RƏSULZADƏNİ ANARKƏN TUTULAN GƏNCLƏRİN ƏL İZLƏRİNİ GÖTÜRÜB, FOTOŞƏKİLLƏRİNİ ÇƏKİBLƏR
2008-05-29 - 11:33:00
Mayın 28-də Məmmədəmin Rəsulzadənin xatirəsini yad etmək üçün Kukla Teatrının qarşısındakı parka əklil qoyarkən tutulan və paytaxtın 9-cu polis bölməsində dörd saat saxlanandan sonra buraxılan gənclərin bölmədə əl izləri götürülüb və fotoşəkilləri çəkilib. «Trend»in məlumatına görə, gənclərdən izahat alınmayıb.
Kukla Teatrının qarşısındakı parkda Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Məmmədəmin Rəsulzadənin heykəli ucaldılmalıydı. Ancaq sonradan orda fəvvarə qurulub. Gənclər öz aksiyaları ilə buna etirazlarını ifadə etmək istəyiblər. Saxlananlar «Dalğa», «Ol», «AN» hərəkatı və müxalifət partiyalarının qeyri-rəsmi «Biz» koalisiyasının bir qrup üzvü olublar.
(Media Forum)
Demokratik Dünya Azərbaycanlılari Konqresinin 21 may Təbriz hadisələrinin ildönümü ilə əlaqədar müraciəti
Dəyərli həmvətənlər və soydaşlarımız !
Güney Azərbaycanda 100 ildən artıq davam edən Milli Azadlıq Hərəkatı hələlik son hədəfə varmasa da, çox gərgin və eyni zamanda zəngin tarixə malikdir. Belə tarixi günlərdən biri də məhz 21 may 2006-cı ildə baş verdi. 2006-cı il 21 may ( 1 xordad) ayı Güney Azərbaycanın bütün şəhərləri calxalanmağa başladı. Təbii ki, hər zaman fars şovinizmi ücün daim qorxulu bir bölgə olan Təbrizdə hərəkat xüsusilə fərqləndi. Bu tarixi gün "21 may Təbriz" hadisələri adıyla tanındı. Bu gün yenə dünyanın müxtəlif ölkələrində
soydaşlarımız 21 may Təbriz Hərəkatının 2-ci ildönümünü qeyd edəcək.
Dəyərli həmvətənlər və soydaşlarımız!
Xatırladaq ki, azərbaycan türklərinin səbir kasasının dolmasına və övkələrini kəskin şəkildə biruzə verməsinə səbəb İran adlanan dövlətin rəsmi xəbər agentliyi İrnaya bağlı İran adlı gəzetin uşaqlar ücün ayrılmış bölümündə Azərbaycan Türklərini təhqir edən yazı və karikaturanın yerləşdirilməsi olmuşdu. İllər uzunu haqqını tapdaladığı, onun ata babasına məxsus olan torpaqda öz hakimiyyətini quran fars şovinizminin cirkin üzü və əsarətdə saxladığı xalqa münasibəti bir daha bütün cılpaqlığıyla ortaya cıxdı. Nə qədər
acı səslənsə də daha aydın olsun deyə bir daha xatırlatmaq məcburiyyətindəyik ki, həmin karikatura və yazıda Azərbaycan türkləri bir hamam böcəyi ilə müqayisə edilmişdi. Hamam böcəyi kimi tanınan Türk, ‘Nə?’ diyə soruşur. Karikaturanın altında isə ‘Nə edək ki biz də bu iyrenc hamam böcəklərinə dönməyək deyə, öz özünə soruhurdu. Onların başa düşülməyən yöndəmsiz bir dilləri var. Öz dillərini belə başa düşmədikləri ücün başqa dillərdə danışırlar. Bunların ən çok olduqları yerlər (tualet), yani su başıdir. Bunlar
o yerlərdə beslənirlər. Bunları məhv etmək için yetər ki bir necə gün su ba.öna getməyək, açlıqdan gebərsinlər. Bunun yerinə baxçalardakı çiçəklərə gübrə vermək ondan yaxşıdır.
Dünyanın əsil məllətlərindən olan fars tarixindən qədim mədəniyyətə mailk olan millətimiz buna layiqli təpkini göstərdi. Güney Azərbaycan şəhərlərində kecirilən mitinqlərin şüarları: ‘Haray haray mən Türkəm’ (Yetər, yetər bən Türkəm)… ‘Türkün dili ölən deyil, Fars dilinə çönən deyil’ (Türkün dili ölməz, Fars dilinə dönməz)… Ya Azadlıq ya ölüm… Qızıldan (altun) olsa da qəfəsim, azadlığa var həvəsim…. Ölüm olsun aparthayda (ırqçılıyə)…’ ‘Türk Dili azad olmalı. millətimizin illər boyu icində qaynayan azadləq eşqinin
və mübarizə ruhunu fars şovinizminə, İran molla rejiminə göstərdi.
Cox təəssüfləndirici haldır ki, əsarətdə saxlanılan 35 milyonun hayqıran səsi yenə də boğuldu. Bütün dünya İran adlanan ölkənin nəvbəti cinayətinə göz yumdu, millətimiz mübarizəsini davam etdirmək və bu cinayətkar rejimi cökdürməkcün lazımi dəstəyi ala bilmədi. Halbuki bütün dünya necə illərdir ki, əli milyonlarla günahsiz insanın qanına bulaşan cinayətlərini seyr edir. Hər gün mətbuatda İranda millətimizi azadlığa doğru yönləndirən milli fəallarımızın həbsu, cəzalandırılması, itkin düşməsi, təqib olunmasıyla
bağlı bir yığın xəbər yayınlanır, lakin hələ ki, bu xəbərlərin yalnız müxtəlif təşkilat və beynəlxalq qurumların arxivlərini zənginləşdirməsini seyr edirik.
Demokratik Dünya Azərbaycanlıları Konqresi bütün həmvətənlərinə və soysaşlarımıza müraciət edərək bəyan edir ki, dünyanın harda yaşamasından asılı olmayaraq biz bir millətik. Ünvanımıza deyilən söz hər birimizə aiddir. Bütün dünyaya başımıza gələn fəlakəti qəbul etdirmək ücün yalnız bütün güclərimizi səfərbər edib əzilən xalqımızın mübarizəsinin güclənməsinə sərf etməliyik. Bu gün Guney Azərbaycanda Azərbaycan türkünün səsi boğulmaqdadır və hər kecən gün gunhsız vətəndaşlarımız zindanlarda işgəncələrə məruz qalaraq
məhv olmalarını biganə, soyuqqanlıqla izləyə bilmərik. Millətimizin layiq olduğu yerə yüksəlməsi və haqqımızı ala bilmıkcün səfərbər olub Güney Azərbaycanda baş verənləri bütünlüklə dünyaya qəbul etdirə bilərik.
Demokratik Dünya Azərbaycanlıları Konqresi
İdarə Heyəti
İRAN SAYTINDA AZƏRBAYCAN PREZİDENTİNƏ ÜNVANLANMIŞ ANONİM MƏKTUB YERLƏŞDİRİLİB
2008-05-21 - 15:50:00
İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») keçmiş komandanı Möhsün Rzayiyə bağlı olan www.tabnak.ir saytında mayın 21-də bir təbrizli alimin adından Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanmış anonim məktub yerləşdirilib.
«Media forum» saytının məlumatına görə, «Cənab Əliyev, İraq və Əfqanıstana əsgər göndərməkdənsə, Qarabağ haqqında düşünün» başlıqlı açıq məktubda anonim müəllif İranla Azərbaycanın oxşar xüsusiyyətlərindən danışdıqdan, «Azərbaycan Respublikası əhalisinin vaxtilə İran vətəndaşları olmasını» iddia etdikdən sonra İsrail dövlətinin yaranmasının 60-cı ildönümü ilə əlaqədar Azərbaycan prezidentinin İsrail rəhbərlərinə təbrik məktubu göndərməsini tənqid edib: «Cənab prezident! Sizin - əhalisinin 90 faizini müsəlmanlar təşkil edən bir ölkənin prezidentinin bu gün sionist İsrail rejimi ilə sıx əlaqə yaratması cəmiyyətdə böyük parçalanmaya səbəb olub. Ərazisinin 20 faizi əcnəbi işğalında olan ölkə əhalisi, dini mənsubiyyət səbəbindən, öz hökumətlərinin işğalçı İsrail rejimi ilə dost münasibətlərini qəbul edə bilmir. Cənab prezident! Özünüz yaxşı bilirsiniz ki, bir beynəlxalq təşkilatın ölkə əhalisi arasında apardığı sorğunun nəticələrinə görə, ölkənizdə vətəndaşların 92 faizi Azərbaycan hökumətinə heç inanmır. Sizcə, bu inamsızlığa səbəb başçılıq etdiyiniz hökumətin işğalçı sionist rejimi ilə sıx dost münasibətlər yaratması deyilmi? Doğrudan da, Azərbaycan Respublikasının əhalisi açıq-aşkar buna qarşı olduğu halda sizin ölkə paytaxtında İsrail adına park və küçə saldırmaq israrınız nə ilə bağlıdır?»
Məktubda İran vətəndaşlarının Azərbaycan zindanlarında işgəncəyə məruz qaldığı da iddia olunur: «Cənab Əliyev, sizə nə olub ki, müxtəlif səbəblərdən Azərbaycanın Qaradağ bölgəsindəki həbsxanalarında saxlanan, sizinlə eyni dildə danışan iranlı gənclərə heç bir güzəşt etməyib fiziki və psixi işgəncələr tətbiq etdirdiyiniz halda sionistlərin müsəlman Azərbaycan ölkəsindəki istənilən xoşagəlməz rəftarına göz yumur, heç bir tədbir görmürsünüz?»
Anonim müəllifin məktubunda Qarabağ probleminə və Minsk qrupunun fəaliyyətinə də toxunulub: «Cənab İlham Əliyev! Qarabağ probleminin həllinin Minsk qrupuna tapşırılmasından 14 il keçir. Lakin bu uzun müddətdə problemin həlli istiqamətində nəinki heç bir ciddi tədbir görülməyib, hətta Minsk qrupunun həmsədrləri Azərbaycanın ərazi bütövlüyü haqda BMT-nin qəbul etdiyi qətnamələrin lehinə səs verməyə hazır olmayıblar. Maraqlıdır, sizin bu münaqişənin həlli üçün proqramınız nədən ibarətdir? İşğal olunmuş əraziləri geri qaytarmaq üçün potensial qüvvələrdən niyə istifadə etmək istəmirsiniz? Cənab prezident! Mən Bakıda səfərdə olarkən oradakı vəziyyətdən son dərəcə üzüldüm. Şəhərin hər yerində Qərb mədəniyyətini təmsil edən müxtəlif heykəllər ucaldıldığı halda Qarabağ şəhidlərinə aid bircə heykələ rast gəlmədim. Mənim qənaətimə görə, siz bununla dolayı yolla xalqdan Qarabağı unutmağı tələb edirsiniz».
Daha sonra məktubda deyilir: «Cənab prezident! Əhalisinin 90 faizini müsəlmanlar təşkil edən ölkənizdə sizin yeritdiyiniz siyasət heç də ölkənin din və mədəniyyətinə uyğun gəlmir. Azan səsinin yayılmasının qarşısını almaq, məktəblərdə hicabdan istifadəyə, dini kitabların yayılmasına, Məhərrəm ayında əzadar dəstələrin küçə və meydanlara çıxmasına, seçkilərdə din xadimlərinin namizəd olmasına qadağalar qoymaq buna misaldır. Cənab prezident! Göstərilən bütün bu cəhdlərə baxmayaraq bu gün Azərbaycan Respublikasında qadınlar dəstə-dəstə islama və hicaba üz tutur. Azərbaycan Respublikası vətəndaşlarının İran mallarına rəğbət göstərməsi, onların İrana səfər etməyə, müqəddəs Məşhəd şəhərini ziyarət etməyə təşəbbüs göstərməsi, Azərbaycan Respublikası vətəndaşlarının İranın böyük mədəniyyət xadimlərinə göstərdiyi rəğbət və digər bu kimi hərəkətlər Azərbaycan Respublikası əhalisinin həqiqi və tarixi kimliyinə qayıtmaq arzusundan xəbər verir. Cənab İlham Əliyev! Çayda suyun əksinə gedən kəs heç vaxt öz məqsədinə çatmayacaq. Həqiqət ondan ibarətdir ki, sizin bütün tədbirləriniz Azərbaycan Respublikası xalqının tutduğu istiqamətin əksinədir. Ona görə də ümid edirəm ki, bundan belə fürsəti itirməyəcək və Azərbaycan xalqı ilə yanaşı islam təlimləri sayəsində ölkənin və xalqın tarixi kimliyi istiqamətində gedəcəksiniz. Belə olsa, İran xalqı da bütün mərhələlərdə Azərbaycan xalqına dəstək verərək onun inkişafı uğrunda əlindən gələni əsirgəməyəcək».
«Media forum»