Salam dostlar,
Dunya Azerbaycan Aydinlar Birliyinin yaradilmasi istiqametinde atdiginiz bu ilk addim meni cox sevindirdi. Cox necib ve vacib bir teshebbusdur. Umidvaram bu Birlik musteqil olub, Veten ve milletin taleyi ve aqibeti kimi yuksek amala qulluq ederek, her cur siyasi axindan, siyasi eqideden, iqtidar-muxalifet ve menfeet didishmesinden uzaq qala bilecekdir. Size bu ishde imkanlarim daxilinde yardim etmeye haziram.
Ugurlu olsun!
Hormetle,
Mirze Xezer
11.04.2008
Lalə Şövkət: Bu gün elə təsəvvür yaranır ki, Azərbaycan idarə olunmur
Azərbaycanda artıq despotik rejim yaranır
«Şərq əxlaqına zidd olan bir məsələni reklam etmək mənəviyyatımıza yaddır» Lalə Şövkət: «Ölkəmizdə bütün azadlıqlara qarşı heç bir mənəviyyata sığmayan müharibə elan olunub» Hakimiyyətin azad mətbuata qarşı apardığı çirkin kampaniya günü-gündən geniş vüsət almaqdadır. Əslində iqtidarın seçki ərəfəsində yenidən öz “ənənəsinə” sadiq qalaraq siyasi rəqiblərilə mübarizədə çirkin metodlara əl atacağı gözlənilən idi. “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə qarşı davam edən çirkin kampaniyanın iqtidarın nəzarətində olan bütün KIV-i əhatə etməsi baş verənlərin bir mərkəzdən idarə olunduğunu göstərir. Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkətlə müsahibəmizə də son olaya münasibətini öyrənməklə başladıq: - Son illər tək “Azadlıq” qəzetinə qarşı yox, ümumilikdə Azərbaycanda azad sözə, müstəqil insanlara qarşı bir müharibə elan olunub. Bu o deməkdir ki, Azərbaycanda artıq despotik rejim yaranır. Despotik rejimin də əsas göstəricisi ondan ibarətdir ki, bütün millət köləyə çevrilməli və padşahı tərifləməklə məşğul olmalıdırlar. Burada azad yalnız həmin rejimin rəhbəri ola bilər. Dövlət başçısı da ölkəni qanunla yox, öz ovqatı ilə idarə etməlidir. Azərbaycanda bütün azadlıqlara qarşı heç bir mənəviyyata sığmayan müharibə elan olunub. Xüsusilə də bu basqılar azadlıq məfkurəsini özündə daşıyan “Azadlıq” qəzetinə qarşı hücumlarda açıq şəkildə hiss olunur. Amma unutmaq lazım deyil ki, azad sözə qarşı basqılar hələ Elmar Hüseynovun ölümündən başlamışdı. Elmar Hüseynovun qətlindən başlayan bu repressiyalar daha sonra da davam etdi. “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynova, Nicat Dağlara, “Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərova qarşı hücum, şair-satirik Mirzə Sakitin şərlənməsi, Qənimət Zahidin, Eynulla Fətullayevin həbsi, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyevin həyatına təhlükə törədəcək dərəcədə təzyiqlə üzləşməsi. Bu, azad sözə qarşı olan repressiyaların xronologiyasıdır. Sonda da yenidən “Azadlıq”ın əməkdaşı Aqil Xəlil döyülür, daha sonra da bıçaqlanır. Ən acınacaqlısı isə budur ki, bu gün millətə mənəviyyatsızlıq nümunəsi göstərilir. Televiziyalarda göstərilən “reportajlar” barədə heç danışmağa dəyməz. Mən heç onlara baxmamışam da. Bu barədə mənə danışıblar. Bizim Şərq əxlaqımıza zidd olan bir məsələni reklam etmək mənəviyyatımıza yaddır. Bu millətimizə ən böyük həqarətdir. “Hakimiyyətin siyasəti milləti, dövləti, elə onun özünü də uçuruma aparır” - Hakimiyyət azad sözə qarşı apardığı bu cür kampaniya ilə cəmiyyətə hansı mesajı vermək istəyir? - Hakimiyyət onu demək istəyir ki, onun idarəçilik metodu budur. Azərbaycanda hamı kölə olmalıdır. Ölkəmizdə şəxsiyyətlərə, ziyalılara, düşünən insanlara yer yoxdur. Elə bu yaxınlarda “Azadlıq” qəzetində gənc yazarlardan biri qəşəng bir söz işlətmişdi. Əgər kimsə tənqidi düşünürsə, ona ya “mavi”, ya “dəli”, ya da “agent” deyəcəklər. Azərbaycan bir dəfə bu mərhələni 37-ci ildə yaşayıb. Azərbaycan üçün hazırda həmin 37-ci il davam edir. Hazırda güllələnmə olmasa da, mənəvi terror ondan da beşbetərdir. - Təbii ki, hazırda telekanallarda aparılan təbliğat ölkə rəhbərliyinin iradəsindən kənar baş verə bilməzdi. Bir vaxtlar hakimiyyətdə yüksək post tutmuş şəxs kimi həmin təbliğatın başında dayananlara nə tövsiyə edərdiniz? - Həmən təbliğatı dayandırsınlar. Bu siyasət milləti də, dövləti də, elə onların özlərini də uçuruma aparır. Bütün dəyərləri alt-üst etmək olmaz. Bu siyasətin gec-tez bumeranq effekti olacaq. Hazırda onların elədikləri bir gün çox dəhşətli şəkildə öz başlarına gələcək. Hazırda seçilən yolun axırı yoxdur. Görün biz nə günə qalmışıq ki, Şərq ölkəsi olaraq avropalılar bizə deyirlər ki, ayıbdır. - Heydər Əliyevin vaxtında da mətbuata təzyiqlər olurdu. Amma bu təzyiqlər hazırkı kimi bu cür biabırçı həddə çatmırdı. Sizin fikrinizcə, bu nəyin göstəricisidir? Fərqli idarəçiliyin, yoxsa ümumiyyətlə idarəetmənin olmamasının. - Həqiqətən də Heydər Əliyevin vaxtında bu cür təbliğat aparılmırdı. Heydər Əliyev heç zaman müəyyən həddi aşmırdı. Yəni Heydər Əliyevin vaxtında siyasi rəqiblərə qarşı bu cür mənəviyyatsız hücumlar vüsət almamışdı. Bu gün elə təsəvvür yaranır ki, Azərbaycan idarə olunmur. Kim nə istəyir, onu da edir. Bu addımları atanlar da özləri çox tərbiyəsiz insanlardır. Ona görə ki, onlar bu mənəviyyatsızlıqları cəmiyyətə sırıyırlar.
Hikmət ("Azadlıq" qəzeti)
Mikloş Haraşti: «Jurnalistin döyülməsini və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb»
MİKLOŞ HARAŞTİ YENİ BƏYANAT VERDİ: «MƏN HÜQUQ-MÜHAFİZƏ ORQANLARINI QARAYAXMA KAMPANİYASINI DAYANDIRMAĞA ÇAĞIRIRAM»
2008-04-11 - 20:24:00
Bakıya səfəri aprelin 9-da başa çatmış ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti bu gün bəyanatla çıxış edib.
«Turan» agentliyinin məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycanın hüquq-mühafizə orqanları bir neçə müstəqil jurnalistə qarşı ittihamları saxtalaşdırıb.
M.Haraşti misal kimi həbsdə olan jurnalistlər Eynulla Fətullayev, Qənimət Zahid və Mirzə Sakitin işlərini göstərib: «Bu jurnalistlər terror, vergidən yayınma, narkotik saxlanması və xuliqanlıq kimi saxta ittihamlara görə cəza çəkirlər. Jurnalist Aqil Xəlilin işi də hüquq-mühafizə qurumlarının tənqidçi jurnalistikaya qarşı mübarizədə qanunsuz iştirakı kimi təhlükəli meyli nümayiş etdirir».
«Jurnalistin döyülməsini və ona təcavüz faktlarını araşdırmaq əvəzinə prokurorluq ləkəyaxma kampaniyasına başlayıb» deyə xüsusi nümayəndə qeyd edib: «Mən bu əxlaqsız kampanyianı biabırçı dərəcədə genişləndirən telekanalları həmkarlarına qarşı təbliğatda alət olmamağa çağırıram. Mən həmçinin hüquq-mühafizə orqanlarını qarayaxma kampaniyasını dayandırmağa və jurnalistə qarşı zorakılıqda təqsirli olanları məsuliyyətə cəlb etməyə çağırıram».
M.Haraşti aprelin 9-da Bakıda keçirdiyi mətbuat konfransında oxşar açıqlamalar vermişdi. Xüsusi nümayəndə Respublika Prokurorluğunda aparılan istintaqdan yayımlanan materialları nəzərdə tutaraq söyləmişdi: «Jurnalistə qarşı aparılan biabırçı kampaniyanı dövlət mediasında seyr etdik. Müstəqil dövlətdə müstəqil medianın göstərməsi qadağan olunan kadrlar nümayiş etdirildi. Mərkəzdən hazırlanmış və idarə olunan kadr efirə verildi. Qanunun aliliyi mövcud olan ölkədə belə şeylər baş verməməlidir».
A.Xəlili yazısına görə təhlükəsizlik xidməti əməkdaşlarının döydüyünü, sonra mülki şəxslərin onu bıçaqladığını xatırladan M.Haraşti yayılan kadrların şəxsi toxunulmazlıq hüququ və etik qaydalara zidd olduğunu bildirmişdi.
A.Xəlil fevralın 22-si 6-cı mikrorayondakı Zeytun bağında döyülüb. Reportyor bildirib ki, həmin vaxt bağda torpaq sahəsinin satılması üzrə sözləşmə anını fotokameraya çəkirmiş. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi və Binəqədi Rayon Prokurorluğu təhqiqat aparıb.
Martın 13-ü A.Xəlil işdən evə gedərkən Bakı Apellyasiya Məhkəməsinin binası yaxınılığında hücuma məruz qalıb və döş qəfəsindən bıçaq zərbəsi alıb. Bu hücumla bağlı qaldırılmış cinayət işi sonradan A.Xəlilin Zeytun bağında döyülməsi faktı ilə eyni icaraatda birləşdirilib və Respublika Prokorurluğuna verilib.
Aprelin 7-də Baş Prokurorluq istintaq barədə rəsmi məlumat yayaraq jurnalistin peşə fəaliyyəti ilə bağlı deyil, şəxsi - qeyri-ənənəvi intim münasibətlər zəminində vurulduğunu, hadisəni törədən Sergey Strekalin adlı şəxsin həbs olunduğunu bildirib. Həmin gün və sonrakı gün bir neçə telekanal, o cümlədən dövlət televiziyası Sergey Strekalinin istintaqa ifadələrini yayımlayıb.
("Media Forum")