Azərbaycanın Rusiya ilə sərhədində baş vermiş silahlı insidentlə bağlı cinayət işi açılıb
01.09.08 13:17
Azərbaycan, Bakı, 01 sentyabr / Trend News , müxbir K.Zərbalıyeva/ Azərbaycanın şimal bölgəsində yerləşən (paytaxt Bakıdan 220 km aralıda) Qusar rayonu ərazisində avqustun 30-da Daxili Qoşun hissələrinin sələfilərə (vəhabilər) qarşı keçirdiyi əməliyyatla bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan bazar ertəsi Trend News-a verilən məlumata görə, faktla bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120) maddəsi ilə cinayət işi açılıb.
Baş Prokurorluqdan hadisənin təfərrüatları barədə əlavə məlumat verilmir.
Qeyri-rəsmi məlumatlara görə, Qusarın Dağıstanla həmsərhəd Həzrə kəndi yaxınlığında Azərbaycana qanunsuz keçmək istəyən vəhabilərlə qrşı əməliyyat keçirilib.
Qusar rayon prokuroru Vamiq Əsədov Trend News-a bildirib ki, hadisə zamanı Daxili Qoşunların bir əsgəri öldürülüb. Prokuror hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyib. O, hadisənin kim tərəfindən törədildiyinin məlum olmadığını, hadisəni törədən şəxslərin qaçdığını deyib.
Öldürülən əsgər Bakının Binəqədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmış, müddətdən artıq hərbi xidmətdə olmuş 23 yaşlı Əli Yolçuyevdir.
Daxili Qoşunların mətbuat xidmətindən həmin ərazidə əməliyyat keçirildiyi təsdiqlənib. Lakin hadisə ilə bağlı əlavə məlumat verilmir.
http://news.trendaz.com/index.shtml?show=news&newsid=1282986&lang=AZ
Əvvəlki məqalə: Azərbaycanın şimal bölgəsinə daxili qoşunların hissələri yeridildi, təxribatçı yaraqlıların axtarışı səmərə vermir
Sonrakı məqalə: DAK həmsədrləri Güney Azərbaycanın ayrıca bayrağının təqdim olunması ilə bağlı bəyanat verib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3591
