Sərhəd Xidmətinin əsgəri özünü asıb
Ölümündən əvvəl atasına hər şeyin yaxşı olduğunu deyən əsgərin ölüm xəbəri valideynləri şoka salıb
Azərbaycan Ordusunun daha bir əsgəri ölüb. ANS Press-in məlumatına görə, hadisə iyulun 29-dan 30-na keçən gecə Biləsuvar rayonunda yerləşən Dövlət Sərhəd Xidmətinə məxsus hərbi hissələrdən birində baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Zamiq Səməndər oğlu Səfərov özünü qulluq etdiyi hərbi hissədə asıb. Əsgərin atası Səməndər Səfərovun verdiyi məlumata görə, oğlu məzuniyyətdə olub. Iyulun 27-də isə yenidən hərbi hissəyə qayıdıb. Iyulun 29-da axşam saat 19 radələrində valideynləri ilə telefon əlaqəsi saxlayıb və hər şeyin yaxşı olduğunu deyib. Səhər isə əsgərin dayısına hərbi hissədən zəng edərək hadisə barədə məlumat verilib. Əsgər atası bundan sonra hərbi hissə ilə əlaqə saxlayıb. Fakt təsdiqlənsə də, onlara hadisənin nə vaxt və hansı şəraitdə baş verməsi heç nə açıqlanmayıb.ÿ Qeyd edək ki, Zamiq Səfərov 2007-ci ilin iyul ayında Suraxanı rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmışdı.
("Azadlıq" qəzeti)
Əvvəlki məqalə: Əziz Mirzə müəllim salam,
Sonrakı məqalə: Səbuhi Hacıxanlı: Sənə bəy deməyə gəlməyir dilim, desəm doğra onu sən dilim-dilim
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3383