Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Sag olun, Mirzə müəllim

Mirzə Xəzər 26 Apr 2008

Sag olun, Mirzə müəllim. Şükür ki, biz gənclərin sizin kimi vətənpərvər və qeyrətli ziyalıları var. Sağ olun Mirzə müəllim. Mən bu saytı tapdığıma görə sevindim. Əgər hakimiyyətdə sizin kimilər olsaydı, Azərbaycan bu günə qalmazdı.

Təşəkkürlər,

Nicat Turan

26.04.2008

Salam Mirzə müəllim....

Mirzə Xəzər 25 Apr 2008

Salam Mirzə müəllim….

Sizin səsiniz mənə hələ 1989-91-ci illərdən, uşaq çağlarımdan xatirimdədir. Hələ o zamanlar 14 yaşimda çalışırdım Sizin səsiniz ve intonasiyaniz ila danişim)))) Saytinizda cox xosuma geldi…. Amma men bele fikirlesirem ki,”Azerbaycan dili” ifadesi bir az yanlisdir… Bunu Azerbaycanin resmi syatlarina desen mani deli ya da muxalifetci hesab eder…Amma Siza yazmagda ozuma seref saydim..))) Mana hela galir ki, “Azerbaycan turkcesi” ve ya sadece “Turkce” daha uygun oalrdi… Cunki,man nela hesab ediram ki,”Azerbaycan” cografi bir addir…”Azerbaycanli” orada yasayan butun milletlarin umumi adi…Esas xalq Azerbaycan turkleridir,danisdigimiz dil isa turk dilidir…Dogrudurbi dil Anadolu turkcesinden ferqlenir,amma hara cevirsen yenede turkcedir…”Azerbaycan dili” termini yalniz Simalda(Guzeyda) istifade olunur.Cenubda(Guneyda) yasayn 30 mln. soydaslarimiz dilini mahz “TURK” adlandiri..Va mana hela galir ki,bu daha dogru termindir….

Isinizde ugurlar ve Allah yardimciniz olsun!

Hörmatla Anar Hacisoy

25.04.2008

PARİS FORUMUNDA ÇIXIŞ EDƏN MİKLOŞ HARAŞTİ AZƏRBAYCAN HAKİMİYYƏTİNİ SOVET ÜSULLARINDAN İSTİFADƏDƏ GÜNAHLANDIRIB

Mirzə Xəzər 18 Apr 2008

no comments

2008-04-18 - 15:42:00


Parisdə aprelin 17-də başlayan demokratik medianın inkişafı üzrə Avrasiya regional forumu davam edir. Yüzdən çox jurnalist, ekspert və beynəlxalq təşkilat nümayəndəsinin qatıldığı tədbirdə ATƏT-in mətbuat azadlığı üzrə xüsusi nümayəndəsi Mikloş Haraşti «Avrasiya regionunda mediaya qarşı gözlənilən təhlükələr» mövzusunda məruzə ilə çıxış edib.

Avrasiya məkanında KİV sahəsində vəziyyəti qeyri-kafi adlandıran M.Haraşti deyib ki, bir çox postsovet ölkələrində jurnalistlərin təqibi dəbə çevrilib: «İlk baxışdan zorakılıq kortəbii görünür, amma əslində bu zorakılığın kökləri hökumətlərin jurnalistlərə qarşı münasibətinə gedib çıxır. Xalq düşmənlərinin və xoşagəlməz ünsürlərin damğaları sonunculara vurulur. Biz hesab edirik ki, jurnalistlərə qarşı bu və digər hərəkətlər ayrı-seçkilik xarakteri daşıyır».

Xüsusi nümayəndə bildirib ki, yeni demokratiyalarda plüralizmi müdafiə edən orqan yoxdur və informasiya mənbələrinə təhdidlər, jurnalistlərin guya professional fəaliyyətləri ilə əlaqədar olmayan həbsi kimi səciyyəvi təhlükələr var. M.Haraşti nümunə kimi Azərbaycanı göstərib: «Burada hakimiyyət sovet üsullarından istifadə edərək arzuolunmaz jurnalistləri narkotik maddə saxlanması, terrorla hədələmə və xuliqanlıq kimi uydurma ittihamlarla həbs edir».

Sabah başa çatacaq forumda Azərbaycanı «Media forum» saytının baş redaktoru Azər Qaraçənli, «İnternyus Azərbaycan» İctimai Birliyinin rəhbəri İlham Səfər, «Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, Media Hüquqları İnstitutunun başçısı Rəşid Hacılı, «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev və başqaları təmsil edir.


«Turan»

Əvvəlki məqalələr

Sonrakı məqalələr