Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Belçika paytaxtı Brüsseldə Dünya Azərbaycanlıları və Demokratik Dünya Azərbaycanlıları konqreslərinin birlik qurultayı yekunlaşıb

Mirzə Xəzər 23 İyn 2008

no comments

İKİNCİ DAK-ı DA HƏMSƏDRLƏR İDARƏ EDƏCƏK. HƏMSƏDR PAŞA QƏLBİNUR: «ƏSİL DAK BUDUR»
2008-06-23 - 12:51:00


Bu gün Belçika paytaxtı Brüsseldə Dünya Azərbaycanlıları və Demokratik Dünya Azərbaycanlıları konqreslərinin birlik qurultayı yekunlaşıb. «Media forum» saytı xəbər verir ki, professor Paşa Qəlbinur və Məhəmmədrza Xeşti birləşmiş DAK-a həmsədr seçiliblər.

DAK-ın sədri olmuş Qulamrza Sədri Təbrizi sayta açıqlamasında bildirib ki, o, qurumun rəhbərliyinə heç bir iddia etməyib, namizədliyini irəli sürməyib: «Qurultay 21 nəfərlik İdarə Heyəti seçdi. İdarə Heytinin üzvləri arasından isə Azərbaycandan professor Paşa Qəlbinur və ABŞ-dan Məhəmmədrza Xeşti həmsədr oldular. Artıq qurultay yekunlaşıb. İştirakçılar bu gün başqa bir tədbirə - Avropa Parlamentinin iqamətgahında düzənlənən «Güney Azərbaycanın çağdaş durumu və siyasi gələcəyi» seminarına qatılacaqlar».

Həmsədr Paşa Qəlbinur «Media forum» saytına bildirib ki, Q.Təbrizi DAK-ın fəxri sədri seçilib: «İlk dəfədir ki, İdarə Heyətinə dünyanın daha çox ölkələrindən nümayəndələr daxil olub. Qurumda tanınmış adamlar var: Rusiyadan Tofiq Məlikov, diplomat Ramiz Abutalıbov, Azərbaycandan Vaqif Sultanlı, Əmir Pəhləvan, Eliza İsmayılova, Mərdan Qəniyev, ABŞ-dan Əhməd Obalı və başqaları. Qurultay çox rahat, çox mehriban şəraitdə keçdi».

Sabir Rüstəmxanlının rəhbərlik etdiyi DAK-a gəlincə, P.Qəlbinur bildirib ki, bu təşkilatı 1997-ci ildə hazırda «Gün AZ» televiziyasına rəhbərdik edən Əhməd Obalı Los-Anceles şəhərində təsis edib: «Təsisçi Əhməd Obalı bu qurultayda iştirak etdi. Deməli, əsil DAK da budur. Onlar ümimi DAK ola bilər, nəsə başqa bir qurum ola bilər, amma əsil DAK budur».

Dünya Azərbaycanlıları Konqresi 1997-ci ildə ABŞ-da yaradılıb. 2005-ci ildə təşkilat parçalanıb və DAK adlı iki qurum fəaliyyət göstərib. Onlardan birinə Cavad Derəxti, digərinə Məhəmmədrza Xeşti rəhbərlik edib.

Məhəmmədrza Xeştinin rəhbərlik etdiyi DAK 2006-cı ildə İsveç paytaxtı Stokholmda qurultay keçirib və qurumun adı dəyişdirilərək Demokratik DAK adlandırılıb. Cavad Derəxtinin rəhbərlik etdiyi DAK-ın qurultayında isə (2007-ci il iyulun 7-8-də Almaniyanın Köln şəhərində keçirilib) Qulamrza Səbri Təbrizi qurumun yeni sədri seçilib.

2007-ci il dekabrın əvvəlində DAK-la Demokratik DAK arasında birləşdirici qurultaya gedilməsi haqda saziş imzalanıb. Ancaq qurum yenidən parçalanıb.Yeni parçalanmanın əsası bu il martın 4-də bir qrup İdarə Heyəti üzvünün keçirdiyi paltak iclasda qoyulub. Həmin iclasın qərarına görə, Q.Təbrizi DAK sədrliyindən kənarlaşdırılıb. Onun yerinə şair Sabir Rüstəmxanlı seçilib. Lakin İdarə Heyətinin digər qrupu martın 4-də verilən qərarı qeyri-legitim sayıb.

İyunun 6-8-də isə Almaniyanın Köln şəhərində S.Rüstəmxanlının rəhbərlik etdiyi DAK özünün 10-cu qurultayını keçirib. S.Rüstəmxanlı və Firidun Pərvizniya həmsədr seçiliblər.


«Media forum»

Seymur Həziyev: "Qurtuluş" düyünü

Mirzə Xəzər 18 İyn 2008

no comments

Xalq bərabərdir «xilaskarına» formulası və ləngərlənən beynəlxalq vəziyyət barədə

Azərbaycanda xalq hakimiyyətinin qiyam yolu ilə devrilməsindən on beş il ötür. Bu “hərbi siyasi qiyam üçbucağı”nın son aqibəti barədə onu demək olar ki, hərbləşmiş katetlərin kvadratlarının cəmi siyasi hipetenuzun kvadratına bərabər ola bilmədi. Heydər Əliyev hakimiyyətə gəlmək üçün ona bütün gücü ilə kömək etmiş Surət Hüseynov və Əlikram Hümbətovu vətən xaini elan edib həbs etdirdi. Bütün klassik dedektiv filmlərində olduğu kimi, tətikçilər məhkəmə qarşısından ipə gedir. Sifarişçi isə zərərçəkmişin vəkili qismində ilahi ədalətdən danışır. Biz bu yazıda on beş il öncə baş vermiş, bu gün haqqında rəsmi təbliğatda “qurtuluş günü” kimi qeyd olunan hərbi siyasi qiyam barədə bəhs edəcək, bu qiyamın sosial - psixoloji və hüquqi siyasi nəticələrinə toxunmağa cəhd edəcəyik.


Cənubi Qafqazda etnofaşizmə yuvarlanmış Ermənistan və Qamsaxurdiya Gürcüstanı regionun siyasi hadisələrində pozitiv mövqe tuta bilmirdilər. Etnik demokratiya bu cəmiyyətlərin daxili balansını sarsıtmışdı. Azərbaycan təcavüzlə qarşı-qarşıya olsa da, torpaqların uğrunda savaşan nizami hərbi hissələrin şəxsi heyəti öz yerində, könüllü özünümüdafiə dəstələri daxilində demək olar ki, bütün etnik azlıqlar canfəşanlıqla iştirak edirdilər. Şuşanın son şəhidi milliyyətcə yəhudi, Füzulidə yetmiş nəfər silah yoldaşını xilas etmək üçün özünü tankın altına atan əsgər isə milliyyətcə talış idi. Bütün bunları xatırlatmaqda məqsədimiz qarşıdakı abzaslarda toxunacağımız etnik separatizm məsələsində daha aydın ifadə olunmaq üçün zəmin yaratmaqdır.


Elçibəy hakimiyyəti torpaqların azad olunması üçün uğurlu döyüş əməliyyatları aparır, siyasi məsələlərdə demokratiya ön plana çəkilir, iqtisadiyyatda şəffaflıq barədə isə bu hakimiyyət devriləndən neçə il sonra Dəmir Ledi - Tetçer yazacaq: “Dünya xalqları və Azərbaycan xalqı bir də belə şəffaf hökumət görməyəcəklər, onlar milyon dollarlıq dövriyyədə qalıq bir sentin rəsmiləşməsi üçün üç gün müzakirə hesablama aparırdılar”. Azərbaycan iqtisadi siyasi azadlıqların cədvəlində Baltikyanı ölkələri ikisindən (Latviya və Estoniyadan) bir pillə öndə, Litva ilə isə eyni mərtəbədə qərar tuturdu. Qafqaz bu inteqrasiya sürətiylə mədəni dünya ilə arasındakı ciddi bir məsafənin üçdə ikisini qət eləmişdi. Əlbəttə, Azərbaycanın simasında. Kreml bu vəziyyətdən narahat idi. Qafqaz ənənəvi rus asılılığından çıxırdı. Bu uzaqlaşmanın böyük bir ağırlığı isə mədəni siyasi dünya görüşünün payına düşürdü. Insan faktoruna üstünlük verən siyasi hakimiyyət bütün ittifaqı iqtisadi böhrana salmış Moskvanın ekspromt denominasiya əməliyyatından da uğurla çıxdı. Bu artıq movzeleyi də silkələyəcək hadisə idi. Azərbaycan faiz etibarı ilə hətta Rusiyadan az itki vermişdi. Kreml hakimiyyətin uzun illər siyasi işlərdə çalışmış təcrübəli adamlardan təşkil olunmamasından istifadə edib, provokasiyalara cəhd edirdi. Başqa tərəfdən AXC hakimiyyətində adlı-sanlı kommunistlərin olmaması rus məkrinə əl-qol açmağa imkan vermir, proseslərin yönünü silahlı müdaxiləyə istiqamətləndirirdi. Çünki, AXC hakimiyyətinin uzanması regionu hər gün Kremldən uzaqlaşdırırdı. Moskva bu “pis” nümunəni tezliklə məhv etməkdə qərarlı idi. Bunun üçün nə lazımdırsa, ediləcəkdi. Yeri gəlmişkən Azərbaycan coğrafi üstünlüyünü istifadə etmirdi. Bu isə siyasi üstünlüklərə üz çevirdiyini əsaslandırmaqçün idi. Nəticədə BMT-də “Qarabağ” münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü prinsipi çərçivəsində həll olunmasına 134 ölkə səs vermişdi. Iyun hərbi-siyasi çevrilişindən sonra isə müdrik siyasət bu rəqəmin düşməsinin qarşısını yalnız 34 dövlətə çatanda ala bildi. Bu dövlətlərin də 30-u IKT üzvüdür. 2006-cı ildə Gürcüstan hərbi hissələrinin birində Saakaşviliyə qarşı baş vermiş qiyam cəhdi on beş il öncə Elçibəy hakimiyyətinə qarşı atılan addımın nəzəri və praktiki təkrarı idi. Eyni plan, eyni müqəddimə. Məlumdur ki, bütün postsovet ölkələrinin hərbi sistemlərində Rusiya hərbi kəşfiyyatına bağlı zabitlər var. Və bunlar vasitəsi ilə istənilən provokasiyanı təşkil etmək olar. Ancaq Saakaşvili bu qiyam nəticəsində hakimiyyətini itirmədi. Bunun səbəbi qətiyyən gənc gürcü liderin daha təcrübəli olmasında deyildi. Nəzərə alsaq ki, Elçibəy uğurlu əməliyyatlar aparan və inzibati, eyni zamanda siyasi cəhətdən özünə bağlı olan güclü ordu hissələrinə komandanlıq edirdi, onun vəziyyəti daha yaxşı idi. Sadəcə, o zamanın beynəlxalq siyasi qurumlarındakı vəziyyət Qərbi Saakaşvilini dəstəklədiyi kimi Elçibəyi də dəstəkləməyə məcbur etmirdi. Bu məqamda hadisələrin mahiyyətinə təsir edəcək bir ilahi “qüsur” da o idi ki, bu regionda Qərbin rəqibləri həm də Elçibəyin şəxsi, milli - ideoloji rəqibləri idi. Və hər kəs Rusiyaya, Irana münasibətdə etdiklərini Elçibəyin boyun borcu sayırdı. Bu isə prinsipial məqamda Elçibəyin meydanda tək qalmasına səbəb olurdu.


Bu qiyamın iqtisadi tərəfi isə geniş mənada siyasi - strateji məqam idi. Azərbaycanın mühüm enerji resurslarının işlənməsi - dünya bazarına çıxarılması üçün təcrübəli iqtisadi tərəfdaşa ehtiyacı vardı. Doxsanların əvvəlində üç bu cür tanınmış şirkət Azərbaycanla işləmək istəyirdi. Norveçin Statoyl şirkəti, Britaniyanın BP şirkəti və ABŞ neft sənayeçilərinə aid Amoko şirkəti. Norveç neft ölkəsi kimi demokratik ənənəyə malik yeganə dünya dövlətidir. AXC hakimiyyəti isə həm neft, həm demokratiya modelini tətbiq etmək niyyətində idi. Buna görə də Norveç şirkətiylə işləməyə üstünlük verdi. Bu addım BP-nin Azərbaycan neftinə yiyələnmək niyyətinin qarşısını aldı. Rusiya isə “Qafqazda təhlükəsizlik məsələsi” planına uyğun olaraq BP-ilə anlaşdı. Neft Qərbə, siyasi yön Rusiyaya. Qərb ilk dəfə və ən iri miqyasda demokratiyanı və regiondakı təhlükəsizlik maraqlarını neft maraqlarına qurban verdi. Bu siyasət on dörd il sonra ABŞ senatından belə tənqid olundu: “Dünyanı bir neçə neftçinin şəxsi maraqları nəminə təhlükəyə atmağımıza görə hamımız məsuliyyət daşıyırıq”.


Heydər Əliyevin hakimiyyətə gəlişində Moskvanın rolunu hələ qiyamın ilk günlərində Əliyev parlamentə Rəhim Qazıyevə cavab verərkən təsdiqləmişdi: “Burada Rusiyanın məni dəstəkləməməsi barədə deyilənlərin heç bir əsası yoxdur, mən axşam Yeltsinlə danışmışam, o Bakıda baş verənləri dəstəkləyir”. Bakıda qiyam var idi. Legitim hakimiyyət devrilirdi. Heydər Əliyev isə bu açıqlaması ilə Kremlin pərən-pərən düşmüş adamlarını öz ətrafına çağırırdı. Mütəllibova yaxın Bakı və Şirvan elitasından başqa bütün sovet nomenklaturası şəxsi işlərinin açılması təhlükəsindən ehtiyatlanaraq keçmiş KQB generalının tərəfinə keçdilər. Heydər Əliyev neft siyasətində də narazını seçdi. BP AXC hakimiyyətindən razı deyildi. Çünki legitim hakimiyyətdən bütün sərvətləri almaq çətin idi. Bu qiyam Azərbaycanı həm neft, həm demokratiyası olan ikinci ölkə olmaq taleyini yaşamaq perspektivindən ayırdı. Heydər Əliyevin siyasəti isə ən sekulyar və modern şərq ölkəsini Ərəb ölkələri modelinə və Holland sindromuna doğru çəkirdi.


Iyun “qurtuluşu”na qədər xalq imperiya yıxmış, torpaq azad etmişdi. Cənubdakı soydaşlarının müstəqillik əldə etməsi üçün daha bir azadlıq hərəkatı astanasında idi. Bu mənada Iran da Heydər Əliyevlə rahat anlaşmışdı. Məlum qurtuluşdan sonra isə yeddi rayon ardıcıl işğal olundu, iki dəfə silahlı vətəndaş qarşıdurması yaşandı. Nəhayətdə Azərbaycan Xalqı ictimai-siyasi proseslərin reysindən çıxarıldı. Heydər Əliyev rəsmi total təbliğatını “Xalq-Heydər, Heydər Xalq” şüarı ilə həyata keçirirdi. Heydər Əliyev hakimiyyəti də xalqla belə paritet bölmüşdü. Formal konstitusyon hakimiyyət xalqa, faktiki iqtisadi hakimiyyət isə xilaskara çatdı. Əbülfəz Elçibəy rəhbərlik etdiyi xalq hərəkatının resursları ilə xalqın gücünü nümayiş etdirdi. Heydər Əliyev isə xalqın xilasını özünə bağladı. Azərbaycan xalqının yaxın tarixini bu qiyam özülləri üzərində quraraq Heydər Əliyev əslində mutant sistemi üçün anormal keçidlərə zəmin yaratdı. Elçibəy isə bütün bu tarixi hadisələrin fonunda üzləşdiyi tənqid və təqiblərə rəğmən “Xilası bir şəxsdən asılı olan xalq məhvə məhkumdur” sözü ilə yadda qaldı.


P.S. Əlikram Hümbətov və Surət Hüseynov Azərbaycanda Kremlin birinci demarşında həbs olundular, ikinci demarşında azadlıq aldılar. Bütün etnik qruplar isə on beş il öncə də, bu gün də bərabər yaşayırlar. Dəyişən isə odur ki, hakimiyyət qiyamçılar tərəfindən tutuldu.


("Azadlıq" qəzeti)

EMİN HÜSEYNOV: «MÜALİCƏ EFFEKT VERMƏSƏ, XARİCƏ GEDƏCƏM»

Mirzə Xəzər 18 İyn 2008

no comments


2008-06-18 - 16:31:00


Kliniki Tibbi Mərkəzdə müalicə alan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov «Media forum» saytına bugünkü açıqlamasında vəziyyətinin kafi olduğunu deyib: «Bu gün bir az qida qəbul edə bilmişəm. Ancaq başımda, boynumda ağrılar hələ qalır. Bu gün həkimlər yenidən müayinədən keçiriblər. Müalicə effekt verməsə, xaricə gedəcəm».

İyunun 14-də paytaxtdakı «Alaturka» kafesində Çe Gevaranın 80 illiyi mərasimi dağıdılarkən Nəsimi rayon 22-ci polis bölməsinə aparılan və təzyiqə məruz qaldığını bildirən E.Hüseynov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun son açıqlamasına münasibət bildirib: «Hələ yaxşı ki, mənim yıxılıb zədələndiyimi deyirlər. İlk gün nazirlik sözçüsü «Azadlıq» radiosuna açıqlamasında özümün özümə zədə yetirdiyimi demişdi. Yenə vicdanlı çıxıblar».

RATİ sədri bu açıqlamanın onu döyən polis əməkdaşının məsuliyyətdən azad edilməsi üçün verildiyini deyib: «Bunu təbii sayıram. Mənə qoyulan «nevrostonik reaksiya» diaqnozu ilə razılaşmıram. Həmin diaqnozu qoyan həkim ortaya çıxsın, görüm o məni müayinə edib, ya yox. Bu həmin tibb ekspertizadır ki, Qənimət Zahid barəsində, Vüsal Həsənov barəsində saxta ekspertiza rəyi verdi. Onlardan başqa nə gözləmək olar ki?»

E.Hüseynov bildirib ki, Çe Gevara ilə bağlı tədbirə jurnalist kimi dəvət olunub: «Tədbirdə iştirak edənlərdən yalnız bir nəfəri yaxından tanıyıram - yazıçı Həmid Hersçini. Polislər tədbirdə əvvəl hamının şəxsiyyət vəsiqəsini yoxlayırdı, kimin yoxdursa, onu bölməyə aparırdı. Şəxsiyyət vəsiqəmin üstümdə olmasına baxmayaraq bölməyə aparıldım. Çünki tədbirdən çəkiliş aparmışdıq ki, videolent kimi saytımıza yerləşdirək. Deyirlər ki, polislər əvvəl xəbərdarlıq ediblər. Onlar heç bir xəbərdarlıq etmədilər. Polislərin tədbiri dağıdılmasını RATİ-nin üç əməkdaşı işıqlandırırdı. Əgər bu üç əməkdaş olmasaydı, həmin tədbirdə iştirak edən uşaqların əksəriyyətini ən azı 4-5 günlük həbs edəcək, incidəcəkdilər».

RATİ sədrinin bildirdiyinə görə, polislər kafeyə daxil olan zaman çəkilişlə məşğul olub. Əməliyyata rəhbərlik edən şəxsin göstərişi ilə polis əməkdaşları məni döyə-döyə, başıma vura-vura maşına apardılar. Hər dəfə «mən jurnalistəm» dedikcə daha çox zərbələr endirirdilər».


«Media forum»

Əvvəlki məqalələr

Sonrakı məqalələr