QULAMRZA ƏMANİNİN VƏ ONUN QARDAŞLARI CƏFƏR VƏ KƏRİM ƏMANİLƏRİN ÖLÜMÜ İLƏ ƏLAQƏDAR ADAPP -in BAŞSAĞLIĞI
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) adından mən, Qulamrza Əmaninin və onun iki qardaşı Cəfər və Kərim Əmanilərin 24 oktyabr 2008-ci il tarixində səhər çağı İran Azərbaycanında həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm.
Əmani Azərbaycan milli fəallarının yeni nəslinə mənsub bənzərsiz bir fəal idi ki, çoxillik məhbusluğu dövründə inanılmaz çətinliklərə və işgəncələrə məruz qalmış, amma bütün bunlara baxmayaraq, öz fəaliyyətini davam etdirmişdi. Onun yorulmaz çalışmaları daha gənc nəsildən olan bir çoxlarını milli, mədəni və insani haqlar uğrunda dinc mübarizəyə ruhlandırmışdı.
Qulamrza Əmani 1996-cı ildə Təbriz Universitetinin mühəndislik fakültəsindən kənd təsərrüfatı sahəsində bakalavr dərəcəsi almışdı. Hökumət heç vaxt ona öz ixtisası üzrə işləmək imkanı verməmişdi, odur ki, o bütün vaxtını və səyini Azərbaycanlıların və İrandakı digər qeyri-fars azlıqların dil, mədəni və insani hüquqlarının müdafiəsinə sərf etmişdi. Öz fəliyyətinə görə o, dəfələrlə tutulmuş və 5 ildən də artıq bir müddətdə həbsxanada saxlanmışdı. Hörmətli bir fəal, ictimai natiq və yığıncaqların təşkilatçısı olaraq,
o hər şeyə dözdü, amma heç vaxt təslim olmadı.
Əmaninin ölümü onun ailəsi, milləti və Azərbaycan fəalları üçün böyük bir itkidir. Biz, ADAPP-da və onun dışında olan Azərbaycanlı hüquq müdafiəçıləri, bu xəbərdən sarsıntı və kədər içindəyik. Azərbaycan milli hərəkatı igid bir oğlunu və Azərbaycan tarixinin sonsuz üfüqlərində bir ulduzu itirdi. Onun şücaəti, sədaqəti və arzuları daim qəlbimizdə yaşayacaq və bizim hamımızı demokratiya, söz azadlığı və insan haqları uğrunda çalışmalarımızı davam etdirməyə ruhlandıracaq.
O, aramızdan getsə də, onun nuru parlamaqda davam edəcək.
Faxtə Zamani,
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sədri
26 oktyabr 2008-ci il
Müslüm Maqomayev Bakıda Fəxri Xiyabanda dəfn olunacaq
[ 26 Oktyabr 2008 19:08 ]
Dünya şöhrətli müğənni, azərbaycanlı Müslüm Maqomayev öz Vətənində, Bakıda dəfn olunacaq. APA-nın “RİA-Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən bildiriblər.
Səfirlikdən onu da deyiblər ki, oktyabrın 28-də Moskvada Çaykovski adına konsert zalında Maqomayevlə vida mərasimi keçiriləcək. Daha sonra onun cənazəsi Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunacaq.
Xatırladaq ki, M. Maqomayev uzun sürən xəstəlikdən sonra oktyabrın 25-də Moskvadakı evində dünyasını dəyişib.
Qeyd edək ki, M. Maqomayev 17 Avqust 1942-ci ildə Bakıda anadan olub. O, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, 1968-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.
Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilib, 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə keçib.
1975-ci ildən Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. O, MDB ölkələrində, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada, İranda və digər ölkələrdə konsertlər verib.
Keçmiş SSRİ-nin və Azərbaycanın bir çox orden və medalları ilə təltif olunub.
/Bakı-APA/
Müslüm Maqomayevin vəfatı xaricdə əkslər yaradıb
Hormetli soydaslar,
Bu gun Moskva seherinde omrunun 67-ci baharinda Azerbaycanli ziyali,dunya masştabinda oz istedadi ile tanin mugenni, bestekar, ressam, sair, SSSR-i xalq artisti, gozel insan, vetenperver, esl Azerbaycan oglu, milliyetci, sexavetli,merd, boyuk bir sexsiyyet, Muslum Maqomayev dunyasin deyisdi..
Uzun on illikler boyu Muslum Maqomayev millionlarin sevimlisi ve kumiri oldu. Oz sehirli benzersiz ifasi ile muxtelif xalqlarin numayendelerinin sevgisin qazanib ureklerine yol acdi.
Muslum Maqomayev sohretine, adina-sanina baxmayaraq sade insan idi ve hemise Azerbaycanli oldugu ile fexr edirdi.
Menim cox gozel xatirimdedir ki, 1990-ci ilde men Moskva seherinde tehsil alan zaman Bakida 20 Yanvar tarixinde Rus Ordusu terefinden dehsetli faciyye toredildi. Biz,bir qrup Moskvada yasayan Azerbaycanlilar seheri gun Moskvadaki Azerbaycan sefirliyine toplasdiq ve oz siralarimizda rehmetlik Muslum beyi gorduk. O hetta oz evinden sexsi videomaqnitofonun getirdi ki biz kasetde Yanvar faciyesine baxa bilek. Bunuda bildirim ki, Azerbaycan xalqinin en agir zamaninda bu boyuk insani, Muslum Maqomayevi bizim aramizda gormek biz gencelere boyuk menevi destek ve dayaq oldu.
Men esitdiyime gore, bu son illerde Muslum Magomayevin Moskvadaki veziyyeti o qeder yaxsi deyildi. Lakin, kederli mesele bundadir ki bele gozel istedadli Azerbaycani dunyaya tanidan bir sexsiyyete bizim Russiyadaki diasporamiz lazimi qeder destek olmadi.
Cox efxsusslar olsun ki Muslum Maqomayev kimi bir insan bir daha bu heyata gelmeyecek ve onu evez eden de bir insan yoxdur ve hec zamanda olmayacaqdir. Lakin o her zaman bizim xatirimizde qalacaq.
Butun Azerbaycan xalqina bassagligi verirem.
Allah rehmet elesin. Ruhu sad olsun. Qebri nurla dolsun.
Hormetle, Adalat Guliev.
Belcika, Brussel. 25 Oktyabr, 2008.
