Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndəsi Abbas Lisani azadlığa buraxılıb

Mirzə Xəzər 30 Okt 2008

no comments

ABBAS LİSANİ AZADLIĞA ÇIXDI
2008-10-30 - 11:23:00


Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndəsi Abbas Lisani azadlığa buraxılıb.

«Media forum» saytının məlumatına görə, məşhur güneyli fəal oktyabrın 29-da həbsxanadan azad edilib.


Ona 30 aylıq həbs cəzası kəsilmişdi. A.Lisani 1 ay tez azad edilib.


Oktyabrın 28-də o, ailəsinə zəng edərək yaxın günlərdə Ərdəbil həbsxanasına köçürüləcəyini bildirmişdi.

2006-cı ildə həbs olunan A.Lisani əvvəlcə Əhər zindanında saxlanırdı. Bu il martın 4-də isə Yəzd həbsxanasına köçürülmüşdü.

Bu ayın əvvəlində A.Lisani Təhlükəsizlik Nazirliyinin Yəzd şəhər idarəsində 10 saat dindirimişdi. Nazirliyin Ərdəbil idarəsinin bir neçə əməkdaşı da həmin dindirmədə iştirak edərək A.Lisanini azadlığa çıxandan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə sorğu-suala tutmuşdular.

Lisani ərdəbillidir. Məlumatlara görə, Təhlükəsizlik Nazirliyinin Ərdəbil idarəsinin əməkdaşları bir neçə ay əvvəl Lisaninin ailəsinə bildiriblər ki, Abbas azadlığa buraxılandan sonra mütləq farsların yaşadığı bir şəhərə köçməli və milli zəmindəki fəaliyyətini dayandırmalıdır.

41 yaşlı A.Lisaninin səhhətinin hazırkı vəziyyəti barədə hələ ki, bir məlumat yayılmayıb.


«Media forum»

Əvvəlki məqalə: Müslüm Maqomayev Fəxri Xiyabanda, babası,görkəmli bəstəkar Müslüm Maqomayevin yanında torpağa tapşırılıb

Sonrakı məqalə: Məhkəmə “Əbu Bəkr” məscidinin açılması ilə bağlı qərarını ləğv edib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3673

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin