Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: ŞAHIN TƏLXƏYİ KİM OLACAQ?

Mirzə Xəzər 23 Dek 2008

no comments

melahet2

 


 

 

Son hadisələrdəki abı-hava məni uşaqlıq illərimə aparır. Atam ağır yataq xəstəsi idi. Ömrünün son aylarını yaşayırdı. Dostları hər axşam yanına gəlib günün hadisələrini ona danışırdılar. Dostlar çalışırdılar söhbətlərində yumorlu hadisələr daha çox olsun. Evin sonbeşiyi olduğuma görə bəzi xırda işləri görmək üçün çox vaxt atamın yanında olurdum və yaşımdan böyük söhbətlər eşidirdim. Bir axşam Əsədulla dayının başına gələn hadisəni atama nəql edəndə Əsədulladan və məndən başqa hamı gözləri yaşarınca gülmüşdü.Mən heç nə başa düşmədiyimə görə gülməmişdim,Əsədulla dayı isə...

 

 

Rus qadınları ilə necə əylənməyini ucqar kənddən şəhərə qonaq gələn Əsədullaya göstərmək üçün DOSTu onu RUS qadınlarının bol olduğu bir məclisə aparır.Əsədulla zahirən Azərbaycan nağıllarında təsvir olunan igidlərə bənzəyirdi: ucaboy, enlikürək, qaraqaş, qaragöz ... Əsədulla rus dilində bir kəlmə də bilmirdi.Rus qadınları Əsədullanı görən kimi , arıq,sarışın köhnə DOST unudurlar.Hamı Əsədulla ilə tanış olmağa can atır.Köhnə dost möhkəm hirslənir.Əsədullanı bir kənara çəkib deyir:”Qadınlarla tanış olmaq istəyirsənsə,SƏNdən nə soruşsalar “DA” deyərsən”.Qadınlara isə rus dilində deyir :”Əsədullanın qara qaş-gözünə çox da aşiq olmayın.Bədbəxtin böyük dərdi var.Əsədulla kənddə bir varlı kişinin qadınlarını qoruyur.Varlı adam Əsədullanı axtalayıb.İnanmırsız özündən soruşun...”.Rus qadınları Əsədullanı əhatəyə alıb əcaib suallarını yağdırmağa başlayıblar. Nə soruşublar Əsədulla “DA” deyib.Axırda “Səni axtalayıblar? ” sualına “DA” cavabını verəndə bütün məclis bir ağızdan ona“Bednyaqa!” deyiblər.Nədənsə son vaxtlar DEPUTAT yoldaşlar XALQı -ƏSƏDULLA edib.Amma millət nə axtalanıb ,nə də ki ucqar kənddə yaşayan Əsədulla kimi AVAM deyil.Kasıbçılığa baxmayaraq hər ailədə ən azı iki-üç uşaq var.İşıq ,istilik,iş olmayan evlərdə uşaq artımı lap çox olar.Bir yorğanın altına yığışan ailələr boş-bekarçılıqdan nəsil artırmaqla məşğul olmalıdırlar.Yoxsa o da günahdı? Təhsilimizin bərbad ,rəzalət günündə olmasına baxmayaraq isə RUSA rus dilində,İNGİLİSə ingilis dilində dərs keçə bilən savadlı övladlarımız var. Qənimət Zahid həbsdən çıxandan sonra ingilis dili müəllimlərinə dərs keçəcək.Xalq ən çətin anlarda daha güclü,savadlı,diribaş olur. Əsədulla SOVET rejimində qızara-qızara qaldı.Biz isə bütün rejimləri özündə birləşdirən bir QURULUŞda yaşayırıq.ŞAHlıq dövrünə dönmək üçün qanunlar yazılır və altına XALQ adından “HƏ”möhrü vurulur. Xalqın rəyi soruşulmadan “axtalanmış” qanunlara niyə“DA!!!” deyilir?.Bəlkə ŞAHlıq dövründə çoxlu XANlıqlar olduğuna görə “ XAN deputatlar” belə qanunlar yazır? Saxta Tarix XANlığı,Saxta Mətbuat XANlığı,Saxta Təhsil XANlığı,Saxta Din XANlığı ...adı altında fəaliyyət göstərmək üçün “DA”deyənlərin səsi “yuxarıdan”gəlir. “Dinimiz süni mayalanmanı günah sayır.Başqa millətlərin qanının qanımıza qarışması yasaq olmalıdır...” deyən DİN ŞEYXi niyə kütləvi şəkildə əcnəbilərə ərə gedən qızlarımızı görmür? Son vaxtlar əri olan qadınlar da ərlərini qoyub xaricə qaçır.DİN isə susur.Ailəsini dolandırmaq üçün ölkəni tərk edən kişilərin yanlarında gətirəcəkləri SARIBALA, QARABALA Azərbaycana gələndə daşqalaq olunacaqlar? Heç olmasa Sovet quruluşunda kişilər işləmək üçün ancaq Rusiyanın şəhərlərinə gedirdilər,indi isə Moskvaya girib Afrikadan çıxırlar. Bəs, ATA üzünə həsrət qalan “atalı yetimlərin” günahı nədir?Millətin adından danışmaq vərdişə çevrilib,heç olmasa ALLAHın adından danışmayın.Dinin hansı qaydalarına əməl olunur ki,süni mayalanma üçün bu qədər hay-küy salınıb?Millətin öldürülən hisslərini süni mayalanma da xilas edə bilməz.Görəsən timsah,pələng ,şir,delfin saxlamaq haqqında DİNdə nə yazılıb?Çox maraqlıdır!VƏTƏNDAŞ hüquqlarımızı bilmirik, heç olmasa DİNi qanunları bizə başa salsınlar. “Vətəndaş” kimi özümüzü tanıya bilmədik,heç olmasa “bəndə” kimi tanıyaq.

 


Hamı özünü VƏZİR, VƏKİL, CƏLLAD postunda görür. BƏS ŞAHIN TƏLXƏYİ kim olacaq? Axı TƏLXƏK olmaq üçün etibarlı, cəsarətli,düzdanışan,hazırcavab və lazım gələndə mayallaq aşmağı bacaran olmalısan. TƏLXƏK olmaq hər “DA” deyənin işi deyil.Çünki TARİX boyu təkcə TƏLXƏKlər ŞAHa XƏYANƏT etməyib.

 


Məmurların səddindən PREZİDENTin qəbuluna düşmək mümkün deyilsə,ŞAHIN qəbuluna necə düşmək olar?Elçi daşının üstündə nəinki oturmaq,hətta “sehrli daşı” görmək mümkün olmaz.Bəs, yeni təmir olunan ALİ məclisin binasına xərclənən milyonlar necə olacaq?Yumşaq kresloda oturub kompüter düyməsini basmaq yaxşıdır,yoxsa TƏLXƏKsiz sarayda quru yerdə oturub “DA” qanunlarını hazırlamaq?

 


Səkkiz-doqquz il əvvəl Azərbaycan Dövlət Himnini dəyişmək üçün bir qrup insan (əslində hamı “ziyalı” idi) özünə əl qatmışdı ki, HİMNİN sözləri Əhməd Cavada aid deyil.Guya müəllif ömründə şeir yazmayan bir xanımdır. ÖLMƏZ Əhməd Cavadın sözlərinə DAHİ Üzeyir Hacıbəyovun bəstələdiyi HİMN qəlbiqara adamların yuxusunu ərşə çəkmişdi.Televiziyada,mətbuatda qızğın mübahisələr gedirdi.Bir vaxtlar Əhməd Cavadın ölümünə fərman verənlərin törəmələri başqa bir HİMN yazılması üçün mərhum Prezident Heydər Əliyevə müraciət etmişdilər.Müraciətlərinə müsbət cavab verilməmişdi. Qara arzuları ürəklərində qalmışdı.Bu gün övladlarımızın fəxrlə oxuduqları Azərbaycan Dövlət Himni yenidən təhlükə altındadır.TİMSAH, PƏLƏNG, AYI , ŞİR...saxlayan məmurlar ŞAHlıq rejimində sevimli heyvanlarının sakitliyini pozmamaq üçün HİMN oxumağı da qadağan edəcəklər.Oxuyanlar qızmış timsaha,pələngə,ayıya,şirə yem olacaq...


Sonda hörmətli O.Kamilin(Vasif Sadıqlı) saytından oxuduğum bir rəvayəti yazıram.
Bir dəfə filosof Aristipp bazardan keçirmiş. Bu vaxt çəlləkdə yaşamağı ilə saraylara ”üsyan” edən “ ağıldan kəm” ləqəbi alan filosof Diogen artıq qalan tərəvəzləri təmizləyib yeyirmiş . Aristipp Diogenə deyir:

 

-Əgər adamlarla dil tapmağı bacarsaydın, tərəvəzlərin artığı ilə qidalanmazdın.

 

Diogen isə ona deyir:

 

-Əgər sən bunlarla qidalanmağı bacarsaydın, tiranların sarayında sürünməli olmazdın.

 

 

 

 

Əvvəlki məqalə: DİNLƏ! Xəlil Rza: DAVAM EDİR 37

Sonrakı məqalə: Bakının mərkəzində şüarlar: «Yaşasın respublika», «Xalq kral istəmir» «Rədd olsun monarxiya»

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3766

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin