Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Türkiyənin prezidenti Abdulla Gülün İrəvana gedəcəyi təsdiqləndi

Mirzə Xəzər 31 Avq 2008

no comments

Abdulla Gul 060808

[ 31 Avqust 2008 22:33 ]

Bu xəbəri APA-nın Türkiyə bürosunun sualını cavablandıran xarici işlər naziri Əli Babacan təsdiqləyib

İstanbul. Mayis Əlizadə-APA. Türkiyə prezidenti Abdulla Gülün Ermənistana getməsi qətiləşib. Bunu APA-nın Türkiyə bürosunun əməkdaşının Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandıran Türkiyənin xarici işlər naziri Əli Babacan təsdiqləyib.

Gürcüstanın xarici işlər naziri Eka Tkeşelaşvili ilə birlikdə İstanbulda mətbuat konfransı keçirən Ə. Babacan əməkdaşımızın Gülün İrəvana səfəri ilə bağlı sualını cavablandırarkən, bu səfərə hazırlıq məqsədi ilə diplomatik nümayəndə heyətinin bazar ertəsi İrəvana gedəcəyini deyib: “Biz bu səfərə çox önəm veririk. Türkiyə regiondakı problemlərin danışıqlar yolu ilə həll edilməsi üçün daim təşəbbüslərlə çıxış edəcək”.

Türkiyə xarici işlər naziri “Qafqaz Sabitlik Paktı” ilə bağlı prosesin hələ başlamadığını, A.Gülün səfərindən sonra Ermənistanın da bu prosesə qoşulacağına ümid etdiklərini bildirib.

Əli Babacan region ölkələri arasındakı müzakirələrin davam etdirilməsinin münasibətlərdə yeni səhifələr açacağına diqqəti cəlb edərək, bölgədəki sülh proseslərində ölkələrin özlərinin razılığa gəlməsini istədiklərini deyib.

Əvvəlki məqalə: Qusarda vəhhabilərlə Azərbaycanın daxili qoşunları arasında silahlı toqquşma baş verib

Sonrakı məqalə: Gəncədə hərbi hissədə silah anbarının alışması nəticəsində güclü partlayışlar baş verib, yanğın davam edir

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3587

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin