Gəncədə N saylı hərbi hissədəki yanğın söndürülüb
[ 01 Sentyabr 2008 01:01 ]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə N saylı hərbi hissədəki güclü yanğını söndürmək mümkün olub. APA-nın qərb bürosunun hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, avqustun 31-də saat 21.30 radələrindən başlamış yanğın sentyabrın 1-də saat 00.30 radələrində söndürülüb.
Qeyd edək ki, hərbi hissədən əməkdaşımıza yanğının yeməkxanada elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilib.
Lakin yanğın partlayışla müşayiət olunub. Təsdiqlənməmiş məlumatlara görə, əslində yanğın hərbi hissənin silah anbarında baş verib.
Gəncə şəhər Yanğın Mühafizə Xidmətindən bildirilib ki, hadisə yerinə 8 yanğınsöndürmə maşını və şəxsi heyət cəlb olunub. Lakin yanğın güclü olduğuna görə, Samux və Göygöl rayonların yanğınsöndürümə xidmətləri də əraziyə cəlb olunublar.
Gəncədə hərbi hissədə silah anbarının alışması nəticəsində güclü partlayışlar baş verib, yanğın davam edir
23:51 31-08-2008
Bu gün saat 21.30 radələrində Müdafiə Nazirliyinin Gəncədə yerləşən N saylı hərbi hissəsində yanğın başlayıb. Lent.az-ın Gəncə müxbirinin verdiyi məlumata görə, küləkli hava şəraiti yanğını daha da gücləndirib və yanğın hissənin silah anbarını cənginə alıb. Ətrafda olanlar güclü partlayış səsləri eşitdiklərini deyiblər. Hazırda davam edən yanğını söndürmək üçün Gəncəylə yanaşı, Göygöl və Samux rayonlarının da Fövqəladə hallar komissiyasının Yanğınsöndürmə Xidmətinin maşınları və əməkdaşları hadisə yerinə cəlb olunublar. Hələlik hadisənin qarşısını almaq mümkün olmur.
LENT.AZ
----------------------------------------------------
Gəncədə N saylı hərbi hissədə güclü yanğın baş verib
[ 31 Avqust 2008 23:40 ]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə N saylı hərbi hissədə yanğın baş verib. APA-nın qərb bürosunun hazırda hadisə yerində olan əməkdaşının veridyi məlumata görə, 21.30 radələrindən başlamış yanğın indiyə qədər davam edir.
Hərbi hissənin komandiri əməkdaşımıza yanğının yeməkxanada, elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verdiyini deyib.
Lakin yanğın partlayışla müşayiət olunub. Təsdiqlənməmiş məlumatlara görə, əslində yanğın hərbi hissənin silah anbarında baş verib.
Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hadisə yerinə 8 yanğınsöndürmə maşını və şəxsi heyət cəlb olunub. Lakin yanğın güclü olduğuna görə, Samux və Göygöl rayonların yanğınsöndürümə xidmətləri də əraziyə cəlb olunublar.
APA
Türkiyənin prezidenti Abdulla Gülün İrəvana gedəcəyi təsdiqləndi
[ 31 Avqust 2008 22:33 ]
Bu xəbəri APA-nın Türkiyə bürosunun sualını cavablandıran xarici işlər naziri Əli Babacan təsdiqləyib
İstanbul. Mayis Əlizadə-APA. Türkiyə prezidenti Abdulla Gülün Ermənistana getməsi qətiləşib. Bunu APA-nın Türkiyə bürosunun əməkdaşının Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandıran Türkiyənin xarici işlər naziri Əli Babacan təsdiqləyib.
Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birlikdə İstanbulda mətbuat konfransı keçirən Ə. Babacan əməkdaşımızın Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandırarkən, bu səfərə hazırlıq məqsədi ilə diplomatik nümayəndə heyətinin bazar ertəsi İrəvana gedəcəyini deyib: “Biz bu səfərə çox önəm veririk. Türkiyə regiondakı problemlərin danışıqlar yolu ilə həll edilməsi üçün daim təşəbbüslərlə çıxış edəcək”.
Türkiyə xarici işlər naziri “Qafqaz Sabitlik Paktı” ilə bağlı prosesin hələ başlamadığını, A.Gülün səfərindən sonra Ermənistanın da bu prosesə qoşulacağına ümid etdiklərini bildirib.
Əli Babacan region ölkələri arasındakı müzakirələrin davam etdirilməsinin münasibətlərdə yeni səhifələr açacağına diqqəti cəlb edərək, bölgədəki sülh proseslərində ölkələrin özlərinin razılığa gəlməsini istədiklərini deyib.

