Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Qusarda vəhhabilərlə Azərbaycanın daxili qoşunları arasında silahlı toqquşma baş verib

Mirzə Xəzər 30 Avq 2008

no comments

Ebu-Bekr mescidi 180808

Bir nəfər əsgər ölüb, biri isə yaralanıb

Hüquq-mühafizə orqanlarının rəhbərləri hadisə yerindədir Hüquq-mühafizə orqanları Qusar rayonu ərazisində sələfilərə (Vəhhabilərə) qarşı əməliyyat keçirib. Əməliyyatda Azərbaycan Dövlət Sərhəd Xidmətinin bir əsgəri öldürülüb, biri isə yaralanıb. Bəzi məlumatlara görə onlar Daxili Qoşunların əsgərləridir. Qusar rayon Prokurorluğundan məlumatı təsdiqləyiblər, ancaq ətraflı məlumat verilməyib. Hüquq-mühafizə orqanları rəhbərlərinin hadisə yerində olduğu bildirilir. Məlumatlara görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən Vəhhabilərlə sərhədçilər arasında silahlı insident olub. Bildirildiyinə görə, kəndə giriş-çıxış bağlanıb. Qarşı tərəfdən itkilərin olması barədə məlumat yoxdur. Trend News-un bölgə müxbirinin rayonun hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən verdiyi məlumata görə, insident Vəhhabilər Azərbaycana qanunsuz keçmək istəyərkən baş verib. Qusar rayon prokuroru Vamiq Əsədov isə bildirib ki, hadisə zamanı Daxili Qoşunların bir əsgəri öldürülüb. Prokuror hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib. O, hadisənin kim tərəfindən törədildiyinin məlum olmadığını, hadisəni törədən şəxsin qaçdığını deyib. Daxili Qoşunların mətbuat xidmətindən həmin ərazidə əməliyyat keçirildiyi təsdiqlənib. Lakin hadisə ilə bağlı məlumat verilməyib. Yada salaq ki, avqustun 17-də Bakıdakı Əbu-Bəkr məscidində partlayış baş vermişdi. Əsasən, sələfilərin (Vəhhabilər) namaz qıldığı məsciddə törədilən partlayışda 2 nəfər ölüb, 19 nəfər yaralanıb. Məhz bundan sonra Vəhhabilərin üzərinə kütləvi hücumlar başlayıb. Əvvəlcədə Zaqatala və Balakəndə Vəhhabilərlə bağlı xüsusi əməliyyat keçirilib. Onlar polis idarəsinə aparılıb və müxtəlif təzyiqlərlə üzləşib. Daha sonra Bakının müxtəlif polis idarələrinə dəvət olunan dindarların zorla saqqalı qırxılıb. Iki gün əvvəl isə Aşurbəy məscidində və Şəhidlər Xiyabanındakı məsciddə bəzi dindarlara və xüsusilə də Vəhhabilərə cümə namazı qılmağa imkan verilməyib.

Informasiya şöbəsi

 

("Azadlıq" qəzeti, 31.08.2008)

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 15 il ötür

Mirzə Xəzər 30 Avq 2008

no comments

azerbaijan_sm00

[ 31 Avqust 2008 00:05 ]

Bakı – APA. Avqustun 31-i Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyi gündür. APA-nın məlumatına görə, ərazisi 826 kv/km olan Qubadlı 1993-cü il avqustun 31-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

Qarabağ müharibəsində Qubadlının 232 sakini şəhid, 146-sı isə əlil olub. Ermənilər Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandırıb və talan ediblər. İşğala qədər 33 800 əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışıb. Rayonda 111 mədəni-maarif müəssisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avtoklub olub.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, 5-ci əsrə aid "Qalalı" və "Göyqala" abidələri, 14-cü əsrdə tikilmiş "Dəmirçilər Türbəsi", Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altında qalıb.

Azərbaycanın bölgələrindəki naməlum şəhid məzarları dağılır

Mirzə Xəzər 30 Avq 2008

no comments

Shehid mezarliq

[ 30 Avqust 2008 15:00 ]

Qarabağ. Teymur Zahidoğlu – APA. Ağdam, Bərdə, Tərtər və digər cəbhəyanı rayonlarındakı qəbiristanlıqlarda saysız-hesabsız naməlum şəhid məzarları var. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu məzarlarda uyuyanların əksəriyyətinin dəfn mərasimi müəyyən şəxslər tərəfindən lentə alınıb. 1994-cü ilin sonlarınadək naməlum şəhidlərdən bir neçəsinin nəşi həmin çəkilişlər vasitəsilə müəyyən edilərək doğmaları tərəfindən köçürülüb.

Burada qalan naməlum şəhid qəbirləri isə baxımsızlıqdan dağılmaq təhlükəsi ilə üzləşib. İmkanlı adamlar naməlum şəhidlərlə eyni qəbiristanlıqda dəfn olunmuş yaxınlarının qəbirləri üzərində sərdabələr ucaltsalar da, onların məzarlarının dağılmasına biganədirlər. Hətta bu sərdabələrin tikintisində istifadə olunan sement-betonu şəhid məzarlarının sinədaşı üzərində qarışdıranlar da tapılıb. Naməlum qəbirlərin bəzisinin daşını isə hətta yerindən qoparıb kənara atıblar.

Bərdə şəhər məscidinin axundu, müharibə iştirakçısı Ramazan Hüseynov APA-nın yerli bürosuna belə getsə, naməlum şəhidlərin məzarlarının tamamilə yoxa çıxacağını bildirib. O, naməlum qəbirlərlə bağlı maraqlı bir faktı da açıqlayıb. R. Hüseynovun sözlərinə görə, müharibənin qızğın vaxtlarında bir şəhidi naməlum kimi dəfn eləyiblər. Sonradan bir nəfər onların yanına gələrək qardaşını axtardığını bildirib. Ondan qardaşının əlamətlərini soruşublar: “Həmin şəxs Neftçala rayonunun Qazaxbərə kəndindən idi. Getdi anasından soruşdu qardaşının əlamətlərini. Anası deyib ki, oğlunun sinəsinə döymə ilə “Səlimə” yazılıb. Mən də həmin mərhumun qəbrini qardaşına göstərdim. Meyiti çıxarıb apardılar. Səlimə həmin şəhidin orta məktəbdə bir partada oturduğu və sevdiyi qızın adı olub. Anası dedi ki, oğlunu tapdığına görə Səliməyə minnətdardır və onu ömrü boyu özünə gəlin hesab edəcək”.

Əlavə edək ki, bu qəbirlərdə dəfn olunanların adları itkin siyahısındadır.

APA

Əvvəlki məqalələr

Sonrakı məqalələr