Məlahət Ağacanqızı: Dünyanı sındırmaq olar, TÜRKÜ sındırmaq olmaz!
SAHİBSİZ OLAN MEMLEKETİN BATMASI HAKTIR,
SEN SAHİB OLSAN BU VATAN BATMAYACAKTIR...
Mehmet Akif Ersoy
Mən Bayqurdam!
Mən Bozqurdam!
Açın bələkdən məni,
Çıxardın beşikdən məni.
Bu nə zülm,
Bu nə hoqqa?
Bu nə əmzik,
Bu nə “soska”?
Mən Bayqurdam!
Mən Bozqurdun balasıyam,-
Verin ANAMA məni,
Salsın döşünə məni...
TÜRKÜN canlı bayrağıyam-
Qaldırın yuxarı məni!
-Bu şeri oğlum Bayqurd on il əvvəl dünyaya gələndə ona həsr etmişəm.Mən ona “Bayqurd”adını qoyanda yaxalarına “BOZQURD” nişanı vuran dostlar da etiraz etmişdi. ”Uşaq adına görə əziyyət çəkəcək...” və başqa “çiy”sözlər deyirdilər. Hər dəfə uşağın adını soruşanda ”Nə dedin? Eşitmədim,bir də de...” xahiş, tələb, əmr edənlərlə on il mübarizə aparmışam. Dəfələrlə məktəbə”Bayqurd”adının izahı üçün əcnəbi adlar daşıyan uşaqların hüzuruna getmişəm.Hətta bu yaxınlarda Bayqurdu “Reks”adlı it dişləyəndə möhkəm kövrəlmişdim. Sanki əcnəbi adı daşıyan İT də oğluma düşmən olmuşdu.Yeganə təsəllim oğlumun öz ADının böyüklüyünü başa düşməsi , onu sevməsi və tək-tək də olsa “Bayqurd” adının ucalığını dərk edənlərin olması olub.İranda rəqs edərkən“Bozqurd”işarəsini göstərən Əsgər Əkbərzadəmə beş il SÜRGÜN cəzası verilib. Çünki BOZQURD-TÜRK millətinin xilaskarı sayılır. Rusların məşhur “Nu, poqodi!” cizgi filmini bütün uşaqlar kimi oğlum da çox xoşlayır. Balaca bir dovşanın BÖYÜK bir QURDu gülünc vəziyyətə saldığına gülən oğluma atası dedi:“Oğlum unutma ki,RUSlar QURDU gülünc vəziyyətə salmaqla BOZQURDu məsxərəyə qoyublar. BOZQURDUN düşməni –TÜRKÜN düşmənidir!”.
Əsli-kökü məlum olmayan bir qrupun “Ermənilərdən üzr istəyirik” adı altında imza toplayanların rəhbəri yəqin ki, qorxaq DOVŞANdır.”Nu,poqodi!” cizgi filmindən ruhlanan “dovşanlar” BOZQURDlara meydan oxumağa necə cürət etdi? Bəlkə TÜLKÜ, ÇAQQAL kimi düşmənlərinə yaltaqlanmaq üçün İMZA toplayırlar? Türkiyədə yaşayan ,TÜRK millətinin ruhuna bələd olan bir şəxs kimi “dovşanların” boş yerə çaba göstərdiklərini deyə bilərəm. Hər bir evin eyvanından TÜRK bayrağı yellənən,DÖVLƏT HİMNi çalınanda uşaqlı-böyüklü
əsgər kimi farağat dayanıb HİMNİ dinləyən MİLLƏT -günahı olan ATAsından da üzr istəməz!Üzr istəyənlər TÜRK deyil!Yaxşı deyiblər”Milçək bir şey deyil,amma ürək bulandırır”.
Türkiyədə yaşayanda,avtobusla dağların arasından keçəndə oğlum qışqıra-qışqıra dedi:”Mən erməniləri öldürüb,gətirib bu dağlarda basdıracağam...” Məndən başqa hamı uşağa tərs-tərs baxdı.Bir nəfər isə dözməyib”Yavrum kendi dağlarına gömsen iyi olur!”-deyəndə,uşaq təəccüblə dodaqlarını büzmüşdü. Əslində təəccüblənəsi, inciyəsi heç nə yox idi. Həmin sözlər əsl TÜRK öyüd-nəsihəti idi. Yəni : “Oğlum! öz bayrağına, yurduna, dağlarına sahib çıx ! XOCALI faciəsi törədən düşməni FACİƏ törətdiyi dağlarda basdır!”
Nədənsə BİZ böyüklü-kiçikli Ermənilərdən qisas almaq üçün TÜRKİYƏdən yardım uma-uma QARABAĞı unuduruq. Sanki bizim yerimizə düşmənlə TÜRKİYƏ ORDUSU döyüşməlidir.
Türkiyədə olub Çanakkala Şəhidliyinə getməyən , demək Türkiyədə olmayıb.Dünyanın hər yerindən Çanakkala Şəhidliyinə axın-axın ziyarətçilər gəlir.Müxtəlif dillərdə danışan insanları bir yerə toplayan ŞƏHİDlərin müqəddəs RUHlarıdır.VƏTƏN,YURD,TORPAQ uğrunda ŞƏHİD olanların məzarlığında ayağını yerə basmağa qorxursan.”Dur yolçu!Bilmeden gelib bastığın bu toprak bir devrin battığı yerdir!”deyən TÜRK millətindən bütün DÜNYA utanmalıdır. TÜRK milləti Savaşda ŞƏHİD olan Fransız,İngilis əsgərlərinin
meyitləri ilə Ermənilər kimi davranmayıb.Hər millətin şəhidlərini hörmətlə dəfn edib , məzarlıqda xatirə kompleksi ucaldıb.Azərbaycanda XOCALI soyqırımı törədən Ermənilər isə balaca uşaqların,qadınların,qocaların meyitlərini təhqir etdiklərinə görə bağışlanmaq üçün dizin –dizin sürünsələr də VƏHŞİ millət kimi tarixdə qalacaqlar.
“Ermənilərdən üzr istəyirik” adlı QARA kağıza imza atanlar bir gün “YOXA” çıxsalar heç kəs təəccüblənməsin.Çanakkala Savaşı zamanı azlıqda qalan TÜRKlərin üstünə 300 ingilis əsgəri hücum edən vaxt “AĞ DUMANda” yox olublar. İngilislər hələ də “AĞ DUMAN” sirrinə inana bilmirlər.
Dünyanı sındırmaq olar, TÜRKÜ sındırmaq olmaz! Hər İMZA atan şəxs BÖYÜK TÜRK MİLLƏTİNƏ düşmən olduğunu etiraf etmiş olur. TÜRKƏ düşmənlərini tanımaq fürsətini verən TANRIYA şükür olsun!
Yazımı Türkiyənin BÖYÜK ŞAİRİ Mehmet Akif Ersoyun misraları ilə tamamlamaq istərdim:
Bastığın yerleri "toprak!" diyerek geçme, tanı:
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır, atanı:
Verme, dünyaları alsan da, bu cennet vatanı.
Kim bu cennet vatanın uğruna olmaz ki feda?
Şüheda fışkıracak toprağı sıksan, şüheda!
Canı, cananı, bütün varımı alsın da Hüda,
Etmesin tek vatanımdan beni dünyada cüda.
22.12.2008
Əvvəlki məqalə: Feyzulla Unuslu: "Hələ utanmadan övladlarımızın namizədliyi haqqında da düşünürük"
Sonrakı məqalə: Abdulla ƏMİR HAŞİMİ (Cavanşir): 21 Azər qiyamına yeni baxış
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3760
