Məlahət Ağacanqızı: ELİTA “MƏDƏNİYYƏTİ”
Hörmətli və dəyərli Mirzə Xəzər bəy,müəllim,ustad!
Noyabrın 29-u doğum gününüz idi.Çoxları doğum gününə-ad günü deyir. İndi AD nə olduğunu anlamayanlar özlərinə,yaxınlarına təntənəli şəkildə AD GÜNÜ keçirdirlər.Qara qəpiyi imkansız bir adama qıymayanlar, AD günlərinə ən məşhur əcnəbi müğənniləri dəvət etmək üçün milyonlar xərcləyirlər.Və bütün telekanallar,qəzetlər AD günündə meymunluq edib milyonlar qazanan məşhur müğənnidən danışır,yazır.
Bir həftə əvvəl “Mirzə Xəzərin Səsi” adlı məqaləmi müstəqilliyinə inandığım 2-3 qəzetə yolladım.Güman etdim 29-u çap olunar.Amma ağrı-acı dolu bir yazını qəzet səhifələrinə layiq görən olmadı. Həmin qəzetlərdə xarici müğənnilərin Bakıda verdiyi konsertləri haqqında gen-bol yazılar yazılmışdı.
Mənim üçün çox maraqlıdır-OD qiymətinə olan bileti camaat hansı pul ilə alır ? Axı orta aylıq əmək haqqı ilə hardasa bir –iki bilet almaq olar.Ayda 3-4 müğənninin konsertinə ailəliklə gedən AİLƏ çörəyi hansı pulla alır?Bəlkə onlar elə” mənəvi qida”alırlar ki, ərzaq qidasına ehtiyac qalmır .Dingildəməklə inkişaf edən millət acından ölər.Göbələk kimi çoxalan ŞADLIQ saraylarından çıxıb GÖBƏLƏK müğənnilərin konsertinə qaçan millətin qəzetlərində “Mirzə Xəzərin Səsi”adlı məqaləmə yer olmaz.Axı orda QANLI 20 YANVAR hadisələrindən də bəhs olunmuşdu.İndiki qəzetlər MİLLİ qəm-kədər ,faciə mövzularına toxunmurlar.Çünki bilirlər milləti ancaq ARTİSTlərin həyatı maraqlandırır.Bir də insanların şəxsi həyatlarını qəzet səhifələrində yazanda yaxşı gəlir əldə etmək olur.
“Qədir bilmək sənət deyil,mədəniyyətdir...” sözlərinizi dərk etmək üçün də azca mədəniyyət lazımdır.Amma indi ƏSL mədəniyyət qıtlığıdır.Rüstəm İbrahimbəyov da böyük söz-söhbətə səbəb olan MƏŞHUR müsahibəsində ƏSL mədəniyyətin qıtlığından bəhs edib.Nədənsə həmin müsahibəyə “mədəniyyətsiz “donu geyindirdilər.
İnsana tutduğu mövqeyə görə hörmət etmək ən böyük ədəbsizlikdir. Obama prezident seçiləndən sonra,keçirilən təntənəli bir tədbirdə Corc Buşa 19 ölkənin başçısı görüşmək üçün əlini uzatmayıb.Bir halda ki,Corc Buş prezident olanda hamı ona yaltaqlanmaq üçün min cildə girirdi. KRESLOya yaltaqlıq elə bir bəladır ki,sərhəd tanımır.
Allahın işini bilmək olmaz!Bir gün Azərbaycana dönə bilərsiz.Və onda adınızı çəkməkdən qorxanlar əllərini Sizə hansı üzlə uzadacaq?Heç olmasa adlarını qəzetçi qoyanlar AZAD ruhlu jurnalist ,mərhum Elmar Hüseynovun Sizin haqqınızda yazdığı məqalələri oxusunlar.Ölümdən qorxanlar ÖLÜMSÜZLƏRİN yazılarını oxumaz.
Bir dəfə doğum günümü təbrik etmək üçün azyaşlı övladlarım heç nə hazırlaya bilmədiklərinə görə mənə çöl çiçəkləri bağışladılar.İmkanı olanlar isə adi telefon zəngi ilə də məni yada salmadı.
Gec də olsa,artıq geridə qalan doğum gününüzə “Mirzə Xəzərin Səsi”adlı məqaləmi övladlarımın mənə hədiyyə etdiyi ÇÖL ÇİÇƏKLƏRİ kimi qəbul edin.
P.S.Bu gün “Alma”qezetinin redaktoru Zahir Əzəmətə “Mirzə Xəzərin Səsi” adlı məqaləni göndərdim.İki saat sonra mənə məqalənin yayımlanacağı barədə məlumat verildi . “Alma” qəzeti Azərbaycanın adi meyvəsinin adını daşıyır.Qəzetlərinə Azərbaycana aid olan ən yüksək adları götürənlərin isə boş-boşuna gurultusu varmış.
MİRZƏ XƏZƏRİN SƏSİ
Qədir bilmək sənət deyil,mədəniyyətdir...Mirzə Xəzər
Meydan hərəkatlarını Azadlıq radiosu ilə bütün dünyaya yayan , heç vaxt unudulmayan İLAHİ SƏSİ ilə xalqı mübarizəyə ruhlandıran,Azad ruhlu ziyalı Mirzə Xəzərin noyabrın 29-u doğum günüdür.
İnsan həyatı üçün ən vacib olan üç amilin adını hamı bilir:HAVA,SU,İŞIQ.
Su olmadan bir neçə gün,işıq olmadan aylarla yaşamaq mümkündür.Amma havasız 1-2 dəqiqədən artıq dözmək olmur.İnanmayanlar ağızlarını bərk yumub,burunlarını sıxsınlar.Mən havanın nə demək olduğunu dərk etmək üçün dəfələrlə özümü “boğmuşam”.Və mən havanın insan həyatı üçün nə demək olduğunu çox gözəl bilirəm.
Sovet hakimiyyəti illərində Azərbaycanda təmiz HAVA,düz SÖZ üzünə həsrət idik.Bir yandan Respublikamızda ən çox tikilən zəhərli zavodlar milləti zəhərləyirdi,digər tərəfdən söylənilən YALAN sözlər xalqı boğurdu.Həyatda gördüyümüz faciələr televizor-radio dalğalarından eşidilmirdi,qəzetlər XOŞBƏXT SOVET vətəndaşlarının “XOŞBƏXT” müsahibələrini verib,”QƏHRƏMAN” fəhlələrin,kolxozçuların,çobanların,sağıcıların...fotoşəkillərini çap edirdilər.Televizorda dırnağı manikürlü qızlar necə “Əmək Qəhrəmanı”olmaqlarından
goplayırdılar.Əsl Əmək Qəhrəmanları -pambıq,çay kollarının içində əyilmiş beli,qaralmış üzü ilə baş-başa qalmışdı.Ağır zəhmətdən eybəcərləşən QƏHRƏMAN efirə çıxa bilməzdi.Sovet İttifaqı Əmək Qəhrəmanlarının gözəl,sağlam olması ilə xarici ölkələrə acıq verməliydi.
Azərbaycan xalqının QƏHRƏMAN oğullarından,MİLLİ adətlərindən danışmaq,yazmaq yasaq idi.LENİNİN davamçıları olan Azərbaycan Oktyabryatları,Pionerləri,Komsomolçuları,Kommunistləri LENİN ideyalarına xidmət üçün dəridən-qabıqdan çıxırdılar.Zəhərli zavodların və yalançı təbliğatın TÜSTÜSÜ əsl həqiqəti bilənləri” boğurdu”.Doğulan ölü və şikəst körpələrin sayına görə Azərbaycan birinci olsa da,hamı susurdu.Və Sovet hökumətinin bütün QARA siyahısında birinci,AĞ siyahısında isə yox idik.Xəlil Rza
Ulutürk “Davam edir otuz yeddi,daha kəskin ,daha ciddi...”yazanda TAXTABAŞ rəhbərlər heç nə anlamırdı. Bəlkə vaxtında Xəlil Rza haraylarını anlasaydılar 20 YANVAR faciəsi ,XOCALI soyqırımı baş verməzdi.
Xocalını,Kəlbəcəri,Şuşanı,Ağdamı,Cəbrayılı,Füzulini,Zəngilanı,Qubadlını,Laçını itirməzdik. Azərbaycan SİYASİ oyunlarının qurbanı olan günahsız insanların ah-naləsi hələ uzun müddət ölkəmizdə “Faciə”himni kimi eşidiləcək. İnsanlardan KART kağızları kimi istifadə etmək əxlaqsızlığın Şeytanlıq,İblislik mərhələsidir.
20 YANVAR hadisələrinin dəhşətini yaşayanlar yaxşı xatırlayar.Bütün Azərbaycan xalqı gördüklərindən,eşitdiklərindən ÖLÜM ayağında idi. Azərbaycan nemətləri ilə bəslədiyimiz SOVET ORDUSU quduz İT kimi qudurmuşdu.Əli yalın insanların üzərinə tanklar yeridildi.Tarixdə görünməmiş FACİƏ baş verdi.AZADLIQ uğrunda ŞƏHİD olanların sayı –hesabı bilinmirdi.Ölənlərdən xəbər yox idi,DİRİLƏR də ölüm hökmünü gözləyirdi.Sovet hökumətinin İYRƏNC planı həyata keçmişdi.Bir gecədə- AZƏRBAYCAN xalqını məhv etmək!AZADLIQ
istəyən QULLAR- ÖlMƏLİDİR!-şüarına əməl olunurdu.20 YANVAR gecəsi DİRİLƏRİN ürəyi partlamalı idi.O vaxtlar şair Ramiz Rövşən “Azadlıq”qəzetinə verdiyi müsahıbədə deyirdi:”Yanvarın 20-də bizim xalqımız zorlandı.Sözün hər mənasında! O gündən biz daha “qəhrəman”,”cəngavər” və ya “şair” bir xalqın yox,zorlanmış,namusuna qəsd olunmuş bir xalqın oğluyuq...”.
Yaxşı yadımdadır 20 YANVAR gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı
.Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı.Qadınlar səssiz ağlayırdılar,kişilər baxışları ilə yeri yarmaq istəyirdilər-YERƏ GİRMƏK üçün!
Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi.Və radiodan Mirzə Xəzərin SƏSİNİ eşidəndə ,mənə elə gəldi ki ,hamı NƏFƏSİNİ uddu,amma hamı DİRİLDİ.
20 YANVAR gecəsi-Mirzə Xəzərin SƏSİ -MÖCÜZƏ idi!
Bəlkə də baş verən dəhşətli FACİƏYƏ görə ALLAH dözməyib Mirzə Xəzərin SƏSİ ilə danışırdı!
Bəlkə “ah,nalədən”boğulan HAVA – Mirzə Xəzərin SƏSİ ilə hıçqırırdı!
Bəlkə də, O GECƏ çoxu mənim kimi”Danışır Mirzə Xəzər”sözlərinin yerinə “Danışır ALLAH”,”Hıçqırır HAVA” sözlərini eşitdilər.
Mirzə Xəzər -20 YANVARDA ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi İLAHİ SƏSİ ilə ÜMİD verdi.Bir gündə bir ƏSRƏ bərabər İŞ gördü.O SƏS milləti məzardan çıxartdı.Dirilərə ŞƏHİD OĞULLARI dəfn etmək üçün güc verdi.
Mirzə Xəzərin SƏSİ-Dədə Qorqudun,Koroğlunun,Babəkin,Nəsiminin,Hüseyn Cavidin,Mikayıl Müşfiqin və ŞƏHİD olan minlərlə Azərbaycan OĞULLARININ SƏSİ idi.
Anamın danışdığı bir hadisəni unuda bilmirəm:”10-12 yaşım ancaq olardı.Kəndimizdə var-dövlətinin sorağı hər yana yayılan bir AİLƏ yaşayırdı.Bir səhər eşitdim ki,AİLƏ faciəli qəza nəticəsində həlak olub.Ailədən mənimlə yaşıd olan rəfiqəm sağ qalmışdı.Qəlbi qara adamlar balaca qızın beynini”Sən nə qədər çox ağlasan,ailənin ruhu şad olar”sözləri ilə doldurub,AİLƏnin yeganə varisinin axırına çıxdılar.Balaca qızın ürəyi ailəsinin məzarı üstə ağlaya-ağlaya partladı.Və qalan MİRAS üstə qonşular arasında
DAVA başladı”.Anam hər dəfə bu hadisəni danışandan sonra əlavə edir:”Mən öləndə mənim üçün ağlamayın.Kim SİZİ ağlamağa məcbur etsə bilin ki,O düşməndir-dost deyil”.
20 YANVARda Azərbaycan XALQı elə bir faciə gördü ki,ailəsini itirən balaca QIZ kimi sağ qalanların ürəyi partlamalı idi.Azərbaycan MİRASI üstündə bazarlıq başlamalıydı.O QARA ,qorxulu gecədə Mirzə Xəzərin SƏSİ ürəkləri partlamağa qoymadı.
20 YANVAR faciəsindən 18 il keçir.Və bu 18 ildə mən AZADLIQ adında heç nə görmədim.Bakının küçələrinə ,binalarına TƏMİZ qanlarını çiləyən-çilənən İNSANLAR məgər bu gün baş verən RƏZALƏT üçün ŞƏHİD oldular?!YOX!Min dəfə YOX!
Sovet hökuməti illərində TƏHSİL sistemi indiki TƏHSİL sistemindən min dəfə yaxşıydı.Məktəbdə şagirdlər soyuqdan titrəmirdi,təmir pulu yığılmırdı,bayramlarda hədiyyə almaq üçün uşaqlar dərsdən qaçıb dükanlarda avaralanmırdı,repetitor yanına tək-tük gedən olurdu,bahalı mobil telefonuyla,maşını ilə öyünənlər yox idi.
Həqiqi pulsuz SƏHİYYƏ mövcud idi. Əhali ildə iki dəfə pulsuz həkim yoxlamasından keçirdi.
Zavodlarda,fabriklərdə insanlar QUL kimi istismar olunsa da ay ərzində zəruri təlabatları,kommunal xərcləri ödəyən maaş alırdılar.10-15 ilə panel də olsa- ev almaq mümkün idi.
Mətbuatda senzura olsa da jurnalistlər sifarişlə güllələnmirdi,həbs edilmirdi.
Qadınlarımız,qızlarımız bədənlərini hərraca qoymaq üçün Dubaya,Türkiyəyə getmirdi.
Yerüstü və yeraltı sərvətlərimizi həzm-rabedən keçirdən Sovet İttifaqı qara qullarını reklam xətrinə də olsa kurorta,sanatoriyaya göndərirdi. Kütləvi savadsızlıq, işsizlik,əxlaqsızlıq yox idi.Müstəqil dövlət,AZAD MİLLƏT olmaq üçün OĞULLAR yalın əllə tank,odlu silah qarşısına çıxdılar. Meydan hərəkatlarında “Qorxmayın! Qorxmayın!”deyənlərin burnu da qanamadı.Qeyrətli oğulları ŞƏHİD edib özlərinə,qohumlarına İMARƏTLƏR quranlar “Qızıl teştə qan qusacaq”!Məgər minlərlə qeyrətli OĞUL
üç-dörd nəfəri ŞAH etmək üçün ŞƏHİD oldu?!
Mirzə Xəzərin mikrofonu sayəsində “QƏHRƏMAN”olub , “Mirzə Xəzər” adını çəkməkdən qorxanlar nəinki QƏHRƏMAN- heç İNSAN da deyillər.Mikrofona,möhürə,kresloya səcdə edənlər İBLİS,ŞEYTAN kimi qorxuncdurlar.
Son vaxtlar BƏY,MÜƏLLİM,USTAD deyənlər çoxalsa da,əsl BƏY,MÜƏLLİM,USTAD qıtlığıdır.BƏY-kimisə xırdalamadan,alçatmadan İŞ görəndir.MÜƏLLİM-tələbəsini yazdığı bir cümlədən,bir misaldan tanıyandır.USTAD-dünyanın qarışıq rənglərini səhv salmayandır.Xüsusilə AĞ və QARA rəngləri qarışıq salmayanlar USTADDI.
Bu gün BİZ sayı çox az olan BƏYLƏRİN,MÜƏLLİMLƏRİN,USTADLARIN qədrini bilirikmi? Yox!USTAD Aşıq Ələsgər boş yerə”Ustadına kəm baxanın gözlərinə ağ damar damar”deməyib.Bəlkə də BÖYÜK USTAD hansısa şəyirdinin nanəcibliyini görəndən sonra həmin ibratəmiz məşhur sözləri deyib.BİLMİRƏM!Bəs görəsən sona kimi əqidəsindən dönməyən,AĞA AĞ,QARAYA QARA deyən görkəmli ziyalı Mirzə Xəzər “Qədir bilmək sənət deyil,mədəniyyətdir...”sözlərini hansı QƏDİRBİLMƏZƏ baxıb deyib?
Bu yaxınlarda bir nəfər mənə”Mirzə Xəzər sağdı bəyəm? “ sualını verəndə təəccüblənmədim.AZADLIQ nə olduğunu bilməyənlər Mirzə Xəzərin SAĞ olduğunu da bilməz.Biz QEYRƏTLİ ZİYALILARIN ya cənazəsini,ya sümüklərini VƏTƏNƏ gətirəndən sonra başımıza döyürük.Bu gün adlarını dərsliklərə salıb zorla əzbərlədənlər tez unudulacaq.Xalqın yaddaşında yaşayanlar isə heç vaxt unudulmur.Onlar ağızdan-ağıza keçən bayatı,dastan,nağıl kimi yada düşəcəklər.
Mirzə Xəzərin Səsi –internet qəzetində yayımlanan Mehdi Məmmədovun”Meydan hərəkatları”,Mirzə Xəzərın “Meydan düşüncələri”məqalələri vaxt gələcək Azərbaycan Tarixi dərsliklərinə salınacaq,həmin ağrılı yazılar əsasında tarixi əsərlər yazılacaq.
Mirzə Xəzər Azərbaycanın gözəl diyarı Göyçayda dünyaya gəlib.Göyçay YER kürəsinin rəmzi olan NAR meyvəsi ilə məşhurdu.Bəlkə də,uşaq vaxtı narı əlinin içində saxlayan Mirzə Xəzərin heç ağlına da gəlməyib ki,vaxt gələcək SƏSİ ilə YER kürəsini əlinin içində saxlayacaq.
Göyçayda,sevimli.unudulmaz,əziz şairimiz Əli Kərim də anadan olub.
Baxsan bu dünyanın ha tərəfinə,
Bir yerdə qəbrim var,on yerdə sağam.
Göy uçsa,yer qopsa,ölmərəm yenə,
Hələ neçə dəfə doğulacağam!...- Deyən Əli Kərim ,bənzərsiz şeirləri ilə,haqqında danışılan xoş xatirələrlə həmişə sağdır.Əsl ziyalı ölümündən sonra yaşayır.Radio,mətbuat sahəsində böyük təcrübəsi ,peşəkarlığı olan Mirzə Xəzər Azərbaycana sağlam qayıtsa, xəstə mətbuata,telekanallara SAĞLAM məsləhətlərini verə bilər.Hələ gec deyil...
Bütün bu yazdıqlarım ölməz ŞƏHRİYARIN yazdığı beş misranın yanında çox kiçik görünür:
Heydərbaba,göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı.
Bir-birindən ayrılmayın,amandı!
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar.
Məlahət Ağacanqızı
"Mirzə Xəzərin Səsi" internet qəzeti dünyanın 36 ölkəsində oxunur
Azərbaycan
Rusiya Federasiyası
Amerika Birləşmiş Ştatları
Fransa
Almaniya
Kanada
Ermənistan
Danimarka
İsrail
Əbü Dabi
Saudiyyə Ərəbistanı
Gürcüstan
Avstraliya
Çex Respublikası
Türkiyə
Macarıstan
Myanma
Belçika
Norveç
Böyük Britaniya
İtaliya
Yaponiya
Albaniya
Avstriya
Bolqarıstan
Makedoniya
Serbiya
İspaniya
Koreya Respublikası
Niderland
Belarus
Qazaxstan
Rumıniya
Ukrayna
Çin
Eziz ve hormetli Mirze muellim, Anadan oldugunuz gun munasibeti ile sizi tebrik edirem !
Eziz ve hormetli Mirze muellim, Anadan oldugunuz gun munasibeti ile sizi tebrik edirem !
Size heyatda can sagligi uzun omur, ve veten ucun gelecek xidmetlerinizde yeni yeni nealiyyetler arzulayiram. Nealiyyet, xalqin size verdiyi hormet ve ehdiramdir. O hormet ki, siz zamaninda ve bu gun xalqin yaddashinda hekk olmusunuz. Genc nesil bele, sizleri xatirlayir, ve sizin haqqinda sizi seven size zamaninda cox boyuk qiymet veren orta nesiliden duydugu esil ziyali tebeqesinin evladlaridir. Bir meqam yadima dushmushken deyim ki, hemin az yashli genc cocuklardan biri ve belkede birincisi menim oglum Rustem
olmushdur. Sizin 90-ci illlerde Azadliq radiosunda sesinizin tebi dinlyicisi olmushdur ki, indi o defelerle menden sizi sorushur ve, size salamimi catdirmasini isteyir. O vaxt onun 10 yashi vardi. Biz Bakida yeni yashyish massivlerin birinde kopirativ ev almishdiq. Yeni kocduyumuzde 10 mertebeli , 8 binanin ehatesinde oldugumuzda sizin radioadan sesinizi butun eshidenlere yuksek sesle seslendirirdik. O vaxtki insanlar sizi ozlerine bir Azerbaycanin 20 yanvar qetliyaminin dunyaya bir carcisi kimi tanidi.
O vaxtdan siz Azerbaaycan xalqinin qelbinde hemishe yashar qaldiniz. Sizi tekrar tebrik edirem eziz Mirze bey Xezer.
Size daimi hormetle Intigam Ibrahimoglu