DAK həmsədrləri Güney Azərbaycanın ayrıca bayrağının təqdim olunması ilə bağlı bəyanat verib
[ 01 Sentyabr 2008 14:10 ]
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Kоnqrеsinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya Güney Azərbaycanın bayrağı ilə bağlı bəyanat verib. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda Güney Azərbaycanın ayrıca bayrağının cəmiyyətə təqdim olunması milli hərəkatın parçalanması kimi dəyərləndirilib: “Dünya Azərbaycanlıları Kоnqrеsi Azərbaycanın vahid bayrağı olduğunu və bunun Azərbaycanın bir hissəsində dövlət bayrağı kimi qəbul edildiyini diqqətə çatdırır. Milli azadlıq hərəkatının ayrı-ayrı qruplarının milli bayrağımızdan fərqlənən simvoldan istifadə etməsi təbii və təqdirəlayiqdir. Amma Dünya Azərbaycanlıları Kоnqrеsi yaranmış durumdan milli azadlıq hərəkatını parçalamaq məqsədilə istifadə etməyə yol verməmək üçün bütün qrupları hərəkatın vahid bir simvolunu müəyyənləşdirməyə və müzakirələri tezliklə sona çatdırmağa çağırır”.
APA
Əvvəlki məqalə: Azərbaycanın Rusiya ilə sərhədində baş vermiş silahlı insidentlə bağlı cinayət işi açılıb
Sonrakı məqalə: Azərbaycanın şimalında Daxili Qoşunlara silahlı müqavimət göstərən “Meşə qardaşları” qrupunun üzvlərinə İlqar Mollaçiyev rəhbərlik edib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3592
