Mirzə Xəzər: Gözün aydın Azərbaycan müxalifəti, ABŞ və Rusiya İlham Əliyevin yenidən prezident seçilməsinə razılıq verib
Gözünüz aydın, Azərbaycan müxalifətçiləri! Sevinin! Gözünüz aydın, Azərbaycan seçiciləri! Gözün
aydın, Azərbaycan demokratiyası! Gözlərinizin ikisi də aydın olsun, Azərbaycan demokratları! 2003-cü ilin sentyabr ayından bu yana başınıza gələn (gətirilən) müsibət silsiləsinin nə axırı görünür, nə də sonu...
Gözünüz aydın olsun. Prezident seçkisinin nəticəsi hələ seçki keçirilmədən artıq indidən məlumdur. Mübariz Əhmədoğlu iddia edir ki, ABŞ və Rusiya İlham Əliyevin yenidən prezident seçilməsi məsələsində yekdil mövqe nümayiş etdirirlər. Bu iddiaya şübhə etmək olarmı? Şübhə etmək olardı, amma şübhə etməsək yaxşıdı. Əvvələn ona görə şübhə etməmək lazım gəlir ki, Mübariz Əhmədoğlunun fikrində zərrə qədər qüsur yoxdur. Digər tərəfdən ona görə şübhə etməmək məsləhətdir ki, Azərbaycanda şübhə etmək təhlükəli sənətdir. Şübhə demokratiya və plyuralizmin təcəssümüdür. Şübhə demokratiya və plyuralizmin qəlbidir, ürəyidir, canıdır... Şübhə yoxdursa demokratiya da, plyuralizm də ürəksiz və cansızdır. Ürəksiz və cansız demokratiya və plyuralizm isə ölüdür, yoxdur... Gözün aydın, Azərbaycan, çünki son 16 ildə dünyaya o qədər yeni fenomenlər bəxş etmisən ki indiki fenomen daha heç kimi təəccübləndirə bilməz!
Gözünüz aydın, əziz oxucular!
Əvvəlki məqalə: Vəfa Quluzadə: “AMERİKA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIMIR”
Sonrakı məqalə: Salam çox hörmətli, sayğılı, fədakar Mirzə Xəzər müəllim,
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3395