Elman Mustafazadə Dünya Azərbaycanlıları Aydınlar Birliyinin sədri seçildi
Dunya Azerbaycan Aydinlari Birliyinin Metbuat Xidmeti
Avropada yasayan Aydinlar, dunya azerbaycanlilarinin Aydinlarinin teskilatini qurmaq meqsedi ile, 2008 ci il mart ayinda teshebbus qrupu yaratmislar. Teshebbus qrupu, Tesis konfransina qederki zamanda, yeni teskilati Dunya Azerbaycan Aydinlari Birliyi, qisa shekilde DAAB ve ya Aydinlar Birliyi (AB) adlandirmaqi qerarlasdirmisdir.
DAAB, Avropa Konvensiyasina, 1951 ci il Cenevre Konvensiyasina, 1967 ci ilb Dublin Konvensiyasina, BMT-nin Insan Haqlari Nzamnamesine ve teshkilatin daxili nizamnamesine uygun olaraq fealiyyet gosterecek. DAAB, Dunyada Azerbaycanla bagli fealiyyet gosteren hec bir teskilat ve quruma alternativ olaraq nezerde tutulmayib. Eksine o, Azerbaycan Respublikasinin musteqilliyinin mohkemlenmesinde ve erazilerinin isgaldan azad edilmesi yolunda mubarizede butun hokumet ve qeyri hokumet teskilatlari, beynelxalq institutlar ve qurumlarla emekdaslig etmeyi nezerde tutur. DAAB-in siyasi plyuralizm prinsipleri esasinda, inkishaf etmis Qerb olkelerindeki aydinlarin tutdugu movqyeye benzer, Azerbaycan Hokumetine konstruktiv muxalifetde olacag. Nezerde tutulur ki, DAAB vetenperverlik movqyinden chixis ederek soydaslarimizi Veten sevgisine, azerbaycanciliga, soz ve fikir azadligina sesleyecek ve bu yolda mucadele edecek.
2008-ci ilin mayin 15-den, mayin 18-dek olan DAAB TQ sedr seckisi basa catmisdir. Uc gun erzinde dunyanin muxtelif olkelerini DAAB TQ temsil eden uzvulerin 70 faizi seckide istirak etmisler.
Azerbaycansunas alim, D-r Irfan Murad Yildirimin, AR-nin Mudafie Nazirliyinin sabiq muavini, palkovnik Isa Sadiqovun, musteqil jurnalist Fexreddin Hacibeylinin, elece de, Almaniyadan Rafiq Sadiqovun, ABS-dan D-r Nazim Memmedovun, Norvecden Hacali Salayevin, ABS-dan Ilhame Süleymanin, Almaniyadan Intiqam Memmedovun, Belcikadan Mubariz Ehmedoglu Lacinlinin, Isvechden Rahim Sadiqbeylinin aciq seslerini, qalan secicilerimizin ise gizli sellerinin 57 faizini toplayan “Azrebaycanin Dostlari” Cemiyyetinin sedri, Beneluks Azerbaycanlilarinin Konqressi (BAK)-nin Icraci direktoru Elman Mustafazade, Dunya Azerbaycan Aydinlari Birliyinin Sedri secilmisdir.
DAAB TQ Rehberiliyini bir hefte erzinde teskilata secilmis yeni sedre teslim edilecek.
DAAB TQ Rehberi Valeh Ibrahimov
18 may, 2008-ci il
Isvechre
1992-ci il mayın 18-də Ermənistanın ələ keçirdiyi Laçın rayonunun işğalından 16 il ötür
LAÇININ İŞĞALINDAN 16 İL ÖTÜR
2008-05-16 - 19:28:00
1992-ci il mayın 18-də Ermənistanın ələ keçirdiyi Laçın rayonunun işğalından 16 il ötür.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov AzərTAc-a bildirib ki, Laçının müdafiəsi zamanı 262 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və əlil olub, 871 uşaq yetim qalıb.
O bildirib ki, 1885 kvadratkilometr sahədə yerləşmiş 1 şəhər, 1 qəsəbə və 125 kənddə müharibəyə qədər 63 min nəfər əhali yaşayıb: «Laçın rayonunun ərazisinin 34877 hektarını nadir ağac növləri ilə zəngin meşələr tuturdu. İşğal nəticəsində 30 mindən artıq fərdi tikinti, 142 inzibati bina, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 152 təhsil, 142 səhiyyə, 247 mədəni-maarif müəssisəsi və kinoteatr, 4 muzey, 450 ticarət məntəqəsi və sair mənimsənilib, əhalinin şəxsi mal-mülkü, həmçinin ictimai təsərrüfatların böyük miqdarda varidatı talan edilib. Laçın rayonuna 7 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib».
İcra başçısı deyib ki, laçınlılar ölkənin 50-dən artıq rayonunda məskunlaşıblar. Rayon icra hakimiyyəti isə Ağcabədidə, laçınlıların çoxluq təşkil etdiyi Taxta körpü adlanan ərazidədir.
«Media forum» xatırladır ki, işğalçı rejim Laçını ələ keçirəndən sonra rayonu Kaşataq adalandırıb, şəhər mərkəzinə isə Berdzor adı verib və bu bölgəni qanunsuz məskunlaşdırır. 1991-ci ildə ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir dəxli olmayan Laçın keçmiş vilayətin ərazisində silah gücünə yaradılmış qondarma «Dağlıq Qarabağ Respublikası»nın saxta inzabati-ərazi bölgüsünə salınıb.
3 gün qabaq işğalçı Dağlıq Qarabağ rejiminin «baş naziri» Ara Arutyunyan Laçına yeni icra hakimiyyəti başçısı təyin edib.
«Media forum»
Türkiyə hökuməti Azərbaycan hakimiyyətini biabır etdi
Türkiyə hökuməti mayın 28-də Ankaradakı Cəbhəçi Əsri məzarlığında Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin məzarının üzərində qəbirüstü abidə kompleksinin açılışını keçirəcək. Maraqlıdır ki, bütün bunlar Azərbaycan hakimiyyətinin Rəsulzadəni tarixdən silmək cəhdlərinin fonunda baş verir. Şəhərdə Rəsulzadənin büstünün qoyulmalı olduğu yerdə fəvarənin tikilməsi, Bakı Dövlət Universitetindən Rəsulzadənin adının götürülməsi hakimiyyətin bu tarixə şəxsiyyətə qarşı qısqanc münasibətinin
göstəricisidir.
Tanınmış ziyalı Mehriban Vəzirin fikrincə, M.Ə.Rəsulzadəyə qarşı vətənində bu cür münasibət utancvericidir və gələcək nəsillərə çox pis örnəkdir: “Türkiyə bizə ən doğma dövlət belə olsa, Məmməd Əmin Rəsulzadəyə abidə onun öz vətənində ucaldılmalıdır. Hakimiyyət isə bunu etmir. Halbuki hakimiyyətin çox dəyərsiz və israfçı layihələri hamının gözü qarşısında reallaşdırılsa da, Azərbaycanın tarixi şəxsiyyətinə abidə qoyulmur. Bütün bunlar hakimiyyətin Azərbaycan xalqının azadlığına və müstəqilliyinə yanaşmasıdır. Belə görünür ki, Əbülfəz Elçibəyə, Məmməd Əmin Rəsulzadəyə lazimi qiymətin verilməsi indiki iqtidarın işi deyil. Arzu edək ki, günün birində Azərbaycanda bu cür tarixi şəxsiyyətlərə gərəkli dəyəri verəcək iqtidar hakimiyyətə gələrək bu işləri görəcək”.
Tanınmış ziyalı Ibrahim Vəliyevin isə sözlərinə görə, bütün bu gərəkli addımlar Türkiyədə yox, Azərbaycanda atılmalıdır: “Tarixi şəxsiyyətlərə qoyulmalı olan abidələr onların özlərinə lazım deyil. Bütün bunlar gələcək nəsillərin örnək götürməsi, Azərbaycan tarixinin yaşaması üçün lazımdır. Amma çox təəssüf ki, Azərbaycan hakimiyyəti tariximizə bu cür münasibət bəsləməklə gələcək nəsillərin keçmişiylə tanış olmasının qarşısını alır. Bütün bu addımların isə ciddi fəsadları ola bilər”.
Azərbaycan hakimiyyətinin bütün tariximizi H.Əliyev və onun ətrafına bağlamağa çalışdığını deyən professor Nurəddin Məmmədli hesab edir ki, tariximizin ən önəmli səhifələrindən biri olan cümhuriyyət dövrünü xalqa unutdurmaq cəhdləri M.Ə.Rəsulzadənin adınının tarixdən silinməsinə edilən cəhdlərdir: “Hakimiyyət Məmməd Əmin Rəsulzadənin real nüfuzunun Heydər Əliyevi kölgədə qoyacağından ehtiyatlanır. Əgər xatırlayırsınızsa, bir müddət əvvəl Məmməd Əmin Rəsulzadəyə qarşı hakimiyyət tərəfindən ciddi kampaniya aparılırdı. Amma həmin kampaniya başladıldığı kimi də dayandırıldı. Görünür hakimiyyət anladı ki, bu cür siyasət yürütməklə o, özünə qarşı olan nifrəti daha da artırır”.
Hikmət
("Azadlıq" qəzeti)