Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Saxta millət, saxta seçkilər, saxta namizədlər

Mirzə Xəzər 24 Sen 2008

no comments

Şərəfsizin bir adı var…

 

Saxta millət, saxta seçkilər, saxta namizədlər

 


Azırbaycanda hər şey vizual xarakter almağa başlayır. Şəhərdə gördüyümüz gözəlliklər, abadlıq, parklar – hər şey vizual xarakter daşıyır, mahiyyət etibarilə isə Azərbaycan günü-gündən batıb gedir. Hakimiyyət trilyardlarla var-dövləti özününküləşdirir, əvəzində seçkiyə bir ay qalmış park-xiyaban salmaqla gözdən pərdə asır, hələ azmış kimi hər yerə də Heydərin adını qoyurlar.

Yenə seçkilər gəlir… Yenə maskalar yırtılır, kimin kim olması üzə çıxır. Baharda çiçəklər açıdığı kimi bu payızda da şərəfsizlər üzə çıxır. Azərbaycanda həmişə şərəfsiz insanlar olub, yenə yaranır, hələ gələcəkdə də meydana gələcəklər. Seçki bu şərəfsizlərin məzun günüdür, yəni məhz seçki vaxtı şərəfsizlər imtahan verib müstəqil həyata atılırlar. Keçmiş seçkilərdəki imtahanlardan uğurla çıxmış şərəfsizlərdən İqbal Ağazadəni, Qüdrət Həsənquliyevi, Fazil Qəzənfəroğlunu misal göstərmək olar. Onlar həmişə əqidəsizliyi ilə diqqət mərkəzində olublar. Prezident Aparatının tula payı kimi verdiyi qəpik-quruşlarla partiya sədri olan bu kişilər indi seçkilərdə xalqa ağıl öyrətməyə çalışırlar.

Televizorda onların sifətlərini görəndə lap əsəbiləşirəm də. Tutaq elə, İqbal Ağazadəni. A kişi, sən hara, prezidentlik hara?! Heç jek müdiri olmağa da layiq deyilsən eee sən. Pul hesabına partiyana özün kimi əqidəsiz insanları toplamısan, arada-ortada qəzetlərdə səs-küy salırsan, parlamentdə müxalifət kimi görünməyə çalışırsan. Bir məsəl var, deyir, dəvəquşu başını soxub quma, daaa bilmir ki, camaat ona tamaşa edir. Siyasətdən az-çox başı çıxan hamı bilir ki, sən İqbal hakimiyyətin 1 nömrəli işverənisən. 2003-cü ildə biabırcasına televiziyada müstəntiqin suallarını cavablandırarkən hər şeyi İsa Qəmbərin üstünə atdın. O gündən millətin gözündə “ucaldın”.

Başqa namizədlərdən də bir-iki kəlmə danışmaq istərdim. Hafiz Hacıyev haqqında çox danışmaq istəmirəm, çünki bu adam artıq şərəfsizliyini boynuna alıb. Şəhərin bütün fahişələri Müasir Müsavat partiyasına üzv yazılıblar. Daaa bundan başqa nə arqument gətirmək olar ki. Hafiz Hacıyev hakimiyyətin əlində bir pazdır, lazım gələndə çaşan məmurlara soxur, gərək olduqda isə müxalifətə qara yaxır.

Bu Qüdrəti görəndə əsl alverçi yadıma düşür. Heç bir çəkiyə malik olmayan, amma özünü xarizmatik lider kimi göstərən bu insana yazığım gəlirç, vallah.

Elə Fazil də onun tayıdır.

Fuad Əliyev haqqında heç nə deyə bilməyəcəm, çünki bu insanı birinci dəfədir ki, görürəm.

O ki, qaldı Qulamhüseyn Əlibəyliyə…. burada dərin bir ah çəkirəm, gedib bir çay içib sonra gəlib bu misraları yazıram. Çünki, bu insana çox hörmətim var idi. Ağlına, savadına, davranışına həmişə hörmətlə yanaşmışdım. Deyirdim ziyalıdır. Amma ziyalı olmaq heç də çoxlu kitab oxumaqla bitmir, hörmətli Qulamhüseyn müəllim. Kitabda yazılan müqəddəs ideyaları, dəyərləri həyatda yaşatmaq da gərəkdir. Siz amma çox tab gətirə bilmədiniz. Nəfsinizi axıra qədər saxlaya bilmədiniz. Nəyiniz əksik idi?! 3 dəfə Milli Məclisə üzv seçilmişdiniz, 15 il deputat olmusunuz. Ev-eşik, imkan, hörmət-izzət – hər şeyiniz var idi. Amma milyonunuz yox idi ki, onu da sizə hakimiyyət verdi. Amma milyona satdınız hörməti, izzəti, sizə olan ümidləri, illərdir universitetdə tələbələrə haqqında danışdığınız müqəddəs dəyərləri, əqidənizi, bir sözlə hər şeyinizi milyona satdınız. Yenə də yazıqlar olsun sizə.

O ki qaldı əsas namizədə, onun haqqında heç söz demək istəmirəm. İlham Əliyevi nəzərdə tuturam. Nə deyə bilərəm ki?! Hər şey göz qabağındadır. Desəm, çox yaxşı prezidentdir, uğurlu daxili-xarici siyasəti var, onda mən də olaram İqbal Ağazadə və ya Qulamhüseyn Əlibəyli, desəm ki, xalqına qənim kəsilmiş bir diktatordur, azad sözün düşmənidir, onda da polislərimiz yolda-kəsəkdə cibimə nəşə-zad atıb, şərləyib atarlar türməyə. Odur ki, İlham Əliyev haqqında heç nə deyə bilmirəm, qorxuram. Qorxuram ki, əqidəmi, ləyaqətimi itirərəm, ya da ki, günahsız yerə zindanda çürüyərəm. Məncə millətin böyük hissəsi də elə mənim günümdədir…qorxurlar…nə belə etməyə…nə də ki, elə etməyə…

Əhməd Şahidov


http://www.gundem.az/archives/470

Əvvəlki məqalə: “Tolişe Sedo” qəzetinin baş redaktorunun oğlu vəkildən imtina edib

Sonrakı məqalə: GÜNEY AZƏRBAYCAN SİYASİ BİRLİK VƏ ƏMƏKDAŞLIQ KOMİSSİYASININ MÜRACİƏTİ

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3631

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin