Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Azərbaycanın şimalında Daxili Qoşunlara silahlı müqavimət göstərən “Meşə qardaşları” qrupunun üzvlərinə İlqar Mollaçiyev rəhbərlik edib

Mirzə Xəzər 01 Sen 2008

no comments

Dagistan

[ 01 Sentyabr 2008 18:38 ]

Bakı-APA. Azərbaycanın Qusar rayonunda Daxili Qoşunların hərbçilərinə silahlı müqavimət göstərmiş dəstənin üzvləri «Meşə qardaşları» adlandıran qrupun üzvləri olub. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya daxil olan məlumata görə, silahlı qrupun üzvləri vaxtilə Çeçenistan və Dağıstanda ruslara qarşı hərbi əməliyyatlarda iştirak edib.

Qrupun komandiri isə 1974-cü ildə Zaqatala rayonunda anadan olmuş İlqar Mollaçiyevdir. İ. Mollaçiyev çeçen səhra komandiri Rəbbaninin «Meşə qardaşları» dəstəsinin fəal üzvü olub və onun öldürülməsindən sonra dəstəyə rəhbərlik edir. O, «Abdulvaxxad» ləqəbi ilə tanınır. İ. Mollaçiyev həm Azərbaycan, həm də Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır. Onun rəhbərlik etdiyi qrupda, əsasən, vəhhabi (sələfi) dini təriqətinə mənsub şəxslər toplaşıb.

İ. Mollaçiyevin başçılıq etdiyi 4 nəfərdən ibarət silahlı dəstənin sərhədi keçərək, Azərbaycana daxil olması barədə məlumat hüquq-mühafizə orqanlarına avqustun 25-də daxil olub. Bundan sonra Qusar rayonuna qonşu rayonlardan polislər, Çevik Polis Alayının əməkdaşları, Daxili Qoşunların “Şahin” xüsusi təyinatlıları, Sərhəd Qoşunlarının bölmələri və MTN-in əməkdaşları cəlb olunublar. Avqustun 29-da silahlı dəstənin üzvlərinin Qusarın Həzrə kəndi yaxınlığında gizlənməsi barədə hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında polis və Daxili Qoşunlar əməliyyata başlayıb.

Silahlı cinayətkarlar axtarışın başlandığını hiss edərək meşəyə çəkiliblər. Qaranlıqda hərəkət edən Daxili Qoşunların «Şahin» xüsusi təyinatlı dəstəsinin hərbçiləri ilə silahlılar arasında atışma başlayıb. Silahlılar hərbçilərə tərəf qumbara ataraq avtomatdan atəş açıb. Nəticədə «Şahin» xüsusi təyinatlı dəstəsinin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Əli Yolçuyev aldığı 4 güllə yarasından hadisə yerindəcə həlak olub. Hərbçilərə müqavimət göstərə bilməyən silahlı dəstənin üzvləri arasında itkilərin olduğu barədə məlumat əldə etmək mümkün olmayıb. Silahlılardan xeyli sursat və əmlak götürülüb.

Qeyd edək ki, Daxili Qoşunların həlak olmuş hərbi qulluqçusu Ə. Yolçuyev 1982-ci ildə Bakı şəhərində anadan olub. Hərbi xidmətə Binəqədi Rayon Hərbi Komissarlığından çağırılan Ə. Yolçuyev 2001-2003-cü illərdə Sərhəd Qoşunlarında müddətli hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində müqavilə əsasında xidmətə başlayıb.

Respublika Baş Prokurorluğundan isə hadisə ilə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Prokurorluqdan APA-ya bildirilənə görə, istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsi aparır. Faktla bağlı hələlik saxlanılan yoxdur.

http://az.apa.az/xeber_Azerbaycanin_shimalinda_Daxili_Qoshunlara__131454.html

Əvvəlki məqalə: DAK həmsədrləri Güney Azərbaycanın ayrıca bayrağının təqdim olunması ilə bağlı bəyanat verib

Sonrakı məqalə: DAK sentyabrın 10-da Avropa parlamentinin qarşısında aksiya keçirəcək

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3593

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin