Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

“Tolişe Sedo” qəzetinin baş redaktorunun oğlu vəkildən imtina edib

Mirzə Xəzər 23 Sen 2008

18:52 23-09-2008

Bu gün Səbayel Rayon Məhkəməsində Milli Elmlər Akademiyasının şöbə müdiri, “Tolişe Sedo” qəzetinin baş redaktoru Novruzəli Məmmədovun oğlu Emil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Novruzəli Məmmədovun hüquqlarının müdafisəi cəmiyyətinin sədri Hilal Məmmədovun Lent.az-a verdiyi məlumata görə, məhkəmədə E.Məmmədov dövlət tərəfindən ona təyin edilmiş vəkildən imtina edib: “Mən bilirəm ki, atam Novruzəli Məmmədova görə, sifarişlə həbs olunmuşam. Mənim heç bir müdafiəyə ehtiyacım yoxdur”.

Məhkəmə prosesi oktyabrın 7-də davam etdiriləcək.

Qeyd edək ki, E. Məmmədov iyulun 16-da üzərində az miqdarda narkotik vasitə ilə saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, “Tolişe Sedo” qəzetinin baş redaktoru, Milli Elmlər Akademiyasının sabiq şöbə müdiri Novruzəli Məmmədov milli ayrı-seçkilik salma və dövlətə xəyanət kimi maddələrlə ittiham edilərək, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Şəhriyar ƏLİZADƏ

LENT.AZ

Əvvəlki məqalə: Əsgər atası oğlu barədə çıxarılan hökmün yanlış olduğunu bildirir

Sonrakı məqalə: Saxta millət, saxta seçkilər, saxta namizədlər