Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Güney Azərbaycan məhbuslarının müdafiəsinə Stokholmda mitinq keçirilib

Mirzə Xəzər 24 Mar 2008

no comments

İRANDA GÜNEY AZƏRBAYCAN MƏHBUSLARININ AZADLIĞI ÜÇÜN MİTİNQ


MİTİNQ QƏTNAMƏSİ


Azadlıqsevər insanlar və hörmətli Azərbaycanlılar,


Novruz bayramı münasibəti ilə Siz təbrik edir, bütün sülh və azadlıqsevər insanlara qarşıda gələn ildə müvəffəqiyyət və sevinc arzulayırıq. Bunun üçün Azərbaycanlıları və bütün azadlıqsevər insanları İran İslam Respublikasını tərd etmək üçün mübarizəyə dəvət edirik. Həmin respublika, sülhə və dostluğa qarşıdır. Elə buna görə də həm Azərbaycanda və həm də regionda azadlığın, sülhün və sakitliyin bərqərar olunmağı üçün Sizə müraciət edirik.
30 ildir ki, İran İslam Respublikasının rüsvayçı hakimiyyəti güney Azərbaycan xalqının taleyinə hakimdir və onun ictimai mədəni, iqtisadi həyatını mənimsəyib. Həmin qara illərdə Azərbaycan millətinin sərvətini dağıdır, vətəndaşlarını işkəncə, edam, həbs etməyə hələ də davam edir.


Xumeyni, Şahənşah diktatorluğundan cana gəlmiş Azərbaycan xalqının mübarizəsindən və minlərcə şəhidin qanlarından su-istifadə etdi. O, həmçinin, xalqın dini hissiyyatlarından istifadə edib, 8 illik İran-İraq müharibəsini yola saldı. Və bununla inqilabı, hədəfindən caydırdı və bu yolda 100 minlər Azərbaycan xalqının övladlarını müharibə ocaqlarında məhv etdi.


Bunlardan əlavə Azərbaycan millətinin şücaətli övladlarını ardıcıl olaraq edam etməklə, Xumeyni rejimi daha bmt-nin yanında, avropa parlamentinin qarşısında, digər insan haqlarını müdafiə edən təşkilatların müqabilində üzü-qara tanındı. Bu qan içən rejim, dünya miqyasında və ölkə daxilində gündən-günə nifrətləndi və təkləndi və təklənəcək.


Hamı Azərbaycan xalqının 80 ildən artıq səttarxan, bağırxan, heydər əmoğlu, kolonel Məhəmmədtağıxan Pesyan, Xiyabani və Pişəvərinin rəhbərliyi altında mübarizəni xatırlayır. 80 ildən çoxdur ki, şah rejimi və İran İslam Respublikası işğalçılıq və qeyri insani faşisti siyasətini davam etdirir. Mübariz insanlarımızı həbs edərək, azərbaycanlıları öz sadə insani və təbii hüquqlarından məhrum edirlər.


Fars şovinizmi öz varlığını başqasının əsarətində və biz türklərin torpaqlarını işqalında görür. 80ildən artıqdır ki, bizim taleyimizə hakim olub. Milli kimliyimizi danır, mədəniyyətimizi təhqir edir, və özünün yalnış üzdəniraq “böyük sivilizasiyasını” azərbaycanlılara təhmil edir. Şagird və tələbələri, və millətin başqa zümrələrini farslaşdırır və bu sahədə əlindən gələni əsirgəmir.


Biz, mitinq iştirakçıları hamının nəzərinə çatdırırıq ki, işqalçı İran İslam Respublikasının məsul orqanları bizim insani, hüquq və azadlıqlarımızı bütün sahələrdə o cümlədən mədəni, ictimai, iqtisadi və siyasi sahələrdə məhv etməyə çalışır və vaxtaşırı Azərbaycan millətinin ruhiyyəsinin yoxlamaq üçün müəyyən vasitələrə əl atır. O cümlədən, keçmişdə azərbaycanlıların simalarında karikatur simvolları yaratmaqla bu işə əl atmışdır ki, amma Azərbaycanın qəhrəman xalqı babəkin nəvələri rejimə diş sındırıcı cavab verdi. Cənubi Azərbaycanın qeyrətli türkləri, 22 may 2006-da Güney Azərbaycan şəhərlərində böyük təntənəli üsyanlarla fars şovinizminin payalarını lərzəyə gətirdi və rejimi geri oturmağa məcbur etdi.
100 minlər Azərbaycanlı, cənubi Azərbaycanda xiyavanlara çıxıb öz etirazlarını bildirdilər. Lakin, sipah orqanlarının xüsusi bölmələri mitinqçilərə qarşı divan tutmuş, onlarla Azərbaycanlını həlak etmiş, yüzlər nəfəri yaralamışlar və bir çoxlu insanlarımızın gözlərini kor etmişlər. Minlərcə Azərbaycan gəncləri həbs olunmuşlar bu mitinqlərdə. Azərbaycan gəncləri öz şüarlarında işqalçı şovinist rejimin qüvvələrinin Azərbaycandan çıxmalarını tələb etmişlər. Hansı ki, bu işqalçı qüvvələr qarət, zülm və diktatorluqdan başqa bir funksiya daşımırlar. Islam rejimi bugün beynəlxalq ictimaiyyət tərəfindən qınanır və xalqımızın müqaviməti gündən-günə güclənir.


Şübhəsiz ki şəhamətli Azərbaycan qadın və kişilərinin mübarizələri nəticəsində bu şovinist rejim artıq davam gətirə bilməyəcək və xalqımız öz taleyini müəyyənləşdirmək üçün öz iradəsinin bundan güclü ortaya qoyacaq.


Iran rejimi nüvə silahı əldə etmə proqramı üçün israrlıdır və təbii, belə bir tövsiyəçi rejimin xətəri regionda və dünyada ölkə daxilindən daha artıqdır. Və onun nəticəsi, fəqirin, yoxsulluğun, müharibənin artmasına gətirib çıxardacaqdır. Belə bir rejimin regionda mövcudluğu sülhə qarşıdır. Ona görə biz dünyanın bütün azadlıqsevər insanlarından, insan haqları müdafiə təşkilatlarından, siyasətçilərdən, kütləvi informasiya vasitələrindən rica edirik ki, öz insani vəzifələrinin yerinə yetirib, bizi, İran İslam Respublikasına qarşı mübarizədə dəstəkləsinlər. Və beləliklə belə bir rejimin ömrünə son qoyulmasına xidmət etsinlər.


Biz bütün şərif insanlardan rica edirik ki, güney Azərbaycan millətinin haqlı səsini dünyaya çatdırsınlar.


Biz, mitinq iştirakçıları, Güney Azərbaycanda rejimə qarşı gedən haqlı mübarizəni dəstəkləyirik və bütün əhalini öz milli və insani haqlarımızı o cümlədən öz müqəddəratımızı təyyin etmək haqqımızı əldə etmək üçün mübarizəyə qoşulmağa çağırırırq.
Biz, mitinq iştirakçıları, İran İslam Respublikasının cinayətlərini məhkum edərək, hərhansı qanın tökülməsində rejimi günahkar tanıyırıq. Iran islam respublikası bilməlidir ki, vətən yolunda, azadlıq yolunda ölmək, bizim üçün şərəf, izzət və başucalıqdır. Şəhidlər və onların ailələri ən başuca insanlardırlar. Işqalçı rejim bilməlidir ki, bizim millətimiz zülm və sitəmdən azad olmağı özünə borc bilir. Və bu milli, insani hədəfə çatmayanadək geri oturmayacaq. Biz, işkəncədən, edamdan, qorxmuruq! Tarixdə apardığımız təcrübə irandan buna sübutdur.


Biz, sizə müraciət edərək rica edirik İran İslam Respublikasının cinayətlərini məhkum edəsiniz və azadlıq üçün bu insani mübarizədə bizimlə həmrəylik göstərəsiniz. Insaniyyət naminə və milyonlar insanın öz taleyini təyyin etmə haqqını əldə etmək naminə bizim apardığımız mübarizədə iştirak edəsiniz.


Bir daha bahar bayramını sizə təbrik edirik. Azadlıq bəharının yolu yəni bizim yolumuz, İran İslam Respublikasını tərd etmək və öz müqəddəratımızı əldə etməkdən ibarətdir. Güney Azərbaycan millətinin qurtuluş mübarizəsinin müvəffəqiyyət aruzusunda bizim qələbəmiz birliyimizdədir. Bugün bu yolda mübarizə edən məhbuslarımızın qeyd-şərtsiz azadlığını o cümlədən Əsgər Əkbərzadə, Hadı Həmidiye Şəfiq, Abbas Lisani, Mehdi Nuri, Firidun Mehdipur və Rza Dağıstaninin azadlığını tələb edirik!


Azad Tribun, Ulduz, 22 May Təbriz, Prometey və Qarabağ cəmiyyətləri


Stockholm/İsveç


21 mart 2008 http://www.guneyazerbaycankonqresi.com/x11.html

Raqif Raufoğlu: Bacarıqlı olanları əzib keçərik...

Mirzə Xəzər 23 Mar 2008

no comments

BİZ, KEÇİD DÖVRÜNÜN GƏNCLƏRİYİK!

Biz, keçid dövrünün gəncləriyik!
Uşaqlığımız, çörək növbəsində,
Cavanlığımız, avtobus növbəsində,
Ümidlərimiz, növbəti sabahlarda…
Arzularımız ürəyimizdə,
Doludur ürəyimiz də.
Həm küsgün, həm duyğulu,
Gözlərimiz yuxulu,
Addımlarımız inamsız,
Inamımız keçici olaraq
Vicdan dairəsi xaricində…
Biz, keçid dövrünün gəncləriyik!
Qaytarmalıyıq torpağı.
Başlarımız aşağı,
Əllərimiz telefonda,
Baxışlarımız onda, bunda,
Nə var maraqlı, təzəsi?
Tanış olaq?
Ötür gəlsin...
Biz, keçid dövrünün gəncləriyik!
Bəxtimiz lotoreyalarda,
Məsləyimiz diplomlarımızda,
Diplomlarımız bazarda,
Bazarlarımız keçidlərin içində…
Biz, keçid dövrünün gəncləriyik!
Keçirilən hər müsabiqədə varıq.
Keçi kimi də inadkarıq.
Hər şeyimizdən keçərik,
Ulduz olmaq üçün.
Keçmişimizdən də.
Bacarıqlı olanları əzib keçərik,
Keçin deməkdənsə…
Biz, keçid dövrünün gəncləriyik!
Ey, yolumuzu bağlayan qüvvə!
Özünü bizdən gözlə!
Ümidlərimizin,
Yarımçıq arzularımızın,
Problemlərimizin,
Çılğın hisslərimizin,
Ən gözəl duyğularımızın
Əlindən tutub,
Özümüzlə
Aparırıq qocalığa,
Biz, keçid dövrünün gəncləriyik!

Raqif RAUFOGLU
23.03.2008.

Faxtə xanım Zamaninin ABŞ Konqresində çıxışı

Mirzə Xəzər 23 Mar 2008

no comments

"İRAN REJİMİNƏ ƏN BÖYÜK ETİRAZ ƏYALƏTLƏRDƏDİR"

Xəbər verildiyi kimi, bir neçə gün öncə ABŞ Konqresində ilk dəfə olaraq İranda milli azlıqların vəziyyətinə dair dinləmələr keçirilib. Dinləmələrdə Güney azərbaycanlılarla yanaşı, bəlucların, ərəblərin və kürdlərin təmsilçiləri iştirak edib. Güney azərbaycanlıların durumu və problemləri barədə Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sədri Faxtə xanım Zamani nitq söyləyib. Aşağıda həmin nitqin tərcüməsini veririk.


Mən İranda yaşayan, əsas insan haqları davamlı olaraq pozulan və səsləri boğulan azərbaycanlıların ağır durumu barədə danışmaq üçün burdayam. Sayı 20 milyondan çox olan azərbaycanlılar İranda ən böyük azlığı təşkil edirlər. Onlar əsasən İranın şimalında və şimal-qərbində yaşayırlar. Azərbaycan dilində həmçinin şimal-şərqi və mərkəzi İranda, eləcə də paytaxt Tehranda danışılır. Bu əhalinin hamısı İran İslam rejimində sosial, iqtisadi və siyasi hüquqlarının ciddi şəkildə pozulması şəraitində yaşayır.


1920-ci illərdən bəri, həm Pəhləvi sülaləsi, həm də İslamçı rejim dönəmində İran hökumətinin siyasəti qeyri-fars xalqların məcburi assimilyasiyasından və onlara qarşı ayrı-seçkilikdən ibarət olmuşdur. 1979-cu il inqilabından sonra yeni rejim Azərbaycanı daha çox inzibati vahidlərə bölməklə, Azərbaycan torpağının geniş hissələrindən Azərbaycan adını yox etmişdir (məsələn, 1993-cü ildə Şərqi Azərbaycan əyalətinin Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinə parçalanması və s.). Faktiki olaraq, hökumət adların geniş miqyasda farslaşdırılmasını təkcə coğrafi yerlərə deyil, həm də doğum haqqında şəhadətnamələrdə yazılan uşaq adlarına şamil etmişdir – belə ki, valideynlərə öz uşaqlarına ənənəvi azərbaycanlı adları qoymaq icazəsi verilmir.


Azərbaycan dilinin yasaqlanması hökumətin Azərbaycan əhalisini assimilyasiya etmək çalışmalarının nüvəsini təşkil edir. Hökumət kişiləri və qadınları Azərbaycan dilində kitablara malik olmaq, öz mədəniyyətlərini qorumaq üçün Azərbaycan dili kursları təşkil etmək və festivallara qatılmaq kimi adi hərəkətlərə görə həbsə atdır. İndiyə kimi Azərbaycan dilində heç bir dərsliyin nəçrinə icazə verilməyib. Uşaqlar üçün təxminən bütün ədəbiyyat farscadır. Və öz dilində oxumaq və yazmaq üçün milyonlarla azərbaycanlının bircə məktəbi belə yoxdur.


Hökumətin azərbaycanlı əhalinin insan hüquqlarını və söz azadlığını boğmağa çalışdığı başqa bir sahə mediadır. Azərbaycan dilində televiziya və radio proqramlarının yayımı yalnız dövlət tabeliyindəki stansiyalar ilə məhdudlaşır ki, bunlar da sadəcə dövlət xəbərləri və təbliğatını "fazəri" adlandırılan möhkəmcə farslaşdırılmış Azərbaycan dilinə tərcümə edir. "Fazəri" ("İspangilis" kimi) fars dilinin böyük kütləsi ilə Azərbaycan dilinin qarışığıdır. Əlbəttə, bu iki dil qəti şəkildə bir-birindən fərqlənir, onlar tamamilə müxtəlif dil qruplarındandır. Bu taktika azərbaycanlıların mədəni və linqvistik assimilyasiyasını sürətləndirmişdir və həmin prosesi idarə edənlərin fikrincə, son nəticədə Azərbaycan dili yararsız olub müstəqil dil statusunu itirəcək və fars dilinin "dialekti" səviyyəsinə enəcəkdir.


Azərbaycanlılar hər zaman və açıq şəkildə radioda, televiziyada və ölkə mətbuatında (İranda bütün media dövlətin tabeliyindədir) təhqir edilir. Onlar intellekti çatışmayan biçimdə təsvir olunur, "eşşəklər" və "tarakanlar" kimi qələmə verilməklə insan keyfiyyətlərindən məhrum sayılırlar. Bütövlükdə azərbaycanlılar fars dilində (İranın rəsmi dilidir) səlis danışmadıqlarına görə geridəqalmış təsəvvür olunurlar. Bu ayrı-seçkilik Azərbaycan azlığını assimilyasiya etmək, əzmək istəyindən doğur və d-r Brenda Şaffer, d-r Əlirza Əsgərzadə və s. kimi Qərb alimləri tərəfindən sənədləşdirilmiş, tədqiq və təhlil olunmuşdur.


12 may 2006-cı ildə "İran" adlı rəsmi dövlət qəzeti azərbaycanlıları tarakanlar kimi təsvir edən karikatura nəşr etdi. Bütün ölkə boyu yüz minlərlə azərbaycanlı dinc nümayişlər vasitəsilə öz etirazını bildirmək üçün küçələrə çıxdı. Buna cavab olaraq, İran İnqilab Keşikçiləri Korpusunun asayişi mühafizə qüvvələri, Xüsusi Təyinatlı qoşunlar və Bəsic dəstələri etirazçılara hücum etdi. Ən azı 27 nəfər öldürüldü, yüzlərlə adam yaralandı və bir çoxları yaylım atəşlərdən kor oldu. Ardınca İran məxfi xidmətləri kütləvi həbslərə başladı; yeniyetmələr də daxil olmaqla yüzlərlə adam həbs edildi.


Qərb mediası İranda azərbaycanlıların hüquqlarının pozulması məsələsinə xeyli dərəcədə sakit yanaşmışdır. Ölkə xaricində çox az dairələr İranda azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdən xəbərdardır. Həmin az dairə içərisində Beynəlxalq Amnistiya Təşkilatı, İnsan Haqları üzrə Ali Komissarın Ofisi (OHCHR), bu yaxınlarda isə Dövlət Departamenti həbsdə olan azərbaycanlıların təhlükəsizliyi üçün narahatlıq ifadə etmiş, İran hökumətindən insan hüquqlarına və öz beynəlxalq öhdəliklərinə hörmət etməsini istəmişlər.


Azərbaycanlı fəallar ana dilində təhsil hüququ kimi təbii elementar haqlar uğrunda daim mübarizə aparırlar. Onlara Azərbaycan millətinin tarixi üçün mühüm günlərdə, Babək, Səttarxan, Bağırxan kimi milli qəhrəmanların, Pişəvəri kimi milli liderlərin anılması üçün ictimai yerlərdə və ya öz evlərində toplaşmaq icazəsi verilmir. Azərbaycanlı hüquq müdafiəçiləri daim həbs edilir və İran həbsxanalarında onlarla pis rəftar olunur. Hətta ən elementar insan haqlarının tanınması məsələsini qaldırmağa çalışan Azərbaycan ruhanilərinin nümayəndələri də həbs edilmişdir.


Azərbaycanlı insan hüquqları müdafiəçiləri ən adi rabitə vasitələrindən faydalanmaqla repressiv İran rejiminə etiraz üçün imkanlarda çatışmazlıq hiss edir, bununla belə həyatlarını riskə qoyurlar. İranda milli haqlar uğrunda hərəkatın beynəlxalq təcrübəsi və ya xaricdən hər hansı dəstəyi az olsa da, hələlik İran rejiminə ən güclü etirazdır. ABŞ-ın İrana yönəlik siyasəti Tehran mərkəzlidir, halbuki İran rejiminə ən böyük etiraz etnik azlıqların cəmləşdiyi əyalətlərdədir.


Biz azərbaycanlılara və İrandakı digər azlıqlara yetişən dəstək istəyirik. Onlar dünyanın onlara diqqət yetirdiyini bilməyə ehtiyac duyurlar. Onlar bilməyə ehtiyac duyurlar ki, bərabər hüquqlar üçün həyatlarını təhlükədə qoymaları nahaq yerə deyildir. Onlar ümidə ehtiyac duyurlar. Və onlar bunun üçün gözlərini beynəlxalq birliyə dikirlər.
Beynəlxalq dəstəyə malik olduqlarını bilmək bərabər hüquqlar uğrunda mübarizəni davam etdirmək üçün onlara güc verəcək. Bu isə İranda və bütün Orta Şərqdə böyük sabitlik və demokratiya anlamına gəlir. İrandakı azlıqlar bu ölkənin güclü ehtiyac duyduğu dəyişikliyin hərəkətverici qüvvələridir. Onlar İranda müsbət dəyişmələr üçün mübarizə aparırlar; və onlar ala biləcəkləri hər cür köməyə ehtiyac duyurlar.


Çevirəni: Məsiağa Məhəmmədi

Əvvəlki məqalələr

Sonrakı məqalələr