Güney Azərbaycan milli hərəkatının fəal üzvü, jurnalist və qadın hüquq müdafiəçisi Şahnaz Qulami Təbrizdə həbs edilib
GÜNEYLİ JURNALİST HƏBS EDİLİB
2008-11-11 - 16:11:00
Güney Azərbaycan milli hərəkatının fəal üzvü, jurnalist və qadın hüquq müdafiəçisi Şahnaz Qulami Təbrizdə həbs edilib. ETTELAAT əməkdaşları noyabrın 9-u gecəsi jurnalistin Qara ağac məhəlləsindəki mənzilinə gələrək onu özləri ilə aparıblar.
«Media forum» saytının məlumatına görə, Ş.Qulaminin qardaşı hüquq müdafiəçilərinə ETTELAAT əməkdaşlarının mənzildə yoxlama apardığını və bacısının bir sıra şəxsi vəsaitlərini müsadirə etdiyini bildirib.
Ş.Qulami siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə isə o, «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.
Güneydən gələn məlumatlarda Ş.Qulami bu dəfə dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıla bilər.
«Media forum»
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: “ BÖYÜK AZƏRBAYCAN SƏHNƏSİ “
Sonrakı məqalə: Mehdi Məmmədov: Azərbaycan elə bir ölkədir ki, orada heç kimin haqqı özünə qaytarılmır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3686