Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

VƏKİLİN SÖZLƏRİNƏ GÖRƏ, NOVRUZƏLİ MƏMMƏDOVLA ELMAN QULİYEVƏ HÖKMÜ GİZLİ OXUYUBLAR

Mirzə Xəzər 24 İyn 2008

no comments


2008-06-24 - 16:47:00


Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri, «Tolışi sədo» qəzetinin baş redaktoru Novruzəli Məmmədov və «Tolışi sədo»nun məsul katibi Elman Quliyev barəsində hökm çıxarıb. Hakim Şakir Ələsgərovun çıxardığı hökmə görə, N.Məmmədov 10 il, E.Quliyev isə 6 il azadlıqdan məhrum edilib. Hər iki şəxs cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məlumatı «Media forum» saytına N.Məmmədovun vəkili Ramiz Məmmədov verib. Onun sözlərinə görə, dünən onlara hökmün bu gün saat 15-də oxunacağı barədə məlumat veriblər: «Biz vəd olunan vaxt məhkəməyə getdik və bəlli oldu ki, hökm günün birinci yarısında, mətbuatdan, ictimaiyyətdən gizli şəkildə oxunub».

Vəkil belə bir hökm çıxarılmasını qanunsuz adlandırıb və bununla bağlı mətbuat konfransı keçirəcəyini, müdafiəni axıra qədər təşkil edəcəyini deyib: «Hesab edirəm ki, qanunsuz bir hökm verildi. Novruzəli Məmmədovun 20 illik jurnalistlik fəaliyyəti, 41 illik elmi fəaliyyəti heçə endirildi. Heç bir dəyərə, qanuna sığan hərəkət deyil. Hökmün sifarişlə çıxarıldığını iddia edirəm».

N.Məmmədov və E.Quliyev 2007-ci ilin fevralında tutulublar. Onlar Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunurlar. Hər iki şəxs MTN-in təcridxanasında saxlanılıb.


«Media forum»

Əvvəlki məqalə: Elçibəy Azərbaycan siyasətinə ilk növbədə milləti təmənnasız sevmək örnəyini gətirdi

Sonrakı məqalə: Xaliq Bahadır: Əliyevçi rejimin demokratiya dialektikası

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3347

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin