Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ƏLİ İNSANOVUN VƏKİLLƏRİ AVROPA MƏHKƏMƏSİNƏ MƏKTUB YAZIBLAR

Mirzə Xəzər 07 İyl 2008

no comments


2008-07-07 - 15:45:00

insanov_resotka
Sabiq səhiyyə naziri Əli İnsanovun vəkilləri onun 13 saylı cəzaçəkmə müəssisəsində ağır şəraitdə saxlandığını iddia edərək Avropa İnsan Haqları Məhkəməsinə məktubla müraciət ediblər.


Vəkil Toğrul Babayev «Turan» agentliyinə bildirib ki, məktuba Avropa Şurasının qətnaməsi də əlavə olunub: «Sənəddə 11 siyası məhbusun, o cümlədən Əli İnsanovun adı çəkilir. Qətnamədə həmçinin Əli İnsanovun 13 saylı cəzaçəkmə müəssisəsində heç bir normal şəraiti olmayan, daimi elektrik, su və qazla tımin edilməmiş 28 nəfərlik barakda saxlandığı göstərilib».

Sabiq səhiyyə naziri bundan öncə həbsinin qanunsuz olması iddiası ilə Avropa Məhkəməsinə müraciət etmişdi. Artıq həmin şikayət Avropa Məhkəməsində icraata götürülüb.

Sabiq nazir 2005-ci ilin oktyabrında həbs olunub. Dövlət əmlakını mənimsəmə, rüşvət alma və s. ittihamlarla 11 il azadlıqdan məhrum edilib. Ə.İnsanov ittihamla razılaşmır və özünü siyasi məhbus hesab etdiyini bildirir.

("Media Forum")

Əvvəlki məqalə: Xaliq Bahadır: Əliyevçi rejimin demokratiya dialektikası

Sonrakı məqalə: Surxay Bilaloğlu: Koroğlu Uverturası və Mirzə Xəzərin Səsi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3350

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin