Qafqaz Müsəlmanları İdarəsi müqəddəs Ramazan ayının başlanması münasibətilə fətva verib
[ 30 Avqust 2008 15:19 ]
Bakı. Elnur Məmmədli – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Ramazan ayının başlanması münasibətilə fətva verib. APA-nın məlumatına görə, fətvaya əsasən, avqustun 31-i niyyət axşamı, sentyabrın 1-i isə Ramazan ayının ilk günüdür. Qədr və Əhya gecələri ayın 18-i, 20-si, 22-si və 26-sına təsadüf edir.
Qeyd: Orucu batil edən şeylər
Yemək; içmək; cinsi əlaqə; istimna (onanizm); qatı tozu udmaq; Allah, Peyğəmbər və İmamların adından yalan söz demək; Sübh namazınadək bilərəkdən cənabət, heyz və ya nifaz halında qalıb qüsul etməmək; başı tamamilə suya batırmaq; maye sevlərlə imalə etmək və qəsdən qusmaq.
APA
Təqvim
İmsaq vaxtı
İftar vaxtı
Qədr və Əhya gecələri
1
05.56
20.29
2
05.57
20.28
3
05.58
20.26
4
06.00
20.24
5
06.01
20.22
6
06.02
20.21
7
06.03
20.19
8
06.04
20.17
9
06.04
20.16
10
06.06
20.14
11
06.07
20.12
12
06.08
20.11
13
06.10
20.09
14
06.11
20.08
15
06.12
20.06
16
06.13
20.04
17
06.14
20.02
18
06.15
20.01
Qədr və Əhya gecəsi
19
06.16
19.59
20
06.17
19.57
Qədr və Əhya gecəsi
21
06.18
19.55
22
06.19
19.54
Qədr və Əhya gecəsi
23
06.20
19.52
24
06.21
19.50
25
06.22
19.49
26
06.23
19.47
Qədr və Əhya gecəsi
27
06.24
19.45
28
06.25
19.44
29
06.26
19.42
Qeyd: Orucu batil edən şeylər
Yemək; içmək; cinsi əlaqə; istimna (onanizm); qatı tozu udmaq; Allah, Peyğəmbər və İmamların adından yalan söz demək; Sübh namazınadək bilərəkdən cənabət, heyz və ya nifaz halında qalıb qüsul etməmək; başı tamamilə suya batırmaq; maye sevlərlə imalə etmək və qəsdən qusmaq.
HOLLANDİYADA İLK DƏFƏ AZƏRBAYCAN HAQDA KİTAB ÇIXIB
Bu gunlerde Hollandiyada ilk defe olaraq Azerbaycan haqqinda kitab isiq uzu gorub. Kitabin bir layihe olaraq ortaya gelmesi ve elece de bu layihenin heyata kecirilmesi Hollandiyadaki Azerbaycan cemiyyetlerinden biri - "Azeriunited" cemiyyetine mexsusdu.Bu kitabin erseye gelmesinde ondan cox sexsin emeyi var. Kitabda Azerbaycan metbexi haqda melumat, elece de bir cox Azerbaycan yemeklerinin resepti oz eksini tapib. Kitabin muellifleri de ele ?Azeriunited? cemiyyetinin uzvleri Lale Memmedova ve Tofiq Hacilidir. Onu da qeyd edek ki, kitabda hem de Azerbaycanin bir cox gormeli yerlerinin sekli, tarixi, medeniyeti, musigi we taninmish alimleri, musigicileri, yazicilari yer alib.Bir sozle, kitab tekce Azerbaycan metbexi yox, elece de Azerbaycan haqqinda melumata, tarix, medeniyetimiz, olkemiz barede malik olmaq isteyenler ucun cox faydalidir. Kitab haqda daha etrafli melumati cemiyyetin internet sehifesinde ala bilersiniz: kitabin sehifesi : http://www.nogteontdekken.nl cemiyyetin sehifesi : http://www.azeriunited.com "nog te ontdekken " ( yet to discover) demekdir ingilisce. Yani (daha yeni ashkarlanacag bir shey) bu hollandalilar ucun nezerde tutulur, cunku onlar bizleri tanimir. Kitab 1 august-dan Hollandada butun dukkanlara satisha cixib. Azeriunited Cemiyeti yaxin gunlerde kitabin prezentasiyasini kecirecek. Hormetle Tofig Hacili Azeriunited Cemiyeti.
Vəhhabi təriqətinə mənsub şəxslərin Ləzgi Məscidində namaz qılmasına imkan verilməyib
[ 29 Avqust 2008 14:46 ]
Bakı. Elnur Məmmədli – APA. Vəhhabi təriqətinə mənsub şəxslərin İçərişəhərdə yerləşən Ləzgi Məscidində Cümə namazı qılmalarının qarşısı alınıb. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu gün namaza az qalmış Ləzgi Məscidinin ətrafı Səbayel rayon Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb, məscidin yerləşdi əraziyə giriş-çıxış məhdudlaşdırılıb.
Namaz vaxtı həm Milli Park, həm də İçərişəhərin ayrı-ayrı küçələri ilə məscidə yaxınlaşan dindarlar ərazidən uzaqlaşdırılıb. Polislər Ləngi Məscidində yer olmadığını əsas gətirərək, burada namaz qılmağın mümkün olmadığını bildiriblər. Həm polislər, həm də ərazidə olan Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin əməkdaşları onlara Göy Məscid və ya Bibi Heybət Məscidinə getməyi məsləhət görüblər. Vəhhabilər dəfələrlə məscidə girməyə cəhd etsələr də, polislər buna imkan verməyiblər. Namaz bitdikdən sonra isə ərazidə sakitlik yaranıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin təmsilçisi Gündüz İsmayılov APA-ya bildirib ki, dindarların məscidə buraxılmamaları onların vəhhabi təriqətə mənsub olmaları ilə əlaqədar deyil: ““Əbu Bəkr” məscidində baş verən hadisədən sonra məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Yalnız məscidlərin içərisində namaz qılmağa icazə verilir. Bir neçə gün idi ki, Ləzgi Məscidinin ətrafında və yolda da namaz qılınırdı. Lakin bu, ən az təhlükəsizlik baxımından düzgün deyil. Paytaxtda digər məscidlər var və bu insanlar istədikləri məsciddə namaz qıla bilərlər. Biz bu tədbirləri yalnız təhlükəsizlik məqsədi ilə həyata keçiririk”.
G. İsmayılov polisi ərazidə komitə tərəfindən çağırılmadığını da qeyd edib: “Onlar, sadəcə, öz vəzifələrini yerinə yetirib təhlükəsizlik tədbirləri görürlər”.
APA


