Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

EMİN HÜSEYNOV: «MÜALİCƏ EFFEKT VERMƏSƏ, XARİCƏ GEDƏCƏM»

Mirzə Xəzər 18 İyn 2008

no comments


2008-06-18 - 16:31:00


Kliniki Tibbi Mərkəzdə müalicə alan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov «Media forum» saytına bugünkü açıqlamasında vəziyyətinin kafi olduğunu deyib: «Bu gün bir az qida qəbul edə bilmişəm. Ancaq başımda, boynumda ağrılar hələ qalır. Bu gün həkimlər yenidən müayinədən keçiriblər. Müalicə effekt verməsə, xaricə gedəcəm».

İyunun 14-də paytaxtdakı «Alaturka» kafesində Çe Gevaranın 80 illiyi mərasimi dağıdılarkən Nəsimi rayon 22-ci polis bölməsinə aparılan və təzyiqə məruz qaldığını bildirən E.Hüseynov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovun son açıqlamasına münasibət bildirib: «Hələ yaxşı ki, mənim yıxılıb zədələndiyimi deyirlər. İlk gün nazirlik sözçüsü «Azadlıq» radiosuna açıqlamasında özümün özümə zədə yetirdiyimi demişdi. Yenə vicdanlı çıxıblar».

RATİ sədri bu açıqlamanın onu döyən polis əməkdaşının məsuliyyətdən azad edilməsi üçün verildiyini deyib: «Bunu təbii sayıram. Mənə qoyulan «nevrostonik reaksiya» diaqnozu ilə razılaşmıram. Həmin diaqnozu qoyan həkim ortaya çıxsın, görüm o məni müayinə edib, ya yox. Bu həmin tibb ekspertizadır ki, Qənimət Zahid barəsində, Vüsal Həsənov barəsində saxta ekspertiza rəyi verdi. Onlardan başqa nə gözləmək olar ki?»

E.Hüseynov bildirib ki, Çe Gevara ilə bağlı tədbirə jurnalist kimi dəvət olunub: «Tədbirdə iştirak edənlərdən yalnız bir nəfəri yaxından tanıyıram - yazıçı Həmid Hersçini. Polislər tədbirdə əvvəl hamının şəxsiyyət vəsiqəsini yoxlayırdı, kimin yoxdursa, onu bölməyə aparırdı. Şəxsiyyət vəsiqəmin üstümdə olmasına baxmayaraq bölməyə aparıldım. Çünki tədbirdən çəkiliş aparmışdıq ki, videolent kimi saytımıza yerləşdirək. Deyirlər ki, polislər əvvəl xəbərdarlıq ediblər. Onlar heç bir xəbərdarlıq etmədilər. Polislərin tədbiri dağıdılmasını RATİ-nin üç əməkdaşı işıqlandırırdı. Əgər bu üç əməkdaş olmasaydı, həmin tədbirdə iştirak edən uşaqların əksəriyyətini ən azı 4-5 günlük həbs edəcək, incidəcəkdilər».

RATİ sədrinin bildirdiyinə görə, polislər kafeyə daxil olan zaman çəkilişlə məşğul olub. Əməliyyata rəhbərlik edən şəxsin göstərişi ilə polis əməkdaşları məni döyə-döyə, başıma vura-vura maşına apardılar. Hər dəfə «mən jurnalistəm» dedikcə daha çox zərbələr endirirdilər».


«Media forum»

Əvvəlki məqalə: Döyülən jurnalist hələ də reanimasiyadadır

Sonrakı məqalə: Seymur Həziyev: "Qurtuluş" düyünü

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3342

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin