Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Həyat yolu

Mirzə Xəzər 17 Okt 2008

no comments

Mikayılov Mirzə Kərim Oğlu (Mirzə Xəzər) 1947-ci il noyabrın 29-da Göyçay şəhərində anadan olub. 1973-cu ilin iyun ayında Azərbaycan dovlət univərsitətinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk ədib, Israilə mühacirət edib. 1976-cı ilin avqust ayında Azadlıq radiosunun Azərbaycan redaksiyasına işə götürülüb. 1979-1985-ci illərdə Azadlıq Radiosu Azərbaycan Redaksiyasının redaktor müavini vəzifəsində çalişıb. 1985-ci ilin oktyabr ayında Amerika Birləşmiş Ştatlarına köçüb və Vaşingtonda Amerikanın səsi radiosunun Azərbaycan bölməsinin müdiri vəzifəsini ifa ətməyə başlayib. 1987-ci ilin fevral ayında yenidən Almaniyaya qayıdıb, Azadlıq radiosu Azərbaycan redaksiyasının müdiri vəzifəsini ifa etməyə başlayıb. 2003-cü il sentyabrın 2-dək bu vəzifədə işləyib. Bu illər ərzində müxtəlif ölkələrdə dil və peşə üzrə təhsil ocaqlarında oxuyub: 1975-ci ildə Israildə Təl Əviv univərsitətinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında; 1979-cu ildə Nyu York şəhərinin Hüntər köləcində; 1981-ci ildə Böyuk Britaniyanin Folqston şəhərində xüsusi ingilis dili məktəbində, 1986-ci ildə Vaşinqtonda menecərlər üçün ixtisasi artırma kurslarında, 1989-cu ildə isə Boston univərsitətinin Münxen filialının təşkil etdiyi menecerlik kurslarında oxuyub. Mühacirət həyatı illərində tərcümələr edib, müxtəlif jurnallar, məcmuələr üçün tədqiqat məqalələri yazıb. Mirzə Xəzər Isvəçin Stoqholm şəhərindəki Bibliyanı Tərcümə Institutunun sifarişi ilə Bibliyanı (Əhdi Ətiq və Əhdi Cədidi) bütövlükdə müasir Azərbaycan dilinə 70-ci illərin sonu 80-cı illərin əvvəllərində tərcümə edib. Mirzə Xəzərin tərcümə etdiyi Əhdi-Cədid (Incil) ilk dəfə 1982-cü ildə Xorvatiyada, ümumən isə beş dəfə nəşr edilib. Mirzə Xəzərin tərcüməsində Əhdi-Ətiq (Tövrat) nəşr olunmadan qalıb. Evlidir, üç uşağı var

Əvvəlki məqalə: Qərb müşahidəçiləri seçkilərin demokratik standartlara uyğun olmadığını bildirirlər

Sonrakı məqalə: DÖVLƏT MÜSTƏQİLLİYİMİZDƏN 17 İL KEÇDİ

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3660

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin