Salam, Mirzə qardaşım
Allah Səni bəxtəvər etsin mənim Mirzə qardaşım. Sənin Azərbaycanlılar üçün etdiklərin bir tarixdir ki, silinməyəcək. Sənin zərrənə oxşamağa çalışan jurnalistlər gələcəklər, amma onda biz ruhlar dünyasında olacağıq. Hər halda Allah Bizlərə də rəhmət etsin! Amin!
Dərin hörmətlə, Hacı Arif Şəkili
Salam, Mirzə Xəzər bəy!
Salam, Mirzə Xəzər bəy! Allah daim yardimciniz olsun ve bu muveqqeti dunyada eziyyetinizin qiymetini bilmeyenlere Allah lenet elesin. Siz Azerbaycan xalqina son nefesinize qeder de lazimli insansiniz, sizin sesinizi duyanlar, milletin yeniden birleshmesini hiss edirler. Cunki 1990-ci illerde Azerbaycan her terefden teklenende mehz siz dunyaya car cekib hayqirdiniz, Azerbaycanin gerceklerini dunyaya catdirdiniz. Allah size yar olsun eziz Mirze bey Xezer” !
Size daim hormetle Intigam.
Lalə Şövkət: “Azərbaycanda prezident seçilmir, elan olunur”
Lalə Şövkət: «Bu hakimiyyətin nə dünyagörüşü, nə xarakteri, nə də iradəsi ona normal seçki keçirməyə imkan verir»
Seçki ilinin ilk ayı da sona çatmaq üzrədir. Prezident seçkilərinə getdikcə az vaxt qalır. Amma nədənsə 2008-in Azərbaycanda seçki ili olması hiss edilmir. Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkətlə müsahibəmizə də elə bununla bağlı sualla başladıq: – Seçki rəqabət deməkdir. Sağlam rəqabət üçün şərait yaradılmayan yerdə isə seçkidən danışmaq qeyri-mümkündür. Bundan əlavə Azərbaycanın yaxın tarixində keçirilən seçkilər sübut etdi ki, mövcud hakimiyyət seçki keçirmək iqtidarında deyil. Bu hakimiyyətin nə dünyagörüşü, nə xarakteri, nə də iradəsi ona normal seçki keçirməyə imkan verir. 2008-ci il prezident seçkisi də növbəti bir teatr, şou olacaq. Yeri gəlmişkən, Azərbaycan artıq neft və şou ölkəsidir. Bu baxımdan heç kimin şou-seçkiyə marağı yoxdur. Cəmiyyət ümumiyyətlə 2008-in seçki ili olduğunu yaddan çıxarıb. Çünki Azərbaycanda prezident seçilmir, elan olunur. Belə yerdə seçkidən necə danışmaq olar? Ona görə belə getsə və heç bir dəyişiklik olmasa bu il bizim üçün də maraqsızdır. Məğlubiyyətlər və yalanlar silsiləsi cəmiyyəti sarsıdıb -
Bəlkə cəmiyyətin passivləşməsinin səbəbi seçkinin sizin üçün maraqsız olmasıdır? Bəlkə hüquqları addımbaşı pozulan vətəndaşlar sizlərdən təkan gözləyir? – Demokratik dəyərlər, ələlxüsus, millətin iradəsinə uyğun azad seçkilər tək siyasi qüvvələrin səyi ilə yox, həm də cəmiyyətin istəyi, iradəsi və əzmi ilə bərqərar olur. Bu gün isə cəmiyyət çox bədbin, biganədir, qorxu və acizlik içindədir, təslimçilik ruhu ilə yaşayır. Belə bir şəraitdə hansısa aktivlikdən söhbət gedə bilməz. Hüquqlarının addımbaşı pozulmasına baxmayaraq cəmiyyət reaksiya vermir, sanki taqətdən düşüb. Bunun da kompleks səbəbləri var. Mən demirəm ki, cəmiyyət pis, biz isə yaxşıyıq. Xeyr, elə deyil. Cəmiyyətin belə bir vəziyyətə düşməsində bu günkü hakimiyyətin böyük rolu var. Baxın, bu son illərdə millət nə qədər məğlubiyyətlər, məyyusluqlar yaşadı. Qarabağ məğlubiyyəti, azadlığın məğlubiyyəti, demokratiyanın məğlubiyyəti, neft pullarına olan ümidlərin sarsılması, xalqın çörəklə imtahana çəkilməsi, Qərbə olan ümidlərin puç olması və s. Bu az vaxtda bir millət üçün bu qədər məğlubiyyətlər çox deyilmi? Bütün bunlar cəmiyyətin depressiya vəziyyətinə düşməsinə səbəb olan amillərdir. Əgər ABŞ Dövlət Departamenti də öz hesabatında təsdiq edir ki, “Azərbaycanda insanlar hökuməti dinc yolla dəyişdirmək hüququndan məhrum edilib”, seçkilərə hansı maraqdan söhbət gedə bilər. Bir də gəlin, açıq danışaq. Müxalifətin də bu məsələdə təqsiri az olmadı. Müxalifətin bir hissəsi yoruldu, bir hissəssi bezdi, bir hissəsi bazarlığa getdi, sözünə və vədlərinə sahib çıxmadı. Bu da öz növbəsində insanlarda inamsızlıq və ümidsizlik yaratdı. Insanlar kimlərəsə inandı, arxasınca getdi. Amma sonradan gördü ki, həmin adam hakimiyyətlə alver edir.
Bütün bu məğlubiyyətlər və yalanlar silsiləsinin nəticəsidir ki, cəmiyyət bədbin və passiv bir vəziyyətdədir. Müxalifətin konkret ünvanı var – Müxalifət də cəmiyyəti bu vəziyyətdən çıxarmaq iqtidarında deyil… – Gəlin, müxalifətdən danışanda konkret ünvan göstərək. Ümumi danışmayaq. Müxalifətin konkret ünvanı var: Lalə Şövkət, Əli Kərimli və digərləri. Yəni, müxalifət mücərrəd anlayış deyil. Şəxsən mən “müxalifətin günahı var, müxalifət xalqı aldadır, müxalifət birləşə bilmir, ona görə məğlub olur” kimi fikirləri qəbul etmirəm. Çünki mən heç kimi aldatmamışam. Mən millətimə xəyanət etməmişəm, əksinə, onun uğrunda öz maraqlarımı qurban vermişəm. Konkret ünvan göstərilsin. Hər yerdə müxalifətin konkret ünvanı var. Məsələn, götürək Pakistanı. Orada yalnız Benəzir Bhutto müxalifət deyildi ki? Nəvaz Şərif və başqaları da var idi. Amma Bhuttonun öz ideyası, öz sifəti, öz siyasəti, öz dəsti-xətti var idi. Nəvaz Şərifin də həmçinin. Ona görə də orada heç kim demirdi ki, müxalifət mütləq bir olmalıdır. Ümumiyyətlə heç bir yerdə belə söhbət yoxdur, bircə Azərbaycandan başqa. Qısası, müxalifət ünvanlı bir məsələdir, adı var, sifəti var. Ona görə də xahiş edirəm ki, müxalifətdən danışanda ümumi yox, ünvanlı danışın. Fəaliyyətimiz faktiki olaraq qadağan edilib – Yaxşı, ünvanlı danışacağam. “Azadlıq” bloku cəmiyyəti düşdüyü bu apatiya vəziyyətindən çıxarmaq üçün niyə aktivlik göstərmir? Hər halda blokun aktiv fəaliyyətdə olduğu hiss olunmur? – Necə aktivlik göstərək ki, faktiki olaraq bizim bütövlükdə fəaliyyətimiz qadağan olunub. Mitinqlər qadağan olunub, ofislərimiz əlimizdən alınıb, bizə tribuna verən qəzetlərin başına min cür oyunlar gətirilir. Baxın, bu son ildə “Azadlıq”ın baş redaktoru Qənimət Zahid, qəzetin əməkdaşı Mirzə Sakit, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayev həbs olunub. Qəzetlər belə, televiziya isə ümumiyyətlə üzümüzə bağlıdır. Xalqı aktivləşdirmək üçün mən onlarla görüşlər keçirməli, ünsiyyətdə olmalıyam, ya yox?! Bunların isə heç birinə imkan verilmir. Hətta bizə rayonlarda öz üzvlərimizlə görüşməyə qadağa qoyulub. Dəyirmi masalar, forumlar keçirməyə maneələr yaradılır. Təsəvvür edin ki, bir neçə dəfə otellərdə konfranslar keçirdik, ondan sonra buna da qadağa qoydular. Hətta Əli Kərimliyə heç pasport da verilmir – bu, ümumiyyətlə absurddur. Faktiki olaraq bütün fəaliyyətimiz qadağan olunub. Belə bir vəziyyətdə biz nə edə bilərik? Amma buna rəğmən biz yenə də öz ardıcıl, prinsipial, israrlı mübarizəmizi davam etdiririk. Hər halda təslim olmuruq. Siyasi lider sözübütöv olmalıdır – Amma cəmiyyətin sizin bu mübarizənizə dəstəyi hiss olunmur. Bayaq bir fikir işlətdiniz ki, müxalifətin bir hissəsi hakimiyyətlə bazarlığa getdi, satıldı və s. Bəlkə cəmiyyətin mübarizədən kənarda qalmasını şərtləndirən əsas amil elə budur. Yəni, artıq xalq bu müxalifətə inanmır. Repressiyaların, həbslərin oyun olduğunu düşünür və müxalifətin təşkil etdiyi aksiyalara gəlib dəyənək yeməyə lüzum görmür. – Bəli, bu da səbəblərdən biridir. Bilirsiniz, siyasi liderin üstünlüyü onun mübarizəsində ardıcıl və prinsipial olmasıdır. Siyasi lider sözübütöv olmalıdır. Xalq bu gün bir söz deyib, sabah onu danan, bu gün imza atıb, sabah imzasından imtina edən siyasətçiyə əlbəttə inanmayacaq. Siyasi liderin isə əsas kapitalı xalqın ona olan inamı, etimadıdır. Millət də ona görə sarsılır ki, görür, biri bu gün bir söz deyir, sabah ayrı söz. Bir də siyasi liderin ən böyük dəyəri onun məsuliyyətli olmasıdır. Bu çox mühüm məsələdir. Ona görə də siyasi lider olmaq asan deyil. Mən insanları yaxşı başa düşürəm. Onlar artıq bəzi liderlərə – təbii ki, ad çəkməyəcəyəm – inanmırlar. Çünki görürlər ki, onlar sözübütöv deyillər, dedikləri ilə əməlləri arasında böyük uçurum var. Bundan əlavə insanlar sözə yox, hərəkətə qiymət verirlər. Hər bir lider öz hərəkətlərinin həm cəmi, həm girovudur. Sözdə çox şey demək olar. Özü də indiki zamanda söz çox ucuzlaşıb. Sözün nə mənası, nə mahiyyəti, nə də təravəti qalıb. Dahiyə – kiçik, kiçiyə – dahi, aqilə – cahil, cahilə – aqil, yalana – həqiqət, həqiqətə – yalan, nadana – alim deyirlər. Sözlər o qədər mahiyyətini itirib ki, insanlar artıq sözləri eşitmirlər, ancaq hərəkətə qiymət verirlər. Siyasi liderlər də atdığı addımlara diqqət etməlidir. Əgər özünü siyasi lider hesab edən şəxs öz mənafelərini xalqın maraqlarına qurban verməyi bacarırsa, o, həqiqətən siyasi liderdir. Bunu bacarmırsa, siyasi lider yox, siyasətbazdır. Yeri gəlmişkən, indi Azərbaycanda siyasətçidən çox siyasətbazlar, siyasəti biznesə çevirənlər var. Mən adamlar tanıyıram, deyirlər ki, partiya yaradıb şirkət kimi işlədirik, pul qazanırıq. Təbii ki, bütün bunlar xalqın demokratik qüvvələrə inamına zərbə vurur, hətta demokratiyanı bir ideya kimi də hörmətdən salır. Biz tamaşada iştirak edən deyilik – “Azadlıq” bloku mövcud şərait dəyişməyəcəyi təqdirdə seçkilərə qatılmayacağını bəyan edib. Opponentləriniz isə bunu meydandan qaçmaq, mübarizədən yayınmaq kimi dəyərləndirir… – Arqument gətirsinlər. Elə-belə söz deməyə nə var ki! Mən eşidirəm, belə fikirlər səslənir ki, seçkidə qalib gəlmək əsas deyil, əsas orada iştirak etməkdir. Bizim üçün isə bu, əsas deyil. Çünki biz mövcudluğumuzu qorumaq üçün seçkiyə qatılmırıq. Bir də ki, nə üçün biz bu tamaşada dekorasiya rolunu oynamalıyıq? Biz bunu istəmirik. Çünki bu addımı atmaqla faktiki olaraq biz seçkilərə demokratik don geydirərək, hakimiyyətə xidmət etmiş oluruq. Elə bir xidmət ki, heç bir YAP-çı onu edə bilməz. Bundan əlavə biz seçkiyə qatılmaqla demokratiya ideyasının özünə böyük zərbə vurmuş olarıq. Bilirsiniz ki, hər seçkidən sonra insanların demokratiyaya inamı azalır. Artıq Azərbaycanda demokratiya ideyasının böhranı yaşanır. Belə bir vəziyyətdə biz seçkilərə qatılmaqla bu ideyaya sarsıdıcı zərbə vurmuş oluruq. Biz isə ideya adamıyıq. Hakimiyyət bizim üçün yalnız vasitədir. Bizim əsas mübarizəmiz demokratik ideallar, dəyərlər uğrundadır. – Ola bilərmi ki, “Azadlıq” bloku seçkinin verdiyi imkanlardan istifadə etmək üçün müəyyən mərhələyə qədər prosesə qatılsın və son anda boykota getsin?
Vidadi Məmmədov (“Azadlıq” qəzeti)