Gəncədə hərbi hissədə silah anbarının alışması nəticəsində güclü partlayışlar baş verib, yanğın davam edir
23:51 31-08-2008
Bu gün saat 21.30 radələrində Müdafiə Nazirliyinin Gəncədə yerləşən N saylı hərbi hissəsində yanğın başlayıb. Lent.az-ın Gəncə müxbirinin verdiyi məlumata görə, küləkli hava şəraiti yanğını daha da gücləndirib və yanğın hissənin silah anbarını cənginə alıb. Ətrafda olanlar güclü partlayış səsləri eşitdiklərini deyiblər. Hazırda davam edən yanğını söndürmək üçün Gəncəylə yanaşı, Göygöl və Samux rayonlarının da Fövqəladə hallar komissiyasının Yanğınsöndürmə Xidmətinin maşınları və əməkdaşları hadisə yerinə cəlb olunublar. Hələlik hadisənin qarşısını almaq mümkün olmur.
LENT.AZ
----------------------------------------------------
Gəncədə N saylı hərbi hissədə güclü yanğın baş verib
[ 31 Avqust 2008 23:40 ]
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Gəncədə N saylı hərbi hissədə yanğın baş verib. APA-nın qərb bürosunun hazırda hadisə yerində olan əməkdaşının veridyi məlumata görə, 21.30 radələrindən başlamış yanğın indiyə qədər davam edir.
Hərbi hissənin komandiri əməkdaşımıza yanğının yeməkxanada, elektrik xətlərindəki qısaqapanma nəticəsində baş verdiyini deyib.
Lakin yanğın partlayışla müşayiət olunub. Təsdiqlənməmiş məlumatlara görə, əslində yanğın hərbi hissənin silah anbarında baş verib.
Gəncə şəhər Yanğından Mühafizə Xidmətindən bildirilib ki, hadisə yerinə 8 yanğınsöndürmə maşını və şəxsi heyət cəlb olunub. Lakin yanğın güclü olduğuna görə, Samux və Göygöl rayonların yanğınsöndürümə xidmətləri də əraziyə cəlb olunublar.
APA
Əvvəlki məqalə: Türkiyənin prezidenti Abdulla Gülün İrəvana gedəcəyi təsdiqləndi
Sonrakı məqalə: Gəncədə N saylı hərbi hissədəki yanğın söndürülüb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3588
