Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycan 15 oktyabr 2008: Ən şəffaf, demokratik və ədalətli İSTİRAHƏT günü

Mirzə Xəzər 15 Okt 2008

no comments

 

 

Şərhə ehtiyac varmı? Yox, şərhə ehtiyac yoxdur. Əgər son vaxtlaradək Azərbaycanda insan hüquqlarının kobud şəkildə pozulduğunu hər fürsətdə bəyan edən qeyri-hökumət təşkilatları 15-i oktyabr “seçki”sinin ədalətli və demokratik şəraitdə keçirildiyini seçki bitmədən əvvəl bəyan edirlərsə, oktyabrın 13-nə qədər, 12 il ərzində Azərbaycanda avtoritar rejimin mövcud olduğunu bildirib, bu rejimə qarşı mübarizə apardığını və barışmaz müxalifət olduğunu iddia edən, son anda İlham Əliyevin təbliğatını aparmaq qərarına gələn Açıq Cəmiyyət Partiyası hələ seçki məntəqələri bağlanmadan qabaq tədbirin demokratik şəraitdə keçirildiyi və İlham Əliyevin qalib gəldiyi barədə bəyanat verirsə, prezident aparatı tərəfindən İlham Əliyevə “rəqib” seçilən, hər biri 2 faiz səs yığan, necə deyərlər, “namizıdlər” seçkinin "nəticəsi" elan ediləndən sonra "ikinci yeri mən tutdum" deyib öz aralarında savaşırlarsa, MDB-nin müşahidəçi YAP-ın seçkisini bütün dünya üçün nümunəvi seçki olduğunu iddia edirsə, şərh yazmağa ehtiyac yoxdur.

sec

Əgər bir neçə müxalif partiya vaxtında qəti mövqe nümayiş etdirib seçkini boykot etmək qərarına gəlməsəydi, avtoritar rejim cəmiyyəti büsbütün itaətkar kütləyə çevirə biləcəkdi. Boykot qərarı Azərbaycan cəmiyyətində ümidin tamamilə məhv olmasının qarşısını ala bildi.

 

Təəssüf ki, Ramiz Mehdiyev və Açıq Cəmiyyət Partiyasının “demokratik, şəffaf və ədalətli” adlandırdıqları 15 oktyabr “seçkisi” Azərbaycanda ədalətli cəmiyyət qurulması yolunda irəliyə yox, geriyə iki addım atıldığını göstərir. Məhz geriləmə baxımından 15 oktyabr tədbirini Azərbaycanın tarixində bənzəri olmayan "seçki" hesab etmək mümkündür.


Mirzə Xəzər
16.10.2008

Əvvəlki məqalə: "DEMOKRATİK VƏ ŞƏFFAF" SEÇKİDƏN XƏBƏRLƏR: SEÇKİNİ BOYKOT EDƏN MÜXALİF QÜVVƏLƏRİN BƏYANATI

Sonrakı məqalə: Müxalifətin Əməkdaşlıq Mərkəzində birləşən partiyaların fikrincə, seçki saxtalaşdırılıb

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3658

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin