Mirzə Xəzər 22 Fev 2008
HOLLANDİYADA AÇILAN AZƏRBAYCAN MƏKTƏBİ CƏMİ İKİ AY FƏALİYYƏT GÖSTƏRƏ BİLİB (Diaspor nümayəndəsi Elman Mustafazadənin açıqlamaları) 2008-02-20 - 16:42:00 «Avropada azərbaycanlı uşaqlar üçün iki həftəsonu məktəb fəaliyyət göstərir: biri İsveçrənin Bern, digəri Hollandiyanın Amsterdam şəhərində. Hollandiyadakı məktəb Azərbaycan hökumətinin xətti ilə – Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin köməyi ilə açılıb. Lakin son günlər bu məktəb maliyyə problemləri üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb». Bu sözləri «Media forum» saytına 2006-cı ilin noyabrın 18-də yaradılmış Benilüks Azərbaycanlıları Konqresinin icraçı direktoru Elman Mustafazadə deyib. Hollandiyada yaşayan E.Mustafazadənin bildirdiyinə görə, məktəb ötən ilin sentyabrında yaradılıb: «Açılış mərasimində Azərbaycanın Hollandiyadakı səfiri iştirak etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təbrik məktubu göndərdi, məktəbi kompüter və digər texniki avadanlıqla təchiz etdi. 15 şagirdimiz vardı, Heydər Əliyev Fondu məktəbə gərək olandan da artıq dərslik, çanta, digər təhsil ləvazimatı göndərdi. Benilüks Azərbaycanlıları Konqresi məktəb binası üçün 6 aylıq kirayə haqqını da vermişdi. Yalnız uşaqların dərsə gəlib-getməsi, tədrisin başlanması qalmışdı». Diaspor nümayəndəsi deyir ki, əksər Avropa ölkələrində, eləcə də Hollandiyada sinif şagirdləri dərsə valideynləri gətirmir. Uşaqlar evdən məktəbə, məktəbdən də evə xüsusi mikrobuslarla daşınır. Mikrobus olmadığından biz məktəbə şagird yığa bilmədik, ay yarımdan sonra fəaliyyətimiz dayandı. Valideynlər vaxt azlığı, şəhərin müxtəlif ucqarlarında yaşamaları səbəbindən uşaqları dərsə gətirmək istəmədilər. Bundan başqa, müəllimlərə nəinki əməkhaqqı, heç yol pulu da verilmirdi. Benilüks Azərbaycanlıları Konqresinin bu işləri görməyə vəsaiti yox idi». E.Mustafazadənin sözlərinə görə, məktəb Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nəzdində açılsa da, diaspor qurumu bu təhsil müəssisəsinin aqibəti ilə maraqlanmır: «Müqayisə üçün deyim ki, Berndəki məktəbi bir biznesmen açıb. Orada ümumilikdə 200 azərbaycanlı ailə yaşayır, məktəbdə isə 14 şagird və 2 müəllim var. Uşaqları mikrobusla evlərindən götürürlər. Məktəbdə isti yemək, şirələr verilir... Amma hökumətin nəzdində açılan bizim məktəb imkansızlıq ucbatından noyabrın sonlarından bağlıdır. Burada ermənilərin 8 həftəsonu, 1 böyük orta məktəbi var. İşi çox yüksək səviyyədə təşkil ediblər. Erməni 9 məktəb saxlayır, bizim birinə gücümüz çatmır?!» E.Mustafazadə deyir ki, problemlə bağlı dəfələrlə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər: «Məktub göndərmişik, söz verilib ki, konqresə maddi dəstək veriləcək. Konqresin rəhbəri Sahil Qasımov komitə sədri Nazim İbrahimovla danışıb. Nəticə yoxdur». İcraçı direktor konqresin qarşılaşdığı digər problemlər haqqında da danışır: «Burada diaspor qurumları milli mövzularda müxtəlif tədbirlər keçirir, forumlar təşkil edir. Ermənilər bu forumları çox yüksək səviyyədə düzənləyir, hətta tədbirləri işıqlandırmaq üçün ölkələrindən jurnalistlər də dəvət edirlər. Amma il yarımdır Benilüks Azərbaycanlıları Konqresi yaradılıb, heç özümüzə ofis də tuta bilmirik. Yetim günündəyik». E.Mustafazadə bildirir ki, 15 ən iri təşkilatı özündə birləşdirən Benilüks Azərbaycanlıları Konqresi hazırda dağılmaq təhlükəsi qarşısındadır: «Maddi problemlər üzvlərin bir-bir qurumu tərk etməsinə gətirib çıxarır. Artıq iki təşkilat bizdən ayrılıb. Bir müddət əvvəl burada yaradılan 5 türkmən təşkilatı bizə qoşulmuşdu. Hazırda həmin təşkilatlar da qurumu tərk etmək üzrədir. Hollandiya hökuməti diaspor təşkilatlarına yardım edir, lakin onun bizdən tələbi odur ki, nizamnaməmizdən Qarabağ konflikti ilə bağlı müddəaları çıxaraq. Çıxarmadığımıza görə yardım edilmir. Azərbaycanın dövlət büdcəsindən diaspor komitəsinə vəsait ayrılır ki, xaricdəki təşkilatları maliyyələşdirilsin. Amma bizə bəlli olmayan səbəblər üzündən bu vəsaitdən məhrum olmuşuq. Yadıma düşmüşkən, erməni biznesmenlər Hollandiyada yarımfabrikat istehsal edən müəssisə açıb, öz məhsullarına «Halal» adı veriblər. Özləri belə adlandırıblar ki, həmin məhsulları müsəlmanlar da alsın. Burada erməni federasyonu dördüncü mehmanxanasını aldı. Bəs Azərbaycan diaspor təşkilatları nə gündədir?» E.Mustafazadə martın 9-da Benilüks Azərbaycanlıları Konqresinin tədbirinin keçiriləcəyini bildirib: «Bu tədbir hesabat xarakteri daşıyır. Diaspor komitəsindən də nümayəndələrin gəlişi gözlənilir, mən sadaladığım problemləri həmin iclasda qaldıracam». «Media forum»
Mirzə Xəzər 20 Fev 2008
2008-02-19 – 16:29:00
21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində İranın azərbaycanlılar yaşayan şəhərlərində fəallara qarşı təzyiqlər artıb.
«Media forum» saytı xəbər verir ki, bir neçə gün əvvəl Urmiyada ETTELAAT əməkdaşları 4 fəalı evlərindən tutaraq naməlum istiqamətə aparıb.
Polislərin və mülk geyimli ETTELAAT əməkdaşlarının Urmiya şəhərinin bütün əsas küçələrinə nəzarəti gücləndirdiyi bildirilir. Həmçinin milli fəalların geniş miqyasda şəhərdə və ətraf kəndlərdə əhalini Beynəlxalq Ana Dili Gününü qeyd etməyə çağıran vərəqələr yaydığı deyilir.
Zəncanda da ETTELAAT əməkdaşları üç fəalı həbs edib. Həmin üç nəfərin evlərindəki kompüter, disket, kitab və yazıların da müsadirə olundubu vurğulanır.
Məlumatlara görə, hökumət adamları bəzi milli fəalların evlərinə gedərək fevralın 21-də onlardan evdə oturub çölə çıxmamağı tələb ediblər.
Zəncan fəalları şəhər və kəndlərdə yaydıqları vərəqələrdə əhalini fevralın 21-də saat 16-da şəhərin «Səbzə meydan» parkında toplaşaraq İranda azərbaycanlılara qarşı yürüdülən ayrı-seçkilik siyasətinə etiraz etməyə çağırıblar.
«Media forum»
Mirzə Xəzər 11 Fev 2008
Salam, Mirze Xezer bey!
Allah sizden razi olsun.Sizin Azerbaycan milleti uchun etdikleriniz qiymete gelmezdir. Heqiqeten sizin kimi bir ziyalimizin olmasina bir Azerbaycanli genci kimi fexr edirem. Ushaqliqdan Azadliq radiosunda sizin verilishleri dinleyerdim. Her gun saat 20:00 olan kimi radionu yandirib hevesle sizi dinlemeye bashlayardim. Chunki men heqiqeti yalniz sizin dilinizden eshide bilirdim. Her gun verilishi bashlayib ve bitirerken dediyiniz sozler hele de yaddashimdan silinmeyib. Men texminen 1998-2000-ci illeri nezerde tuturam, onda menim 13-15 yashim var idi. Yashimin azlighina baxmayaraq sizin butun meseleler haqqinda olan chixishlarinizi diqqetle dinleyirdim. Uzeyir Hacibeylinin felyotonlari, Celil Memmedquluzadenin meqale ve hekayeleri ve Mirze Elekber Sabirin satiralarina olan sonsuz mehebbetim sizi meni chox baghlayirdi. Siz onlarin esrin evvelinde etdiklerini esrin sonunda ve indi davam edirsiniz.
Allah sizi Milletimize chox gormesin!
Boyuk hormetle,
Cefer S.
Germany