Vəfa Quluzadə: “AMERİKA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMIR”
Vəfa Quluzadə: “Bakı Brayzanın vəzifədən çıxarılmasını tələb etməlidir”
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın növbəti antiazərbaycan mövqeli bəyanatı Qarabağın ilhaqına hüquqi don geyindirilməsi istiqamətində məxfi planların mövcudluğu barədə narahatlıqları bir az da artırdı.
Diplomatın “Dağlıq Qarabağ sakinləri müstəqil olmaq, yoxsa Azərbaycanın tərkibinə qayıtmaq barədə özləri qərar verəcəklər” deməsi, bununla da işğala və işğalçıya haqq qazandırması təbii ki, sakit qarşılana bilməz. Özü də bu açıqlamanın srağagün Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlardan sonra verilməsi müəmma doğurur. Qeyd edək ki, Brayza Dağlıq Qarabağda referendumun olacağını və regionun statusunun orada müəyyən ediləcəyini əminliklə söyləyib. Azərbaycan rəsmiləri
daim Dağlıq Qarabağın statusunun referenduma çıxarılması ilə bağlı açıqlamaları təkzib ediblər. Ancaq nədənsə Brayzanın bu açıqlaması sükutla qarşılanır. Rəsmi Bakı bunun qarşılığında diplomata və onun ölkəsinə sərt təpki göstərməkdənsə, müəmmalı sükut nümayiş etdirir. Dünən bütün cəhdlərimizə baxmayaraq, xarici siyasət idarəsinin mövqeyini ala bilmədik.
Yəqin ki, Brayzanın açıqlaması Abxaziya separatçılarının lideri Sergey Baqapş kimi, Qarabağın separatçı rəhbərliyini də xeyli ruhlandıracaq və təcavüzkar tərəf daha da azğınlaşacaq. Məsələnin digər tərəfi var ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, Brayzanın mövqeyi bunun əksini diqtə edir. Ancaq fakt odur ki, ABŞ Abxaziya və Cənubi Osetiyada, hətta Dnestryanı münaqişələrlə bağlı analoji mövqe sərgiləmir. ABŞ-ın dövlət katibi Kondoliza Rays Gürcüstana qarşı Rusiya təhdidinə cavab olaraq
Tiflisə gəldi və ölkənin ərazi bütövlüyünə açıq dəstək verdi. Ancaq Azərbaycana gəldikdə ABŞ, Fransa və Rusiya ilə birgə BMT-də ölkəmizin ərazi bütövlüyünün əleyhinə səs verməklə əslində gerçək mövqeyini sərgilədi. O zaman ABŞ rəsmiləri belə iddia etdilər ki, guya münaqişədə bitərəf mövqe tutduqlarını sərgiləmək üçün ərazi bütövlüyümüzü dəstəkləməyiblər. Ancaq reallıq odur ki, ABŞ indiyədək Ermənistanı təcavüzkar ölkə olaraq tanımayıb və indi də Brayzanın timsalında onun təmsilçisi təcavüzə bəraət qazandırmağa
çalışır. Məsələnin digər tərəfi var ki, son günlər Beynəlxalq Böhran Qrupu da münaqişə tərəflərinin ictimaiyyəti sülhə hazırlamaqla bağlı çağırış edib. Başqa bəyanatlarda da Azərbaycanın təslimçiliyə imza atması istiqamətində hazırlıqların görüldüyü müşahidə olunur.
Politoloq Vəfa Quluzadə bildirdi ki, əgər Brayzanın bu günədək dedikləri hamısı həqiqət olsaydı, o zaman onun növbəti açıqlamalarına da inanmaq olardı: “Ancaq Brayza, Harniş və başqa amerikalı diplomatlar zaman-zaman min cür bəyanatlar veriblər ki, onların da heç biri doğrulmayıb. Əgər Qarabağ ermənilərinə referendum haqqı verilirsə, bunu Azərbaycan rəsmiləri verməlidir. Azərbaycan rəsmilərinin isə heç biri bu barədə açıqlama vermir və verə də bilməz. Çünki Qarabağ ermənilərinə referendum haqqı vermək bütün beynəlxalq
qanunların pozulmasıdır. Eyni zamanda Azərbaycan üçün açıq-aydın təslimçilikdir. Bu, o deməkdir ki, Azərbaycan Qarabağı vermək niyyətindədir, amma ona don geyindirmək istəyir. Brayzanın dilə gətirdiyi sözləri yalnız dəli deyə bilər. Rus dilində belələrinə ”sumasşedşiy" deyirlər. Xahiş edirəm ruscasını da yazın ki, qoy Brayza da başa düşsün".
V.Quluzadə ABŞ diplomatının mövqeyini elə Vaşinqtonun mövqeyi sayır: “İşğalçı və təcavüzkara necə haqq vermək olar? Belə çıxır ki, bu boyda oyunlar oynamaqdansa, Azərbaycan parlamenti Dağlıq Qarabağın ermənilərə verilməsi barədə qərar qəbul etsin və məsələ bitsin. Fakt budur ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmir. BMT-nin qərarlarında da var ki, Dağlıq Qarabağın statusu yalnız Azərbaycan torpaqları işğaldan azad olunandan sonra müəyyənləşə bilər. Burda Dağlıq Qarabağın da işğaldan azad olunması tələb
olunur. Niyə bunlar yerinə yetirilmir? Elə isə Azərbaycana qarşôôôôôôôôôıô ôôsoyqırım edənləri mükafatlandıraôn Amerikanın nə ixtiyarı var ki, Miloşeviç ya Milaciçi soyqırımda ittiham etsin? Əgər Brayza bu sözləri deyibsə, deməli, ermənilərə mükafat vermək istəyir”.
Ancaq V.Quluzadə inanmır ki, Azərbaycan hökuməti referendum oyununa getsin: “İnanmıram ki, buna razılıq verilsin. Azərbaycan rəhbərliyi lazım bilsə, Amerika hakimiyyətindən tələb etməlidir ki, Brayzanı vəzifədən kənar etsin. Ona görə ki, o, Azərbaycanın əleyhinə təxribat xarkterli bəyanatlar verir”.
Cavid TURAN
("Yeni Musavat" qəzeti)
Sonrakı məqalə: Mirzə Xəzər: Gözün aydın Azərbaycan müxalifəti, ABŞ və Rusiya İlham Əliyevin yenidən prezident seçilməsinə razılıq verib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3394
