Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: Bu məmləkətdə niyə gecələr yatmırlar?

Mirzə Xəzər 04 Noy 2008

no comments

Salam! Gun erzinde olan bosluqlari geceler here bir cur doldurmaq isteyir. Normal olkelerde ekseriyyet ya yatir, ya da sevdiyi adamla bas-basa qalir. Bizde Azerbaycanda ise insanlarin gece heyati bambasqadir. Yeni normal yatan ve ya temiz sevgi sohbeti edenler cetin tapmaq olsun. Niye? Cavab cox sadedi: Normal olmayan memleketde normal qanunlar olmadigina gore.
Bu memleketde niye geceler yatmirlar? Derdden ve qorxudan.


Qorxu hissi kecirib yatmayanlar var-dovlet sahibi olanlardir. Haramliqla qazandiqlari VAR ucun qorxurlar. Yataq destlerinin altinda,icinde-efi ILAN olan kimi yatirlar. Bir gun ILANin onlari sancacagindan mohkem qorxurlar.
Derdden yatmayanlar ise kasiblardir. Gunu bir teher yola veren kasib- sil-kut, is paltarinda bumbuz yataq yerine girse de yata bilmir. Cunki seher ailesine yasamaq ucun en zeruri olan erzaqi nece alacagini dusunur.


Men de derdden yatmayanlara aidem. Amma maddi derdden yox, menevi derdden uzulurem, yata bilmirem. Bir vaxlar "GENCLIK"jurnalinda calisirdim.Ve meni agridan her bir derdi yazib cap etdirmek problem deyildi. Indi "GENCLIK"jurnali kimi jurnal yoxdur,amma derdler daha coxdur. Ve men her gece xeyalimda olan "GENCLIK"jurnali ucun yazilar yaziram.Icaze verseydiz bezilerini Size yollayardim.Bezen bir agilli ADAMLA bolusulen derd, milyon adamla unsiyyetde olmaqdan daha faydali olur.Ve insanin ici bir az rahat ola bilir.


Hormetle: Melahet Agacanqizi

___________________________________________________________________________________________


TƏHSİL DİLƏNÇİLƏRİ


Melahet Agacanqizi

İmkansız,xəstə ,kimsəsiz adam yaşamaq üçün son çıxış yolunu dilənməkdə görürsə, mən ona yenə də normal adam kimi baxmıram.Və mən dilənçiyə pul verəndə dilənçinin yerinə utanıram. Əlini açıb “Mənə kömək et”deyən balaca uşaqları görəndə ürəyim sancır. Dilənmək səviyyəsinə ozünü endirən şəxs,yaşamaq üçün adam da öldürər. Bizim məmləkətdə əlini açib, yardım istəyən dilənçilərdən daha qorxulu,həyasiz,əlini uzatmadan DİLƏNƏNLƏR var.Bütün nazirliklər dilənmək peşəsinin daha mədəni yollarını öyrənmək üçün peşəkar dilənçilərdən məsləhətlər alırlar. Təhsil Nazirliyinin DİLƏNÇİ repetitorlara ehtiyacı yoxdur.Onların repetitorlara qarşı allergiyası var.Şagirdlərin savadsız müəllimlərə rüşvət verməməsinin səbəbkarı savadlı repetitorlar olduguna görə-repetitorlar” canidir”.Doqquzuncu sinifdə oxuyan qizim ingilis dili müəlliminə səhvlərini izah edirsə,həmin müəllim şagirdlərə nə öyrədə bilər?Alman dili müəllimi- ingilis dilindən,Azərbaycan dili müəllimi - tarix fənnindən ,nəgmə müəllimi-informatikadan dərs deyəndə repetitor yanına gedən şagird ,müəllimdən daha savadlı olar.Altı aylıq kurs kecməklə ixtisas dəyişmək olursa, dörd-beş il Ali məktəbdə oxumaq nəyə lazımdır?Maaşlar artan kimi müəllimlərin dərs saatı azalırsa və müəllimlər köhnə maaşlarını alırlarsa,hansı artırılan maaşdan danışmaq olar?Bir ağıllı,savadlı müəllimin dediyi söz indiyə kimi yadımdadir”Mənə xaricdə verilən maaş verilsəydi,onlara edilən hörmət edilsəydi, sizə başim üstə dərs keçərdim.”O vaxtlar müəllimlər indiki müəllimlər kimi kütləvi səkildə məcburi rüşvət almaqla,əlavə uşaq hazırlamaqla dolanmırdı.Dünyanın heç bir ölkəsində tələbə müəllimin başını rüşvət üstə kəsməyib.Bir-iki gün əvvəl belə iyrənc tarixi hadisə bizim məmləkətdə baş verdi.Və başqa formaları baş verməkdə davam edir:Məktəb direktorunun evini qardaşı mülk davası üstündə yandırır,müəllim şagirdləri bağında qul kimi işlədə-işlədə quldarlıq dərsi kecir.


Hər gün şirin yuxudan oyanıb makulatura dərsliklərlə,testlərlə çantalarıni doldurub məktəbə gedən övladlarıma yazığım gəlir. Mənə elə gəlir ki ,övladlarım savad almaga yox,dəli olmaga gedirlər.Hörmət etdiyim ən savadlı müəllimlər də mənim fikirlərimlə razıdır.Pul qazanmaq(dilənmək)xətrinə şagirdlərə,valideynlərə zülm etmək nəyə lazım?Metroda ,vaqondan-vaqona kecən diləncilərin taktikasından istifadə etmək təhsildə dəyişikliklər edənlərin ağlına hardan gəlib?Kecən ilki testi növbəti ildə istifadə etməmək, bir manata satılacaq gündəliyin pulunu növbəti dərs ilinə üç-dörd ay qalmış yığmaq,qiyməti üç-dörd manat olan əlavə oxu kitablarını hər il almaq,rəngli dəftərləri 30-40 qəpikdən şagirdlərə sırımaq,məktəb formasıyla təhsil biznesini inkisaf etdirmək və nələr,nələr...Savad,insanlıq dərslərindən başqa hər bir fırıldağı həyata keçirtmək.Çörək pulunu zorla qazanan valideyini “PULSUZ TƏHSİL”şüarı altında soymaq yaxşı nəticə verməyəcək.Əli İnsanov da acgözlüyü ucundan cox ailələri gözü yaşlı qoydu.Gic təcrübələri,savadsız kadrları üzündən neçə-neçə xəstə dünyasını dəyişdı.Bacımın yeganə oğlu savadsız həkimin düzgün aparmadığı müalicədən vəfat etdi.Min Əli İnsanov bir günahsız uşağın,valideyinin bir damla göz yaşına dəyməz.Və milyonlar,maşın-maşın qızil-gümüş cəzasını alan ACGÖZLƏRİN köməyinə çatmaz.


Xarici qastrollarının birində , Maestro Niyazi orkestrdə məşq zamanı bir əcnəbi ifaçnın arada yanlış çaldığını hiss edir.Səhvlərin qəsddən olunduğunu başa düşən dahi drijor həmin ifacının yanına gedib qulağına pıçıldayır”EŞŞƏK ÖZÜNSƏN”.

Bu gün valideynləri “PULSUZ TƏHSİL” adı altında soyanların qulagina “EŞŞƏK ÖZÜNSƏN” pıçıldayıram. Hələlik pıçıldayıram,sonra isə...

Əvvəlki məqalə: Məhkəmə “Əbu Bəkr” məscidinin açılması ilə bağlı qərarını ləğv edib

Sonrakı məqalə: Terri Devidson: “Eskudero Amerika hakimiyyətinin adından danışa bilməz”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3675

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin