Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

TƏBRİZDƏ DÖRD FƏAL TUTULUB

Mirzə Xəzər 18 İyl 2008

no comments


2008-07-18 - 18:45:00


İyulun 17-də saat 12 radələrində ETTELAAT əməkdaşları üç təbrizli fəalı (Səccad Radmehr, Aydın Xacei və Fəraz Zehtab) həbs edərək naməlum istiqamətə aparıblar.

«Media forum» saytının məlumatına görə, fəallar Təbriz Universitetinin qapısında tutulublar. Bir saat sonra isə onların evində axtarış olub.

Hər üç şəxs 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq may-iyun aylarında keçirilən aksiyalara qatıldıqları üçün dəfələrlə xəbərdarlıq almış, bir neçə semestr təhsildən məhrum edilmişdilər.

İyulun 17-də Azərbaycan milli hərəkatının fəal üzvü, ixtisasca mühəndis olan Daryuş Hatəmi də naməlum şəxslər tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. D.Hatəmi milli zəmində göstərdiyi fəaliyyətə görə əvvəllər bir neçə dəfə həbsə olub.

Sözügedən dörd təbrizli fəalın harda saxlandığı bilinmir.


«Media forum»

Əvvəlki məqalə: DAK həmsədri Firudin Pərvizniya İsveçdə səfərdədir

Sonrakı məqalə: Ələkbər Məmmədov: “Cəzasızlıq mühiti hökm sürdükcə, belə hallar davam edəcək”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3371

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin