Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Mart qırğınlarının 90-cı ildönümü tamam oldu

Mirzə Xəzər 31 Mar 2008

no comments

1918_Baki_soyqirim-1

1918-ci il martın 31-də daşnaklar və bolşeviklər qüvvələrini birləşdirərək Bakıda müsəlman əhalisinə divan tutdular. Bu cinayətə yalnız Bakıda 15 min müsəlman qurban getdi. Bundan sonra Şaumyan-Lalayan cütlüyünün komandanlığı altında olan daşnak-bolşevik qüvvələri Azərbaycanın müxtəlif rayonlarında müsəlman əhalini qılıncdan keçirtdilər. Bu cinayət nəticəsində minlərlə dinc azərbaycanlı həlak oldu.

Mart qırğınlarına qurban getmiş məzlumlara Allahdan rəhmət diləyirik.

Press-Reliz: 12 gənclər təşkilatı birləşmək məsələsini müzakirə edir

Mirzə Xəzər 30 Mar 2008

no comments

Azərbaycan Demokratik Gənclər Hərəkatının mətbuat xidmətindən "Mirzə Xəzərin Səsi" internet qəzetinə göndərdiyi Press Relizlə tanış ola bilərsiniz.


Ölkədə fəaliyyət göstərən 12 Gənclər təşkilatı qarşıdan gələn
prezident seçkilərindəki proseslərdə gənclərin böyük bir güc
mərkəzi olaraq vahid şəkildə iştirakını təmin etmək, vahid ad altında
fəaliyyət göstərmək və ölkənin ictimai-siyasi həyatında yaxından
iştirak etmək, milli demokratik dəyərlərin inkişafına, vətəndaş
cəmiyyətinin gücləndirilməsinə nail olmaq və prezidentliyə layiq
namizədin dəstəklənməsini güclü şəkildə təşkil etmək məqsədilə
ölkədə fəaliyyət göstərən 12 gənclər təşkilatı birləşmək və
vahid şəkildə fəaliyyət göstərmək haqqında 16 mart 2008-ci il
tarixindən etibarən müzakirələrə başlanılıb. 12 təşkilatın vahid
şəkildə birləşəcəyi təşkilatın adı məlum olmasada prinsipləri və
qarşıdakı 2008-2009-cu illəri əhatə edən proqramı müəyyən edilib.
Müzakirələrdə <Dirəniş> Gənclər Birliyi (DGB), <Azad Azərbaycan>
Gənclər Birliyi (AAGB), <Qurtuluş> Gənclər Hərəkatı (QGH), <İslamç>ı
Gənclər Birliyi (İGB) <Difai> Gənclər Hərəkatı (DGH), Azərbaycan
Demokratik Gənclər Hərəkatı (ADGH), <Dirçəliş> Gənclər Hərəkatı (DGH), <Demokratik Azərbaycan> Hərəkatı (DAH), <Çırağ> Gənclər Mərkəzi (ÇGM), <Millətci> Gənclər Klubu (MGK), <Nur> Gənclər Hərəkatı (NGH) və <Demokratiya Uğrunda Gənclər> Birliyi (DUGB) iştirak edir. Müzakirələr yaxın həftələrdə yekunlaşacaq və çox güman ki, gənclərin yeni bir gücmərkəzinin yaradılmasıyla yekunlaşacaq. Gənclərin yeni bir gücmərkəzinin yaradılması uğurla davam edib baş tutarsa yaxın həftələrdə bu güc mərkəzinin adı müəyyən edilərək saziş imzalanacaq, saziş imzalandıqdan 30 gün gec olmayaraq bu mərkəzin qurultayı keçiriləcək və bu mərkəzə bu qurultay vasitəsilə sədr seçiləcək. Qeyd edək ki, bu təşəbbüs Azərbaycan Demokratik Gənclər Hərəkatı (ADGH) tərəfindən ADGH sədri Ağasif Şakiroğlu çıxış edib. Qeyd edək ki, bu günkü toplantıda, birliyin informasiya dəstəyilə təmin edilməsi və mətbuata bu 12 gənclər təşkilatları adından çıxış etmək səlahiyyəti ADGH sədri Ağasif Şakiroğluna verilib.
Müzakirələrdə iştirak edən təşkilatların siyahısı:

1. <Dirəniş> Gənclər Birliyi (DGB)2. <Azad Azərbaycan> Gənclər Birliyi (AAGB)3. <Qurtuluş> Gənclər Hərəkatı (QGH)
4. <İslamç>ı Gənclər Birliyi (İGB)5. <Difai> Gənclər Hərəkatı (DGH)6. Azərbaycan Demokratik Gənclər Hərəkatı (ADGH)7. <Dirçəliş> Gənclər Hərəkatı (DGH),8. <Demokratik Azərbaycan> Hərəkatı (DAH)
9. <Çırağ> Gənclər Mərkəzi (ÇGM)10. <Millətci> Gənclər Klubu (MGK) 11. <Nur> Gənclər Hərəkatı (NGH)
12. <Demokratiya Uğrunda Gənclər> Birliyi (DUGB)

Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva martın 31-də jurnalistlərin aclıq aksiyasına qoşulacaq

Mirzə Xəzər 30 Mar 2008

no comments

ARZU ABDULLAYEVA ACLIQ AKSİYASINA QOŞULUR
2008-03-30 - 20:25:00


Tanınmış hüquq müdafiəçisi, Söz Azadlığını Müdafiə Komitəsinin sədri Arzu Abdullayeva martın 31-də jurnalistlərin aclıq aksiyasına qoşulacaq.


«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev martın 26-dan saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində aclığa başlayıb. Ötən il bəzi ağır cinayətlərdə təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş baş redaktor işinə ədalətli və qərəzsiz baxılmasını, həbsdə olan həmkarlarının azadlığa buraxılmasını tələb edir, beynəlxalq təşkilatların siyasi məhbus məsələsində konkret müdafiə mexanizmləri ortaya qoymasını istəyir. Martın 27-dən bir qrup jurnalist ona dəstək məqsədilə «Yeni Müsavat» qəzetinin redaksiyasında aclıq aksiyası keçirir.

Xatırladaq ki, bu gün Söz Azadlığını Müdafiə Komitəsinin işçi qrupu fövqəladə toplantı keçirib. Toplantıda «Gündəlik Azərbayjan» və «Realnı Azerbaydjan» qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin başladığı və digər jurnalistlərin də dəstək verdiyi aclıq aksiyası ilə bağlı məsələ müzakirə edilib.

Aksiyanın zəncirvari şəkildə davam etdirməyin məqsədəuyğun olduğunu vurğulayan İşçi Qrupu üzvləri qərara alıblar ki, 3 gündən çox olmayaraq istənilən şəxs aksiyaya dəstək versin. Qərara alınıb ki, işi ilə əlaqədar olaraq aksiyanın keçirildiyi qərargaha gələ bilməyənlər öz iş yerlərində 1 günlük aclıq etməklə kampaniyaya dəstək versinlər. Bunun üçün aksiya iştirakçılarına xəbər vermək yetərlidir.


«Media forum»

Əvvəlki məqalələr