«FREEDOM HOUSE» RUSİYA, AZƏRBAYCAN və QAZAXISTANI ANTİDEMOKRATİYADA BİR SIRAYA QOYUB
2008-06-23 - 18:58:00
«Rusiya regionun əsas antidemokratik qüvvəsinə çevrilib və buna səbəb neftlə qazın qiymətindəki artımdır. İctimai institutlar, məhkəmə və KİV təhlükə altındadır». «Turan»ın məlumatına görə, ABŞ-ın «Freedom House» insan haqları təşkilatının bu gün dərc olunmuş məruzəsində belə deyilir.
Təşkilat hesab edir ki, Rusiya ilə yanaşı, Qazaxıstan və Azərbaycan da tənqidə layiqdir: «Son on ildə hər üç ölkənin iqtisadi inkişafı enerji resurslarına əsaslanıb və ictimai institutların açıqlığı, müstəqilliyinin kəskin tənəzzülə uğramasına gətirib çıxaran yeni avtoritar kapitalizm elitası güclənib».
Məruzəyə əsasən, bu ölkələrdə dövlət hakimiyyəti, sənaye bosları və təhlükəsizlik xidmətlərindən idarət «dəmir üçbucaq» seçki prosesinin tənəzzülünə, siyasi rəqiblər və KİV üzərində nəzarətin güclənməsinə nail olub: «Nüfuzlu müstəqil səslər batırılıb, ölkə rəhbərliyinin tərslik və sui-istifadəsini məhdudlaşdıra bilmir».
(Media Forum)
Əvvəlki məqalə: Belçika paytaxtı Brüsseldə Dünya Azərbaycanlıları və Demokratik Dünya Azərbaycanlıları konqreslərinin birlik qurultayı yekunlaşıb
Sonrakı məqalə: Elçibəy Azərbaycan siyasətinə ilk növbədə milləti təmənnasız sevmək örnəyini gətirdi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3345