Intiqam Məmmədov: 2007-ci ildə insan hüquqlarının vəziyyəti və 2008-ci il üçün proqnozlar
Hamimiz bilirik ki, 2008-ci il Prizident seckisi ilidir, seckilərə qədər və sonraki vaxtlarda, siyasi məhbusların sayı, polis özbaşınalığı və sifarişli məhkəmə prosesləri durmadan artacaq. İndiki siyasi hesablamalar onu göstərirki bu bir dogru praqnozdur.
Başa çatan 2007-ci il eyni zamanda insan hüquqlarının tapdanması, söz və mətbuat azadlığının boğulması kimi yadda qaldı. Hələdə həbsdə olan jurnalistlər və siyasətcilərin sayı və məhkəmələrin çıxardığı sifarişli qərarlar bunu deməyə əsas verir. Azərbaycanda insan haqları sahəsində ilin yekunları ilə bağlı bunu qeyd etmək olar ki, hələdə Avropa Şurasının İnsan Hüquqları Konvesiyasının qoydugu qanunlara ciddi əməl olunmayıb.
İnsan haqları baxımından Azərbaycanda 2007-ci ildəki vəziyyəti necə qiymətləndirmək olar suaını, mäsälän mən belə cavablandıarardım:
Azərbaycanda insan haqları və demokratik azadlıqlar sahəsində vəziyyətin get-gedə pisləşdiyini, yaxşılıga dogru hec bir şeyin dəyişmədiyini təəssüflər olsun ki, etiraf etmək lazimdir. Əgər 1948-ci ildə qəbul olunmuş ümumi insan haqları deklarasiyasında göstərilən müddəalara əsaslanıb danışsaq, görərik ki, ölkədə insan haqları və bütün əsas demokratik azadlıqlar kobud şəkildə pozulur. Kecən ilin noyabrın 18-də həbsdə olan yeganə qadın siyasi məhbus, Faina Kunqurovanın ölümü yaşamaq hüququnun pozulduğunu demək üçün kifayət edir. Bu günə qədər məhkəmə tibb ekspertizasının onun ölümünün səbəblərini izah edən rəsmi rəyi, möhür formasönda yoxdur. 32 yaşlı gənc idmançı qadın, birdən-birə niyə dünyasını dəyişdi ? Onun həbsə alınmasında və saxlanılmasında bir çox ciddi qanun pozuntuları olub. Axı bunu xalqa dogru dürüst catdırmaq lazımdır. Ümumiyyətlə bu ölkədə ilk olaraq onu demək olar ki, yaşamaq hüququ tam verilmədiyindən ciddi səkildə pozulur. İşgəncədən müdafiə olunmaq hüququ yoxdur. Aldıgımız məlumata görə, Sülh və Demokratiya İnstitutunun hesablanmlş dıqiq reyi sayəsində, 2006-cı ildə işgəncələr nəticəsində 13 nəfər dünyasını dəyişib. Bu barədə kecən 2007-ci ilin hesabatından isə, hələki məlumat yoxdur. Təfəruatlar göstərir ki, bu rəqəm 2006-cı ildəkindən az olsa belə, amma tam olaraq dəqiq məlumat verilmir. Bunu da, beləcə acıqlamaq mümkündürki, Azərbaycan vətəndaşları ədalətli məhkəmə hüququndan da məhrumdurlar. Çünki ölkədə qanunlara arxalanan, müstəqil məhkəmə sistemi indiyə kimi bərqərar olunmayib. Yanılmadan deyə bilərəm ki, 2005 il parlament seckilərindən sonra sərbəst toplaşmaq azadlığı demək olar ki, insanların əlindən alınıb. Faktiki olaraq 2006-cı ilin noyabrından vətəndaşlar bu hüquqdan təmamı ilə məhrum olublar. O vaxtdan Azərbaycan rəsmiləri nə paytaxtda, nə də əyalətlərdə bir dəfə də olsun mitinqə, yürüşə icazə verməyib. Qanunu və ictimai asayişi pozmadan qəzet paylayan və ya qəzet oxuyan gənclərı hətda qanunsuz olaraq saxlanılıb, polis şöbələrinə aparılırlar. Və bu kimi hadisələr davam etdikcə cəmiyyət nə edəcəyinə belə soz tapa bilmirlər ki, desinlər. Seckilərə gəldikdə isə, vətəndaşların seçib-seçilmək hüququ da pozulur. Azərbaycanda faktiki olaraq bütün seçkilər beynəlxalq təşkilatların standartlarına zidd şəkildə keçirilib. Düzdür, Azərbaycanda nä 2006-cı il nə də 2007-ci ildə seçki olmayıb. Ümumiyyətlə bu hüquq vetendaşlarin əlindən alınmalı deyil. Ən nəhayət, olkədə söz və fikir azadlığı məhdudlaşdırılıb. Doqquz jurnalistin günahsız yerə tutklanaraq məhkəmə tərəfindən ədalətsiz olaraq həbslərə göndərilsədə, 6 nəfərini qondarma əf fərmanı adı ilə azadlıga buraxılsada, hələdə 3 nəfər və 100-dən artıq siyasətcilər haqsiz olar həbsdədirlər. 2007-ci ildə kütləvi informasiya vasitələrinə qarşı yüzdən çox məhkəmə qərarı çıxarılıb. Bunların əksəriyyəti Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan və təhqir) maddələri ilə təqsirləndirilirlər. Bu, onu göstərir ki, ölkədə söz və fikir azadlığını həm, toplum şəkildə və həm də fərdi olaraq bəyan etmək, tam təhlükəlidir. Ona görə də cəsarətlə deyə bilərəm ki, 2007-ci ildə bütün bu hüquqlar keskin dərəcədə boğulub. O siyahıya vicdan və etiqad azadlığını da əlavə etmək olar
Bu, çox mürəkkəb və diqqət tələb edən məsələdir. İş orasındadır ki, din azadlığı təkcə «Təhsil haqqında» qanunun müzakirəsi və hicab taxmağa qoyulan qadağa ilə bağlı deyil. Belə demək mümkünsə cox təəssüflər olsun ki, son illər dindarlara qarşı böyük təzyiqlər var. 2007-ci ilin oktyabr, noyabr aylarında baş verənləri yada salmaq kifayətdir. O vaxt Tərtər və Zaqatala rayonlarında polis qanunsuz olaraq dindarları saxlayır və onlardan məcburi qaydada saqqalarını qırxmaq, getdikləri yer barədə izahat yazmaq tələb olunurdu. Elə indi də bu davam edir. Hakimiyyət görür ki, ölkədəki narazılıqlar qərbyönlü müxalifətə söykənmir. Bu, onu göstərir ki, siyasi hakimiyyətdən olan narazılıqlar artıq siyasi yox, dini müstəvidədir. Hakimiyyət çox səviyyəsiz şəkildə, inzibati metodlarla dindarlara təzyiqləri artırır. Saqqal saxlamağa qadağa qoyulur, dindarlar narkotik və silah saxlamaqda ittiham olunur. Belə halda cinayətkar ünsürlərlə din adamına eyni cezanı vermək haqsizliq və qanuna uygunsuzluqdur. Narkotiklə bağlı olan ittihamlar isə tam absurddu. Nəhayət, hicaba qadağa qoymaq istəyi ortaya çıxıb. Bu, onu göstərir ki, hakimiyyət yaranmış vəziyyəti sivil yolla həll edə bilmir. Bu səbəbdən də qanuna zidd hərəkətlər edir və insan haqlarını pozur. Bu, elə bu cür istiqamət götürsə, gələcəkdə çox pis nəticələr verəcəyinə hec kəsin şübhəsi olmasın.
2008-ci ildə də cox şey gozlənilir
Əgər əvvəlki seçki illərində baş verən hadisələri nəzərə alsaq, ciddi təzyiqlərin olacağını proqnozlaşdırmagımızada yanılmarıq. Söz yox ki, ilk növbədə söz azadlığına təzyiq artacaq. Çünki mətbuat seçicilər və əhali ilə ünsiyyət üçün yeganə vasitədir. Siyasi məhbusların sayı artacaq. Hər seçkidə olduğu kimi, bu dəfə də qondarma dövlət çevrilişi ssenariləri mütləq olacaq. 2000-ci ilin parlament seçkiləri zamanı dövlət çevrilişinə cəhd ittihamı ilə tutulanların bəziləri hələ də həbsdədir. Onların əksəriyyəti əyalətlərdə yaşayanlardı. Son seçkilərdə „çevriliş edənlərin“ siyahısını artırdı. Bunlar Nazirlər və Yeni Fikir təşkilatının fealları idi. Ona görə də hesablanmış proqnoz vermək olar ki, qarşıdan gələn Prizident seckilərinə qədər və sonrası, söz azadlığına, sərbəst toplaşmaq azadlığına daha da çox qadağa qoyulacagına əmin ola bilərsiz. Siyasi məhbusların sırası genişlənəcək, polis özbaşınalığı və sifarişli məhkəmə proseslərinin sayı artacaq. Bu praqnozlardan belə nəticə cixarmaq olar ki, 2008-ci ildə yaxşı heç nə gözləmək mümkün deyi. Nə qədər ki, bu hakimiyyət əhali ilə ancaq polis zorakılığı və repressiyalar dili ilə danışır, yaxşı heç nə gözlənilmir.
Avtropa Insan Hüquqları Müdafiə təşkilatınin Qavqaz bolgəsi üzrə təmsilcisi
İntigam Məmmədov
Almaniya
MİRZƏ SAKİT ACLIQ AKSİYASINI DAVAM ETDİRİR
2008-01-28, 11:41:00
«Azadlıq» qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakit aclıq aksiyasını davam etdirir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Mehman Sadıqov «Media forum» saytına bildirib ki, M.Sakit yanvarın 26-dan aclığa başlayıb, onun bununla bağlı həbsxana rəhbərliyinə yazdığı ərizə isə Penitensiar Xidmətə bu gün çatdırılacaq.
Hələ ərizəni əldə etmədiyindən M.Sadıqov M.Sakitin konkret hansı tələblərlə aksiya keçirdiyini deyə bilməyib: «İlkin informasiyaya görə, aclıq aksiyasına başlaması onun səhhəti ilə əlaqədardır».
Yanvarın 25-də yazarın həyat yoldaşı Rəna Zahidova «Media forum»a deyib ki, M.Sakit saxlanma şəraitindən şikayətçidir və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəhbəri Nazim Ələkbərovu məhkəməyə vermək niyyətindədir.
Həyat yoldaşının bildirdiyinə görə, M.Sakit evinə yaxın həbsxanalardan birinə köçürülməsini, ombudsman Elmira Süleymanovanın ona baş çəkməsini, müalicə müəssisəsində müalicə olunmasını və Mətbuat Şurasının sədri Əflatun Amaşovun istefasını tələb edir.
Mirzə Sakit (Zahidov) 2006-cı ilin iyun ayında narkotik maddənin qeyri-qanuni saxlanması ittihamı ilə tutulub, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2007-ci ilin iyulunda Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülən M.Sakit oktyabrın ikinci ongünlüyündə yenidən Güzdəkdəki 14 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Tutulandan bəri M.Sakit bir neçə dəfə aclıq aksiyası keçirib. Onun bundan əvvəlki sonuncu aksiyası noyabrın 23-dən 30-na kimi olub. Həmin vaxt M.Sakitlə bərabər artıq azadlıqda olan «Nota bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlu da aclıq etmişdi. Aksiyanı dayandırdıqdan sonra bir çox hüquq müdafiəçiləri onlarla görüşmüş, problemləri ilə maraqlanmışdılar. F.Novruzoğlu 2007-ci ilin dekabrında prezidentin imzaladığı əfv fərmanı ilə azadlığa çıxıb.
«Media forum»
İranda yaşayan 287 nəfər azərbaycanlı ziyalı parlamentin deputatlarına açıq məktubla müraciət edib
287 NƏFƏR AZƏRBAYCANLI ZİYALI İRAN PARLAMENTİNƏ AÇIQ MƏKTUBLA MÜRACİƏT EDİB 2008-01-25 – 20:30:00
İranda yaşayan 287 nəfər azərbaycanlı ziyalı ölkədə Azərbaycan dilinə rəsmi status verilməsi tələbi ilə parlamentin deputatlarına açıq məktubla müraciət edib. Onlar ölkənin hazırkı həssas vəziyyətinə toxunararq bildiriblər ki, artıq bu problemi həll etməyin vaxtı çatıb.
«Media forum» saytının məlumatına görə, azərbaycanlı ziyalıların məktubunda deyilir: «Bildiyiniz kimi, cəmiyyətimiz bir çox problemlərdən, o cümlədən milli məsələnin öz həllini tapmamasından əziyyət çəkir. İnsanlar hüquqlarının gerçəkləşməsini istəyir, buna təkid edirlər. Bu günə qədər azərbaycanlı müəllimlər, tələbələr, jurnalistlər, şair və yazıçılar və cəmiyyətimizin digər zümrələrindən olan ziyalılar Azərbaycan dilinin ölkədə rəsmiləşdirilməsi üçün hökumət orqanlarına və nümayəndələrinə yüzlərlə açıq məktub, qətnamə ilə müraciət ediblər. 2006-cı ildə may-iyun aksiyalarına qatılan milyonlarla azərbaycanlı da hüquqların tanınmasına təkid edirdilər. Şübhəsiz ki, bu hüquqların gerçəkləşməsi cəmiyyətdə ictimai birliyin möhkəmləndirilməsi ilə yanaşı daxili ixtilafların şiddətlənməsinin də qarşısını alacaq».
Müraciətin sonunda deyilir: «Hörmətli millət vəkilləri! Biz, bu məktubu imzalayan Azərbaycan ziyalılarının bir hissəsi ölkənin belə həssas məqamında öz milli və mənəvi vəzifəmizi başa düşüb bu məsələnin həllinə təşəbbüs göstərməyinizi istəyirik».
«Media forum»