Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

DİPLOMATLAR EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Mirzə Xəzər 28 Noy 2008

no comments


2008-11-28, 16:46:00

Noyabrın 28-də ABŞ, Norveç, Almaniya və Fransanın Azərbaycandakı səfirliklərinin, həmçinin Avropa Şurasının və ATƏT-in Bakıdakı nümayəndəliklərinin təmsilçiləri 12 saylı Cəzaçəkmə Müəssisəsində «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərnin baş redaktoru Eynulla Fətullayevlə görüşüblər.

Eynulla-Fetullayev


ATƏT-in Bakı ofisindən «Azadlıq» radiosuna verilən məlumata görə, məhbus jurnalistlə görüşmək təşəbbüsünü onlar irəli sürüblər. Qurumun sözçüsü Rəşad Hüseynov deyib ki, diplomatlar jurnalistin saxlanma şəraitiylə tanış olublar. E.Fətullayev onlara saxlanma şəraitindən narazı olmadığını desə də, oxumaq istədiyi qəzetlərin ona verilmədiyini diqqətə çatdırıb. Diplomatlar jurnalistin probleminin həll olunacağına ümid etdiklərini bildiriblər.

R.Hüseynovun sözlərinə görə, ATƏT-in Bakı ofisi gələn il həbsdəki digər jurnalistlərlə də görüşməyi planlaşdırır.

Bu ilin oktyabr ayında diplomatlar «Azadlıq» qəzetinin həbsdə olan yazarı Mirzə Sakitlə də görüşmüşdülər.

Eynulla Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay həbs cəzası kəsilib.

Media Forum

Məlahət Ağacanqızı: SİYASƏT VƏ MÜXALİFƏTİN “GİZLİN DƏRD”İ

Mirzə Xəzər 28 Noy 2008

no comments


Siyasəti uşaqlıqdan sevməmişəm. SİYASƏT - gözəllik, mərdlik, qeyrət, vicdan, təmiz sevgi, ədəb-ərkan və ən əsası yumor hissindən uzaqdır. ”SİYAS”-ət çox qorxulu və pis qoxulu “ətdir”. Elmə məlum olmayan HEYVAN ətidir. Amma o HEYVANı Allah yaratmayıb. Bəlkə də SİYAS heyvanın atası Şeytandır.


Şeytan SİYAS ətini insanlara yedirdə-yedirdə dünyanı xaraba qoydu. SİYAS ətini dadanlar cinə-şeytana dönüb dünyanı dağıtmağa başladılar. Bir otaqlı evlərində o murdar əti yeyənlər üç-dörd mərtəbəli villa eşqinə düşdülər. Villa, ofis, ticarət mərkəzi...tikmək üçün müharibələr başladı. Müharibədə “SİYAS ətinin BAZları “ yox, halal duz-çörək yeyən GÜNAHSIZ insanlar şəhid oldular.

Siyasətbazlar təmiz, halal insanları məhv etməklə bərabər, yaşıllıqlara da ölüm hökmü oxudular. SÜNİ ,SAXTA adamlar süni,saxta çiçəklərin,ağacların təbliğatına başladılar. ”Kəssə hər kim dünyadan qan izini,qurtaran dahi odur YER üzünü” deyən Hüseyn Cavidin qara məzar daşına da göz dikən acgöz insanların əlindən , DÜNYAdan qan izini kəsən DAHİ tapılmaz.. Niyə? Ona görə ki uşaqlı-böyüklü, kişili-arvadlı hamı SİYAS- ət –baz olublar. GÜL kimi peşələrini atıb DEPUTAT olanlar “gül”layihələr hazırlayırlar. Ay nə bilim siqaret ziyandı qadağa olunsun,narkomaniya üçün şərait yaradılsın. Məgər siqareti camaat kefdən çəkir,iynəni dərddən vurur ? Məgər həbs olunanların hamısı ucdantutma narkomandı ? Namus,qeyrət üstündə həbsdə çürüyənləri ,bir məqaləyə görə cəza alanları təhqir etmək ədəbsizlikdir.Bəlkə məhbuslara təzə,yaxşı iynələr əvəzinə -təzə, yaxşı şərait yaratmaq lazımdır? Qadağalar ,cərimə qoymaqla yalnız həbsxanalar dolacaq,boş ciblər deşik olacaq. Bəyəm siqaretdən, içkidən təkcə kişilər istifadə edir ? Yaşı yetmişi keçən bir qadın tanyıram ki,siqaret də çəkir,içki də içir.Tək-tənha qalan qoca arvad bir azdan iynə də vuracaq yəqin.Neyləsin ,nankor övladların əlindən özünü elə biabır edir.Yaxşı ki,içəndə ,siqaret çəkəndə küçəyə çıxmır.Yazıq arvad,ya həbs olunar,ya da cərimə edilər.Bu yaxınlarda ,metroda sakitlik olduğunu görüb kitab oxumaq istədim.Kitabı açıb bir cümlə oxumamışdım ki,iki oğlan hırıldamağa başladı.Biri dözməyib dedi:”Professor,hündürdən oxu,biz də eşidək!”. Kitabı örtüb,qatarın zəhlətökən taqqıltısına qulaq asmağa məcbur oldum. “Hamı ictimai yerlərdə kitab oxusun” qanun layihəsi hazırlansa kitabsevərlərə böyük hədiyyə olar. Məcburi maarifləndirmə ,məcburi cərimələrdən daha çox xeyir verər. Hörmətli QANUN yazanlar!Qanunları yazmamışdan DƏRVİŞ libasında camaatın arasında olun,sonra tükürpədən qanunlar yazın.Hal-hazırda SİYASət ən gəlirli biznesdi.İndi Azərbaycanda partiya yaratmaq-dükan yaratmaq kimi asan bir işdi.Və yaradılan partiyalar adi xırdavat dükanı qədər də millətə xeyir vermir.Cib doldurmaq,kresloda mürgüləmək xətrinə yaradılan PARTİYA sınıq-salxaq məktəb partası kimi bir tullantıdır.

“Yeni Müsavat”da astroloqların “Qara maqiya” ilə bağlı fikirləri ilə tanış oldum.Müxalifətin” susmasını”CADU-MAQİYA ilə bağlayanlar möhkəm yanılırlar. Olmayan müxalifətə cadu necə təsir edə bilər? Hər kəs “ SİYAS ətindən” payını alana qədər danışdı.Hələ ac deyillər.Ətləri qurtaran kimi danışacaqlar.Kimin nə vecinə camaat necə dolanır.İt əti yeyir,at əti yeyir.Əsas odur siyasətbazlar ƏT korluğu çəkmirlər.
Astroloq Firudin bəy caduya düşən adamlara məzəli bir məsləhət verib:”Cadudan xilas olmaq üçün ayaqyolunda tərsinə oturmaq lazımdır...”.İnanmıram “maqiya” bəlasından qurtulmaq üçün”susan,caduya düşən” müxalifətçilər ayaqyolunda tərsinə otursunlar.Onlar elə ayaqyolunda düz oturmaq ,tez-tez ayaqyoluna getmək kefini görmək üçün susurlar.
Oktyabr ayında bizim bir utancaq qohumu evləndiriblər.Toy bitib.Yadlar gedib,qohumlar qalıb.Yengə bəylə-gəlinin qapısı ağzında “postunda”dayanıb.Bəy içəridə qıza deyib :”Mən özümü yaxşı hiss etmirəm.Qohum-əqraba aşağıda,yengə qapının ağzında...Halım özümdə deyil.Gəl sən mənə kömək et. Mənim üçün ayıbdı,sən de ki halın yaxşı deyil.” - Qız bir hay-küy salıb ki,aləm dəyib bir-birinə. Qapını hirslə necə açıbsa,açar deşiyindən onları güdən “yengə” qaçmağa macal tapmayıb,qapının zərbəsindən sərilib yerə. Qız çıxıb eyvana,qışqıra-qışqıra aşağıda “cavab”gözləyənlərə ərz edib:” Mən özümü çox yaxşı hiss edirəm,heç bir problemim yoxdur!Təzə bəy deyir ki”Mən kişi deyiləm,mənə kömək et”. Mən ona necə kömək edim?!” deyib və başlayıb saçlarını yolmağa. Yuxarıda QIZ,aşağıda qızın qohumları “şaxsey-vaxsey”gediblər.Oğlan adamı da boş dayanmayıb.Əvvəlcə “yaxşı”bir cadugəri tapıb gətiriblər.Guya “bağlanan”oğlanı açmaq üçün.Sonra “yaxşı”bir həkim gətiriblər.İynələrin də təsir etmədiyin görən qohum-əqraba yazıq oğlanı ,həyətdəki soyuq su ilə dolu hovuza salıb-çıxardıblar.Oğlan bir həftə soyuqdəymədən xəstə yatıb. Psixoloji gərginlikdən azad olan təzə bəy bir həftədən sonra özünə gəlib. Ağ paltarını çıxardıb, qara paltar geyinən qıza “KİŞİ olduğunu “sübut edib və evdən çıxıb gedib.

Bu hadisəni yazmaqda məqsədim nədir? Susan müxalifətçilərin “dərdinə” nə cadugər , nə həkim , nə də hovuzun soyuq suyu kömək edə bilməz.MÜXALİFƏTÇİ olduğunu sübut etmək üçün gərək “GİZLİN DƏRD”in olmasın.

Yaxşı olar İQTİDAR və MÜXALİFƏT nümayəndələri “Yalançı çoban” Azərbaycan xalq nağılını oxusunlar. Nağılın sonunda “Yalançının evi yandı, heç kəs inanmadı” atalar sözü də var.

Abdulla Əmir Haşimi: GÜNEY AZƏRBAYCANDA QADIN PROBLEMİ ÜÇÜN BİR LAYİHƏ

Mirzə Xəzər 27 Noy 2008

no comments


25 noyabr – BMT-nin Qadınlara olan zorakılığa qarşı beynəlxalq günü münasibəti ilə

AbdullaAmirHashimi

Abdulla Əmir Haşimi (Cavanşir)
abdulla_55@yahoo.com


Layihə, yeddi hissədən ibarətdir:


Müqəddimə, Güney Azərbaycan qadınının keçmişi, Güney Azərbaycan qadınının müasir dövrdə oyanışı, Qadınlarımız və dünya qadınları, Güney Azərbaycan qadınının İran İslam Republikasında hüquqi vəziyyəti və konvansionlar, Problemin həlli yolu, Nəticə.


Müqəddimə:


Güney Azərbaycan qadınları möhtəşəm tarixi, ictimai, siyasi, iqtisadi, fərhəngi nöqteyi-nəzərdən əzəmətli keçmişləri olsa da öz təkamülü yolunda şəxsiyyətinin inkişafı və Azərbaycan cəmiyyətində özünə layiqli yer tutmaq üçün enişli-yoqquşlu yol keçmiş, hüquqi, dini, cinsi, dövləti, təbəqati və milli təbiz və ayrıseçkiliklərə məruz qalmış, eyni zamanda həmin haqsızlıqları aradan qaldırmaq üçün parlaq mübarizə yolu keçmişdir – belə ki, Azərbaycan qadınının təkamül yolu dünya qadınlarının zirvəyə çatmasında dəyərli töhfələr vermişdir. Bunlara baxmayaraq, bugünkü vəziyyəti acınacaqlı olan Güney Azərbaycan qadınının ictimai, siyasi, mədəni, iqtisadi və milli vəziyyətini araşdırmaq üçün geniş təhqiqata, yüksək mübarizəyə və böyük milli, təbəqati və cinsi nailiyyətlərə çatması zəruridir.

Güney Azərbaycan qadınının keçmişi:

Qadınlarımız, əfsanələrimizdə göstərilən kimi həmişə ibtikar mənbəyi olmuşlar. Ana-bacılarımız, Azıx mağarasından tutmuş əzəmətli saraylaradək özlərindən ləyaqət, bacarıq, istedad, hünər, elm, məhəbbət, insanlıq, zövq, gözəllik nümunələri göstərmişlər. Heyvana qayğı, Azərbaycan təbiətinə sevginin anası qadınlarımız olmuşdur. Bütün alimlər deyir ki, birinci əkinçilərimiz qadınlarımız olmuşlar. Elə ona görə də birinci kəndlər və şəhərlərimiz də əkinlərin ətrafında salınmışdır. Onların da baniləri qadınlarımız olmuşlar. Qadınlarımız torpağa güc verib və torpaqdan da güc almışlar. Əski Gilgəmiş əfsanələri, dediklərimizə sübutdur. Əkinçiliyimizin yanında, naxışlı qablarımızı onlar düzəltmişlər. Onlar yer kimi bəhrə verib, becərib, insanlarımızı doyurmuşlar. Bir sözlə desək, bütün maddi və mənəvi neymətləri yaradan insanlarımızı dünyaya gətirən qadınlarımız olmuşdur. Onlar, təkamülümüzdə huşlu bir mövcud kimi kollektiv və ictimai həyatımızı qurmaqda, bizi biz edən, bizə maddi və mənəvi vəsait yaratmaqda öncül olmuşlar. Analarımız, yemək toplama, mənzilqayırma, odu yanar saxlama, uzun-uzaq mühacirətlərdə özlərindən təşəbbüs, ibtikar, dözüm göstərmişlər və hətta yolgöstərici olmuşlar. Qadınlarımız öz ağıl, huş, fərasət, bacarıq ilə bərabər, gözəllik, atifə, məhəbbət, sevgi ilahələrinin simvolik nümunələri və mədəniyyətimizi yaradıb-yaradılmasında həlledici rol oynamışlar. Dilimiz, incəsənətimiz, musiqimiz, memarlıq abidələrimiz, bir sözlə desək tarix boyu mədəniyyətimizin yaranıb inkişafında həlledici və üstün rolu qadınlarımız oynamışlar. Onlar, lazım gələndə hakim olmuşlar, ədalətli quruluşları idarə etmişlər, vətənimizi idarə etmişlər, özlərindən abidələr qoymuş əfsanələr yaratmışlar, cəmiyyətimizin adət-ənənələrini yaratmış və yaşatmışlar, və beləliklə azərbaycanlıların allahlarına, şahlarına və əfsanəvi qəhrəmanlarına çevrilmişlər. Onların bəziləri bugün də mədəni irslərimizdə yaşayırlar. Əski soylarımızdan olan şumer türklərinin əfsanələrində qadınlarımızın heykəlləri birinci allahları təşkil edir. Qadınlarımız o qədər yüksək hünərə, bacarığa, məqama, qüdrətə və diqqətə malik idilər ki, bizim qədim torpaqlarımıza köçən ariyailər qadına hörmət və ehtiramı, onun mövqeyyətinə diqqəti, bizlərdən öyrənib və öz adət-ənənələrinə çevirməyə başlamışlar. Bu həqiqəti fars alimləri etiraf etməkdən çəkinmirlər.


Əcdadlarımızın yaşayış tərzi, əfsanələrimiz, müqəddəs kitablarımız, gündəlik məişətimiz, əxlaq və adətlərimiz, Pişəvəri demişkən bu Azərbaycanaməxsusluq başqa nəsillərə keçərək ictimai həyatımız davam edib təkmilləşmişdir. Keçmiş həyatımız, şaman dinində, zərdüşt dinində və islam dinində də öz əksini tapmışdır və Azərbaycan qadınının hörməti bütün şərq xalqlarının dini adət-ənənələrində xüsusi yer qazanmışdır. Yurdumuza yadellilərin hücumu vasitəsilə həmin əski mədəniyyətimiz dönə-dönə qarət edilsə də, bugünə qalan miras o qədər zəngindir ki, Azərbaycan qadını ona söykənərək öz gələcək həyatını bəşəriyyətin ən sivil cəmiyyətləri səviyyəsində qurub, yaşada bilər. Çünki əcnəbi adət-ənənələr və qayda-qanunlar xalqımıza təhmil olan dövrlərdə də, qadınımıza olan sayqı və onun cəmiyyətdə parlaq rolu, zahirdə aradan aparılsa da, batində aradan aparıla bilinməmişdir. Qadına hörmət tabu və totəmlərimizdə yenə də yaşamışdır.


Bu qədimliliyin nümunələrindən biri, bizdə olan vətənə və təbiətə sevgidir - hansı ki anaya olan sevgi ilə dərin və orqanik əlaqəsi var. Təbiətdən gələn adlar - Göyxan, Dağxan, Dənizxan, Ayxan adları, təbiətin özüdür. Təbiət isə həmin adları doğan ananın özüdür. Bugün heç bir alim şumerlərin yaratdığı əski təməddünü azərbaycanlılardan ayrı bilmir. Və həmin təməddündən qalan qadın abidələri, uluanalarımızdan bizə qalan yadigarlardır.


Azərbaycan qadını öz sirrli-sehirli yollarını tarixdə bacarıqla daşımış, Azərbaycan cəmiyyətinin yaradıcısı və onun formalaşmasında izini qoymuş, öz camal və cəlalı ilə, eşq və sevgisi ilə birinci insan icmasından başlamış bugünkü kapitalizmin zirvədə olduğu dövrə qədər – istərsə istehsalda, istərsə dövlətçilikdə və istərsə mədəniyyətdə, öz rolunu ifa edibdir. Bugünkü səviyyəyə çatan Azərbaycan cəmiyyətinin tarixində, Azərbaycan qadını, ölümə, savaşa, çirkinliyə, xəyanətə qarşı mübarizə aparıb, bir tərəfdə doğub, başqa tərəfdə işləyib, digər tərəfdə qurub və yaratdıqlarını qorumağı bacarıb. İsti qucağında ailələr təşkil edib, yanar ocağında Azərbaycan dövlətlərimizin quruluşunda iştirak edib. Kişilərlə çiyin-çiyinə və bəzən onlardan daha sərt həyat sürüb. Yıxılıb, bir də durub. Azərbaycan qadını özündə olan mənəviyyətlərlə dolu dünya tarixinin çiçəklənməsində, Azərbaycan torpaqlarının abadlaşmasında, istehsalın təkamülündə, incəsətin inkişafında öz rolunu oynayıbdır.


Dünya tarixçiləri etiraf edirlər ki, sivilizasiyanın əsasını qoyan tayfalar, ilk Azərbaycanda görülmüşlər. Orada, m.ə. 3-cü milleniumda qəbilə formalaşması gedirdi və m.ə. 1-ci milleniumda birinci siyasi formalaşma meydana çıxmışdı. Burada əsas rolu qadınlarımız oynayırdı. M.ə. 9-cu əsrdə Azərbaycan dövlət-sistemi formalaşırdı: Manna dövləti yüksək iqtisadi və mədəni səviyyə ilə peyda olmuşdu. Manna, digər türk tayfalarında olduğu kimi, günəş və ay kimi təbii fenomenlərə inanır və şamanizm inanclarından bir metod kimi təbiətə və həyat problemlərinin həlli yolunda istifadə edirdi. Hələ m.ə. 7-ci əsrdə, qəhrəmanlıq rəmzi kimi tarixə düşən Tomris-ana, Azərbaycan imperatorluğunun başında dayanan və özündən rəşadət, şücaət göstərən böyük hökmran olmuşdu. Kuruşun qarşısını almaq üçün böyük mətanət göstərmişdir. Kuruş hiylə ilə Tomrisin oğlunu əsir almışdı, Tomris Kuruşun hiyləsi müqabilində döyüş meydanında vuruşmağı üstün tutmuş və onu məğlub etmişdi. M.ə. 4-cü əsrin ikinci yarısında yaşamış Bərdə hakimi Nüşabə xanım haqqında məlumatı Nizami Gəncəvinin "İskəndərnamə" poemasında alırıq. Dünyanın qədim və böyük fatehi Makedoniyalı İsgəndərlə görüşən Nüşabə xanım, öz müdrükliyi və dərin ağlı ilə onu sülhə çağırmış, qan tökməkdən çəkindirməyə nail olmuşdu.

Sultan Mahmud Qəznəvinin bacısı Hürəxətli, Beyhəqinin yazdığına əsasən, bütün dövlət və siyasət işlərində iştirak edirdi. Seyyidə Xatun isə, Nəfisinin yazdığına əsasən, Qəznəvilər dövrünün ən böyük siyasətçisi olmuşdu. 8-ci əsrin əvvəlində, Azərbaycan ərəblər tərəfindən hücuma məruz qaldıqda, Azərbaycan xalqı, Burumənd ananın tərbiyəsi olan ulu Babəkin başçılığı ilə, ərəb istelaçılarına qarşı silahlı qiyama qalxdı. Köyüng xatun isə Qaraxataylılar dövründə həyat-yoldaşı öldükdən sonra səltənətə çatır. Ərəb İmperiyasının çöküşündən sonra Türk-Səlcuq qəbilələri bölgədə güclü dövlət qururlar. Yoakim Barkha, Tamara Talborays və Marko Polo öz kitablarında yazırlar: “Türklər, qız və qadınlara böyük hörmət bəsləyirdilər. Qadınları, cəmiyyətdə yüksək məqamlarda çalışırdılar”. Məlikşah Səlcuginin həyat-yoldaşı böyük siyasətçi Türkan Xatun idi. Nizami və Xəyyamın qələmyoldaşı Mehsəti Gəncəvi, Səlcuqlar dövrünün ən məşhur şairələrindən idi. 3-cü Toğrulun qızı Mələkə Xatun isə öz vaxtında Azərbaycanı idarə edirdi və həyat-yoldaşı Atabəy Özbək ilə çiyin-çiyinə siyasətdə çalışırdı. Azərbaycan atabəyi Şəmsəddin Eldəgizin zövcəsi, Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın anası olan Möminə Xatun isə ərinin və oğlanlarının hakimiyyətləri dövründə böyük siyasi nifuza malik olaraq, Sultanla atabəylər arasında normal münasibətlərin qurulmasına çalışmış, ara müharibələrinin qarşısını almışdır. Naxçıvanda dahi Əcəminin ucaltdığı möhtəşəm Möminə Xatun türbəsi, hələ 1186-cı ildə bu Xatunun şərəfinə tikilmişdir.


13-cü əsrin əvvəllərində yaşayan Mehrican Xatun, sultan Toğrulun qızı, Atabəylər dövlətinin axırıncı hökmdarı Müzəfərəddin Özbəyin xanımı idi. Xarəzmşah Cəlaləddin Azərbaycana hücum edəndə Özbək, Təbrizdən Gəncəyə, oradan da Naxçıvana, Əlincə qalasına qaçmışdı. Onun Təbrizdə qalan xanımı Mehrican xatun isə öz nüfuzu hesabına Xoy, Səlmas və Urmiyəni öz idarəçiliyində saxlaya bilmişdi. Mehrican xatun 1225 ildə Təbrizli Şəmsəddinlə birlikdə Təbriz, Xoy, Naxçıvan şəhərlərinin işğalçılardan azad olunmasında böyük hünər göstərmişdi. Çingiz xanın qızı Alağabəyim, siyasətdə və hərbi şücaətdə məşhur idi. Alağabəyim, Çingizxanın əmri ilə Nişapura hücumu rəhbərlik edirdi. Rəşidəddin Fəzlullah isə Hulakuxanın həyat-yoldaşı Doqquzxatunu o dövrün ən böyük siyasətçisi kimi qələmə alır. 15-ci əsrdə Ağqoyunlu dövlətinin siyasi həyatında mühüm rol oynamış və böyük azərbaycanlı imperator Uzun Həsənin anası Sara Xatun, əzəmətli diplomat idi. Dövlətin möhkəmləndirilməsində yaxından iştirak etmiş, Ağqoyunluların xarici siyasətinin müəyyənləşdirilməsində əsas rolu oynamış, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını uğurla yerinə yetirmişdi. Osmanlı sultanı II Mehmetlə bağladığı Yassıçəmən müqaviləsi Ağqoyunluların dövlət müstəqilliyinin saxlanılmasında mühüm rol oynamışdı və Teymuri Əbu Səidlə danışıqlar aparan Ağqoyunlu elçilərinə başçılıq etmişdi. Azərbaycana göndərilən Avropa elçilərinə verilən gizli təlimatlarda mütləq Sara Xatunla görüşmək və onun saraydakı nüfuzundan istifadə etmək tapşırılırdı. Sultan Hüseynin qızı Tandu da ən böyük siyasətçilərdən biri idi və həyat-yoldaşı Sultan Vələddən sonra hakimiyəti alır. Koroğlunun həyat-yoldaşı Nigar xanımı isə Çənlibeldə vuruşan pəhləvan qadınlardan olaraq nümunə göstərmək olar. Şah İsmayıl dövründə qadınların kişilərlə çiyin-çiyinə vuruşması, o cümlədən onun savaşda əsir düşmüş həyat-yoldaşı Behruzə xanımın adı xarici yazıçıların diqqət mərkəzində idi. 1776-cı ildə Dərbənd şəhərini idarə etmək isə məhz Quba xanı Fətəli xanın xanımı, Qara-qaytar hakimi Əmir Həmzənin bacısı, dövlət xadimi Tuti Bikəyə tapşırılmışdı. O, həyat-yoldaşının döyüşdə öldürüldüyü haqda şayiələrə inanmayaraq, şəhəri müdafiə etmiş və 9 ay düşməni Dərbəndə yaxın buraxmamışdı. Bu xatunlarımızı saydıqda, Qaçaq Nəbinin ömür yoldaşı Həcəri unutmaq olmaz – Həcər, hansı ki Qaçaq Nəbi ilə birlikdə 25 ildən artıq at belində qaçaq həyat sürmüşdü və Azərbaycandakı kəndli hərəkatında silahlı fəal iştirak etmişdi.


Güney Azərbaycan qadınının müasir dövrdə oyanışı:


Tarix davam etdi. Ərazimizdə böyük imperatorluqlar yaradıldı. Sənəti dövrlərdə Avropa oyanan vaxtda, bizim ulubabalarımız səfəvilər və qacarlar yatmağa başladı. Ulubabamız Nadir şah dövründə Avropa ilə fasiləni doldurmaq istəsək də, lakin nail ola bilmədik. Qərb imperiyası get-gedə padşahlarımızı ələ-almaqlarla, torpaqlarımızı əlimizdən aldılar, ölkəmizi kiçiltdilər, bizi də kiçiltdilər.

Bu təhqirə dözməyən azərbaycanlılardan birinci səs qadınlarımızdan eşidildi. Zeynəbpaşa Təbrizdə üsyana qalxdı. Xalqımız Məşrutə inqilabını meydana gətirdi. Burada qadınlarımız da çiyin-çiyinə bütün sahələrdə hərəkatın iştirakçıları idilər. Qız-məktəblərinin açılmasında, iqtisadiyyatın inkişafında və mali obyektlərin qurulmasında, Milli Bankın təsisində qadınlarımız mübarizənin önündə idilər. Xarici malların ölkəyə varidinin qarşısının alınmasında və ölkədaxili sənayedən himayəçilik etmədə, qadınlarımız birinci mübarizəni başladılar. Məşrutə Hərəkatında əldə edilmiş parlamentin möhkəmlənməsində qadınlar özlərindən xüsusi şəhamət göstərdilər. Məşrutənin keşiyində dayanan qadınlarımız, təbliğat işində, mali yardımlarında hətta cəvahiratlarını hədiyyə etməyi əsirgəmədilər. Bu dövrdə Azərbaycan qadınları öz höviyyətinə, cinsi mahiyyətinə daha dərin bilgiyə sahib olmaqla, yüksək şüur nümayiş edərək, ailənin idarə tərzində yeni normalar və modern həyatı mənimsəmək üçün müştərək yaşayışın yeni tərifini ortaya qoydular. Ailə məişəti ilə ölkənin iqtisadi quruluşunda, uşaq tərbiyəsində, gigiyenanın rəayət edilməsində böyük addımlar atdılar. Yeri gələndə isə onlar silaha sarılıb ön cəbhədə vuruşub şəhid oldular. Səttarxanın cəbhəsində dəfələrcə azadlıq uğrunda şəhid olmuş qadın cəsədləri tapılırdı. Qadınlar, mütəşəkkil mübarizəyə xüsusi yer verərək özlərinə ictimai-mədəni təşkilatlar yaratdılar –ki, həmin təşkilatlar Qacar dövlətinin Rusiya ilə İngiltərədən borc almasında sinələrini sipər edib, ölkənin iflasa uğramasının qarşısını almağa çalışdılar. Onlar hətta Rusiya İmperatorluğuna ultimatum da verdilər. Qadınların şüurunu yüksəltmək üçün müxtəlif qəzet və jurnallar da buraxırdılar.

Təssüflər olsun ki Məşrutə dövründə bu qədər mübarizə nəticəsində qadın hüquqları əsas qanunda əks olunsa da, Rzaşahın kudetası ilə hamısı ancaq kağızüstə qaldı. Və hətta həmin dövrdə Azərbaycan qadınının dili kəsildi, mədəniyyəti qadağan oldu, ölkəsi tam işqal oldu, əritmə siyasəti başlandı və fars şovinizmi tam hakim oldu. Diktatorla irticanın birləşməsindən, Azərbaycan xalqı daha dərin əziyyətə düşdü. Bu hərtərəfli zorakılığa qarşı, Pişəvərinin 21 Azər nehzəti meydana çıxdı. Bu hərəkatda da yenə qadınların rolu çox böyük idi. Həm Milli Hökümətin yaranmasında və həm də Milli Hökümətin məğlubiyyətində çoxlu qadın şəhidlərimiz oldu. Səriyyə xanım Ərdəbilli həmin qəhrəman qadınlarımızın zirvəsində olanlardan biri idi.

Rzaşah və Məhəmmədrzaşah, qətl-ü-qarət ilə bərabər Azərbaycanı, xüsusilə qadınlar üçün, cəhənnəmə çevirdilər. Yəqin ki həmvətənlərimiz o dövrdə İsabala Sərablının “Həsirabad” mahnısını xatırlayırlar:


Sən də gəl Tehranı gör, şövq ilə artsın həvəsin,
Görginən tazəliyin, cür-bə-cürə mənzərəsin, ...
... Orda məskənləri olan bir vətən övladına bax!
Səngər-o cəbhəyə bənzər həsir-abadına bax!
Gəl sənə tərif edim Darvaza Qəzvində necə
Insanı valeh edir vəxti gəlib adi dilə,
Gəzginən hər tərəfin, hər küçəsin diqqət ilə,
Orda ərsiz yaşayan əllimin arvadına bax!
Səngər-o cəbhəyə bənzər həsir-abadına bax!
Darvaza işlərinin yüzdə-birin heç demirəm,
Lotusun, çağukeşin, başqa işin söyləmirəm.
Yazıram haqqı, dadaş, mən ki günah eyləmirəm
Yeddimin şirəxananın cəmü-tedadına bax,
Səngər-o cəbhəyə bənzər həsir-abadına bax.


Çürümüş Pəhləvi rejiminin azərbaycanlılara zülmü çox çəkmədi ki Təbrizdə qadınlar da kişilərlə çiyin-çiyinə diktatorluğa son qoymaq üçün 29 Bəhmən Qiyamını meydana gətirdilər. Bununla, Şah rejimini tarixin zibilliyinə tulladılar. Təssüf ki, yerinə gələn rejim də əvvəlkisindən mahiyyətcə fərqli olmadı və bugünədək qadın haqlarını kobudcasına pozur, qoyduğu qərarlar da dünyada qəbul olmuş qadınlara aid bəyannamə və konvansionlara ziddir. Bugün Azərbaycan qadını, milli və cinsi höviyyətindən məhrumdur - ailədə, cəmiyyətdə kişinin yarısı hesab edilir, ehtikar olunur, əşya və heyvan kimi satılır, sadir olunur, kirayə verilir, onlardan haremsaraylar təşkil olunur, kişinin ləzzəti üçün vasitə hesab olunur. Onun kişidən şikayət haqqı yoxdur - əksinə döyülmə haqqı var, öz uşağına analıq haqqı kişiyə səlb olunur, boşanma və şahidlik haqqı yoxdur və həmdə sözünün etibarı yoxdur. Bugün qadının zina ittihamı kimi Damukles şəmşiri başının üstündədir. O, çuvala qoyulub damdan atılır, duvar altında qoyulur, şəmşirlə boynu vurulur və daşqalaq olunur. Hərhansı fərdi azadlığı onun “müharibə ba Xuda” və “müfsidül-fül-ərz” kimi ittihamlarla qarşılanır, qisasa məruzdur, bədən qismləri kəsilir, şallaq vurulur və bir sözlə desək Azərbaycan qadını, həm istismara məruzdur, həm istibdada, həm təbizə, həm istemara və bütün dünyada nə kimi nabərabərlik varsa, Güney Azərbaycan qadınının çiynində ağırlıq edir. Güney Azərbaycan qadınının ölkəsi işqal olub, vətəninə biganələr soxulub, dili qadağandır, özünə partiya qurmaq haqqı yoxdur, məktəb aça bilmir, jurnal nəşr edə bilmir. Bugün, İranda diktatorluğunun hakim olduğu bir vaxtda həbs olunan Güney Azərbaycanlı qadınlarımızın sayı əlimizdə olmasa da, lakin nümunələr əlimizdədir ki, onlardan biri Şahnaz xanım Qulamidir. Gəlin birgə Şahnaz xanım Qulamini müdafiə edək!

Əvvəlki məqalələr

Sonrakı məqalələr