Məhkəmə “Əbu Bəkr” məscidinin açılması ilə bağlı qərarını ləğv edib
[ 31 Oktyabr 2008 18:05 ]
Nərimanov Rayon Məhkəməsi “Əbu Bəkr” məscidinin açılması ilə bağlı qərarını ləğv edib. Bu barədə APA-ya “Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində rayon Polis İdarəsinin iddiası əsasında məhkəmə prosesi keçirilib. Hakim Akif Allahvediyevin sədrliyi ilə keçirilən prosesdə iddiaçı tərəf məhkəmənin sonuncu prosesinin olacağı barədə onlara ünvanlanmış çağırış vərəqəsini almadıqlarını, buna görə də prosesdə iştirak etmədiklərini deyiblər. Polis İdarəsi şikayətə onların iştirakı ilə baxılması iddiası ilə çıxış edib.
Məhkəmə iddianı təmin edərək, “Əbu Bəkr” məscidinin açılması ilə bağlı əvvəlki qərarını ləğv edib və tərəflərin iştirakı ilə növbəti məhkəmə prosesini təyin edib. Növbəti proses noyabrın 12-ə təyin edilib.
Məhkəmə qərarının ədalətsiz olduğunu vurğulayan C. Süleymanov növbəti prosesə qatılacaqlarını bildirib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi bu il oktyabrın 27-də “Əbu Bəkr” məscidinin açılması barədə qərar qəbul edib. Nərimanov rayon Polis İdarəsi isə “Əbu Bəkr” məscidinin açılması ilə bağlı məhkəmə qərarına yenidən baxılması tələbi ilə şikayət verib.
/APA/
Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndəsi Abbas Lisani azadlığa buraxılıb
ABBAS LİSANİ AZADLIĞA ÇIXDI
2008-10-30 - 11:23:00
Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndəsi Abbas Lisani azadlığa buraxılıb.
«Media forum» saytının məlumatına görə, məşhur güneyli fəal oktyabrın 29-da həbsxanadan azad edilib.
Ona 30 aylıq həbs cəzası kəsilmişdi. A.Lisani 1 ay tez azad edilib.
Oktyabrın 28-də o, ailəsinə zəng edərək yaxın günlərdə Ərdəbil həbsxanasına köçürüləcəyini bildirmişdi.
2006-cı ildə həbs olunan A.Lisani əvvəlcə Əhər zindanında saxlanırdı. Bu il martın 4-də isə Yəzd həbsxanasına köçürülmüşdü.
Bu ayın əvvəlində A.Lisani Təhlükəsizlik Nazirliyinin Yəzd şəhər idarəsində 10 saat dindirimişdi. Nazirliyin Ərdəbil idarəsinin bir neçə əməkdaşı da həmin dindirmədə iştirak edərək A.Lisanini azadlığa çıxandan sonra hansı fəaliyyətlə məşğul olacağı barədə sorğu-suala tutmuşdular.
Lisani ərdəbillidir. Məlumatlara görə, Təhlükəsizlik Nazirliyinin Ərdəbil idarəsinin əməkdaşları bir neçə ay əvvəl Lisaninin ailəsinə bildiriblər ki, Abbas azadlığa buraxılandan sonra mütləq farsların yaşadığı bir şəhərə köçməli və milli zəmindəki fəaliyyətini dayandırmalıdır.
41 yaşlı A.Lisaninin səhhətinin hazırkı vəziyyəti barədə hələ ki, bir məlumat yayılmayıb.
«Media forum»
Müslüm Maqomayev Fəxri Xiyabanda, babası,görkəmli bəstəkar Müslüm Maqomayevin yanında torpağa tapşırılıb
Oktyabrın 29-da keçirilən mərasimdə Azərbaycanın dövlət, hökumət nümayəndələri, tanınmış mədəniyyət, incəsənət nümayəndələri iştirak ediblər. Dəfn mərasimi bitdikdən sonra dahi sənətkarın ünvanına növbəti alqış sədaları səslənib.
APA
