşkilat müraciət etməyib. MSK sədri Məzahir Pənahov hələlik yalnız yerli təşkilatların bu məqsədlə onlara müraciət etdiyini bildirib. Beynəlxalq təşkilatların maraq göstərməməsi nə ilə bağlıdır? Məsələyə münasibət bildirən Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunusun sözlərinə görə, buna səbəb seçkilərə marağın olmamasıdır: “Istər yerli ictimaiyyətin, istərsə də beynəlxalq qurumların seçkilərə münasibətinə nəzər salanda, çox sakit, laqeyd münasibət görürəm. Bəlkə də belə münasibətə səbəb seçkilərin nəticələrinin əvvəlcədən məlum olmasıdır. Ola bilsin ki, hansısa rəsmi, nominal, real olmayan exit-poll olacaq. Bu barədə də biz seçki kampaniyasının sonunda eşidəcəyik. Ancaq hələ ki, hansısa beynəlxalq təşkilatın exit-poll keçirmək niyyətində olduğunu eşitməmişəm. Yəqin ki, seçkilərə maraq yoxdu”.

Fizzə

("Azadlıq" qəzeti)


Əvvəlki məqalələr

Sonrakı məqalələr