Gəncədə N saylı hərbi hissədəki yanğın söndürülüb
[ 01 Sentyabr 2008 01:01 ]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə N saylı hərbi hissədəki güclü yanğını söndürmək mümkün olub. APA-nın qərb bürosunun hazırda hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, avqustun 31-də saat 21.30 radələrindən başlamış yanğın sentyabrın 1-də saat 00.30 radələrində söndürülüb.
Qeyd edək ki, hərbi hissədən əməkdaşımıza yanğının yeməkxanada elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilib.
Lakin yanğın partlayışla müşayiət olunub. Təsdiqlənməmiş məlumatlara görə, əslində yanğın hərbi hissənin silah anbarında baş verib.
Gəncə şəhər Yanğın Mühafizə Xidmətindən bildirilib ki, hadisə yerinə 8 yanğınsöndürmə maşını və şəxsi heyət cəlb olunub. Lakin yanğın güclü olduğuna görə, Samux və Göygöl rayonların yanğınsöndürümə xidmətləri də əraziyə cəlb olunublar.
Əvvəlki məqalə: Gəncədə hərbi hissədə silah anbarının alışması nəticəsində güclü partlayışlar baş verib, yanğın davam edir
Sonrakı məqalə: Azərbaycanın şimal bölgəsinə daxili qoşunların hissələri yeridildi, təxribatçı yaraqlıların axtarışı səmərə vermir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3589