Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Moskvalı sahibkar Telman Ismaylov “Antalyaspor” futbol komandasını alırmı?

Mirzə Xəzər 24 İyl 2008

no comments

Türkiyənin “Haberler.com” internet xəbər portalı “Palhaber” internet saytına istinadən “Türkcell Süper Lig”in yeni komandası olan “Antalyaspor”un tanınmış moskvalı sahibkar, “AST” qrupunun prezidenti Telman İsmaylov tərəfindən alınacağı barədə iddiaların dolaşdığını yazır. Eyni mənbəyə görə, bu xəbər “Antalyaspor” komandasının azarkeşlərinin etirazına səbəb olub. Onlar futbol klubunun əcnəbilərə satılmasına qarşı olduqlarını bildiriblər. Tərəfdarlar, komanda Telman İsmaylova satıldığı halda, “Antalyaspor”un oyunlarını boykot edəcəklərini bildiriblər. Onların sözlərinə görə, “Antalyaspor” antaliyalıların komandası olaraq qalmalıdır.

“Anadolu Ajansı” moskvalı milyarder ailesinin “Antalyaspor” komandasına çoxdan sponsorluq etdiyini xəbər verir. Lakin agentlik klubun Telman İsmaylov tərəfindən alınacağı barədə söylənən iddialara toxunmur. “Antalyaspor”un prezidenti Sedat Peker bu ilin iyun ayında "Anadolu Ajansı"na verdiyi müsahibəsində, Telman İsmaylovun 2007-ci ildə “Antalyaspor”a 1,5 milyon dollar yardım verdiyini bildirmişdir.

(“Mirzə Xəzərin Səsi” saytı)

Əvvəlki məqalə: ETTELAAT-ın Təbrizdəki idarəsinin əməkdaşları Səhənd Universitetinin iki fəal tələbəsini yaşadıqları mənzillərdən tutub aparıblar

Sonrakı məqalə: Beynəlxalq Valyuta Fondu: “Azərbaycan fəlakət astanasındadır”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3376

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin