Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

İranda 14 azərbaycanlı aşıq həbs olunub

Mirzə Xəzər 13 Okt 2008

no comments


[ 13 Oktyabr 2008 20:00 ]


İranda bir qrup azərbaycanlı aşıq bu ölkənin xüsusi xidmət orqanları tərəfindən saxlanılıb. Dünya Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, saxlanılan aşıqlar Əkbər Qulami, Mehdi Sədri, Məhəmməd Səhrayi, Hüseyn Həqiqi, Eynullah Əzizi, Abbas Zənd (balaban ifaçısı), Həsən Yavər, Əmir Qərnəli, Əli Qərnəli, Hüseyn Kərimi, Məcid Medilu, Məhəmməd Rza Ruhita, Həsən Əbbasi milli fəaliyyətdə ittiham olunublar. Aşıqların saxlanmasına səbəb, onların “Bizim ellər” adlı Azərbaycan dilində yayılan aşıq mahnılarından ibarət CD hazırlaması olub. İran hüquq-mühafizə orqanları iddia edib ki, diskdə toplanan mahnılarda milli məsələlər qabardılıb. Qeyd edək ki, sentyabrın 10-da Tehranda iftar süfrəsi zamanı saxlanılan 21 azərbaycanlıdan 5 nəfəri - jurnalistlər Səid Muğanlı, Əlirza Sərrafi, Həsən Rəşidi, Həsən Rəhimi Bəyat və Mehdi Nəimi hələ də “Evin” həbsxanasında saxlanılırlar.

Bakı. Ramil Məmmədli-APA.

Əvvəlki məqalə: Media Hüququ İnstitutu (MHİ) Azərbaycanda medianın hüququ vəziyyəti ilə bağlı növbəti aylıq hesabatını yayıb

Sonrakı məqalə: EYNULLA FƏTULLAYEVİN VƏKİLİ 12 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNƏ MÜRACİƏT EDİB

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3650

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin