Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Surxay Bilaloğlu: Koroğlu Uverturası və Mirzə Xəzərin Səsi

Mirzə Xəzər 07 İyl 2008

no comments


[2004-02-16 21:51]

mirze_xezer

Surxay Bilaloğlu: 2 sentyabr tarìxdə "Azadlıq" radìosunun Azərbaycan şöbəsìnìn rəhbərì Mìrzə Xəzər tutduğu vəzìfədən kənarlaşdırıldı. Qəfìl xəbər tanınmış jurnalìstì sarsıtdı. "Azad Avropa"dan alınan bəd xəbər qanları dondurdu, ìnsanları çaşdırdı. Tanınmíş jurnalìstìn halí, telejurnalìst Orxan Fìkrätoğlunun da etìraf etdìyì kìmì, çaşqínlíğa səbəb oldu.

Surxay Bilaloğlu: 2 sentyabr tarìxdə "Azadlıq" radìosunun Azərbaycan şöbəsìnìn rəhbərì Mìrzə Xəzər tutduğu vəzìfədən kənarlaşdırıldı. Qəfìl xəbər tanınmış jurnalìstì sarsıtdı. "Azad Avropa"dan alınan bəd xəbər qanları dondurdu, ìnsanları çaşdırdı. Tanınmíş jurnalìstìn halí, telejurnalìst Orxan Fìkrätoğlunun da etìraf etdìyì kìmì, çaşqínlíğa səbəb oldu. Bu həmìn Mìrzə Xəzər ìdì kì, ìmperìya qoşunları 1990-cı ìlìn qanlı yanvarında Bakı küçələrìnì qana bələyəndə, dünyanın gözü kor, qulağí kar olduğu bìr vaxtda gecənì gündüzə qatíb, qana çalxalanmíş Azərbaycan dərdìnì dünyaya car çəkìrdì. O vaxt mübalìğəsìz demək olar kì, Azərbaycan "Azadlíq"la nəfəs alır, dərdìnì ancaq Mìrzə Xəzərə söyləyìrdì.

Ancaq kìm bìlərdì kì, bu qanlí hadìsədən 13 ìl sonra xalqínín dərdìnì öz dərdì bìldìyìnə görə ona bu fədakarlíğı bağışlamayanlar tapílacaq. Və nə qədər qərìbə də olsa, bu böyük ìnsanín haqlarí qanunlarín ìşləmədìyì Azərbaycanda və başqa bìr ölkədə yox, "Azad Avropa"nín göbəyìndə tapdandí. Atalar demìşkən, "El üçün ağlayan kor olar". Bìlmìräm başqa xalqlarda da belə məsəl var, ya yox, etìraf etməlìyìk kì, bìz çox zaman el üçün ağlayanlara həyan olmamışıq. Elə ìndì də belədìr. Bəlì, mìlyonlar bu xäbärì kädärlä qaråíladí. Çünkì bìr çoxlarína görə, Mìrzə Xəzər tək 1990-cí ìl hadìsələri zamanı fədakarlığına görə mìlyonlarín qəlbində özünə yer etmìşdì. Ancaq bu bəd xəbərdən sevìnənlər də yox deyìl. Çünkì belələrì Bakı küçələri qanlí yanvarda qana bələnəndə bu qandan necə lazímdír bəhrələnìb. O zaman onlar Azərbaycandan kənarda hakìmìyyətə gəlmək planlarínín konturlaríní cízírdílar. Necä kì, adínda xalq sözü dä olsa, xalqa heç bìr däxlì olmayan "Xalq qäzetì"nìn yazarí sevìncìnì gìzlätmìr. Və milyonların tapındığı bir radioya, onun rəhbərinə nifrətlər yağdırır. Çalışır ki, öz böhtanlarıyla ağalarının räõbätìnì qazansín. Bəlì, bu gün həqiqətin ağzına daş basanların uğurlu günüdür. Çünki bu ìnsanlar Mìrzə Xəzər dühasının yaratdığı, qurduğu "Azərbaycan susurluğu", "Narkomanìya vä narkomafìya", "Sahibkarlıq və ya sahibsizlik" verilìşlərində öz simalarını görür və onların eybini dünyaya faş edən güzgünü sındırmaq üçün yollar arayırdılar. Nə qədər kì, Avropa, ABŞ Azərbaycana nüfuz etməmìşdir, Mìrzə Xəzər kìmì saf demokrata ehtìyac var idi.

Bu gün isə Azərbaycanın nefti indiki iqtidar tərəfìndən ən güzəştli şərtlər daxilində Qərb ölkələrinə satılır. Bəzi sadəlövhlərsə, hələ də başa düşmək ìstəmirlər kì, onları maraqlandíran Azärbaycan xalqının taleyì yox, onun təbii sərvətləridir. Onların bu marağını ìsə indiki ìqtìdar artıqlamasıyla ödəyir. Beləliklə, on ildən artıq müddət ərzində xalqımıza söylənən demokratìya nağılları bu neft səltənətində şirin bir röyaya çevrildi. Bu gün səkkìz mìlyonluq xalqımız sínaq qarşısındadır. Görəsən bu xalq 13 ìl əvvəl təkbaşına sinəsini xalqının dərdinə sipər edən, göz yaşlarını xalqının məşəqqətli günündə qəlbinə axıdaraq, gilə-gilə sağlamlığını itirən bir insanın haqqını ödəyə biləcəkmi? Onun pozulmuş haqlarının bərpası istiqamətində öz iradəsini ABŞ Konqresi, "Azad Avropa" qarşısında ortaya qoya biləcəkmi? Nəhayət, Azərbaycan xalqı bu sınaqdan alnıaçıq çıxa biləcəkmi? Yoxsa Mìrzə Xəzərin də taleyi, Qarabağın taleyi kimi əli hər yerə çatan ìqtìdar tərəfindən şər-böhtanla unutdurulmağa çalışılacaq. Sonda ìsə sözüm "Azadlíq" radiosunun daimi dinləyicilərinədir.

Özünüzü yormayın, siz bir daha başlanğıcda və sonda ölməz Üzeyirin "Koroğlu" operasındakı möhtəşəm uvertüradan sonra Mìrzə Xəzərin ürəyəyatımlı səsini eşidə bilməyəcəksiniz.

Çünki artıq sizin tanıdığınız "Azadlıq" mövcud deyil. Mövcud olan, sadəcə, "Azad Avropa" və "Azadlıq" radìoları Korporasìyasının Azərbaycan iqtidarının zövqünə hesablanmış bìr proqramdır. O gözəl səsi bìr daha eşitmək ümidilə, haqqın təntənəsinə ümidlə,

Surxay Bilaloğlu

Əvvəlki məqalə: ƏLİ İNSANOVUN VƏKİLLƏRİ AVROPA MƏHKƏMƏSİNƏ MƏKTUB YAZIBLAR

Sonrakı məqalə: Mehdi Məmmədov

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3351

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin