Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Bakının mərkəzində şüarlar: «Yaşasın respublika», «Xalq kral istəmir» «Rədd olsun monarxiya»

Mirzə Xəzər 24 Dek 2008

no comments

Baki_2420dekabr202008__991__2

PAYTAXTIN MƏRKƏZİNDƏ «RESPUBLİKA» ŞÜARLI PLAKATLAR QALDIRAN GƏNCLƏRİ DAĞITDILAR. 9 NƏFƏRİN SAXLANDIĞI BİLDİRİLİR
2008-12-24 - 12:34:00

«Media forum» saytının əməkdaşı paytaxtın mərkəzindən xəbər verir ki, saat 12 radələrində bir qrup gənc əllərində «Yaşasın respublika», «Xalq kral istəmir» «Rədd olsun monarxiya» şüarları yazılmış plakatlarla Nizami Gəncəvinin heykəlinin yaxınlığından keçərək Konstitusiya Məhkəməsinin binasına yaxınlaşmaq istəyib. Lakin polis onlara bu imkanı verməyib. Plakatlar alınıb və gənclər ərazidən uzaqlaşdırılıb.

Ərazidə polis əməkdaşları o qədər çox olmasa da, yoldan ötən vətəndaşların hərəkətləri məhdudlaşdırılıb. Digər xəbərə görə, bir qrup müxalifətçi «Sahil» metrostansiyasından çıxaraq Konstitusiya Məhkəməsinin binası tərəfə gələrkən saxlanıb.

Müsavat Partiyası İcra Aparatının rəhbəri «Media forum»a bildirib ki, indəyə qədər 9 partiya üzvünün saxlandığı haqda məlumat alıb. Onları paytaxtın 39-cu polis bölməsinə aparıblar: «Sahil» metrostansiyası, Fəvvarələr bağı istiqamətində müxalifətçilərin Konstitusiya Məhkəməsinin binasına doğru irəliləməsinin qarşısı alınıb».

Bu gün müxalifət partiyaları Konstitusiya Məhkəməsinin binası qarşısında sanksiyalaşdırılmamış etiraz aksiyası keçirməyi planlaşdırırdı. Məqsəd «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında» referendum aktı layihəsinə etiraz etməkdir. Sözügedən layihə dekabrın 18-də Milli Məclisin müvafiq komissiyalarında müzakirə ediləndən sonra parlamentin plenar iclasına tövsiyə olunub. Dekabrın 19-da Milli Məclis layihəni rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərib. Konstitusiya Məhkəməsi layihəyə dekabrın 24-də rəy verəcəyini açıqlayıb.

Hazırda Konstitusiya Məhkəməsinin Plenumu konstitusiyaya təklif olunan dəyişiklər layihəsini müzakirə edir. Məhkəmənin rəyi müsbət olsa, iki ay sonra Azərbaycanda referendum keçirilə bilər.


«Media forum»

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: ŞAHIN TƏLXƏYİ KİM OLACAQ?

Sonrakı məqalə: Hormetli Mirze Muellim,

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3765

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin