Beynəlxalq Amnistiya Təşkilatı bəyanat yayaraq həbsdə saxlanan yüzlərlə güneyli fəala işgəncə verilməsindən narahat olduğunu qeyd edib
BEYNƏLXALQ AMNİSTİYA TƏŞKİLATI HƏBSDƏ SAXLANAN GÜNEYLİ FƏALLARLA BAĞLI BƏYANAT YAYIB
2008-06-06 - 18:58:00
Beynəlxalq Amnistiya Təşkilatı bəyanat yayaraq həbsdə saxlanan yüzlərlə güneyli fəala işgəncə verilməsindən narahat olduğunu vurğulayıb. Bu fəallar 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturaya etiraz aksiyalarının ikinci ildönumündə həbsə salınıblar.
«Media forum» saytının məlumatına görə, bəyanatda Güney Azərbaycanın milli-mədəni hüquqları uğrunda mübarizə aparan bir neçə fəalın adları da verilib: «Həsən Əsədi (2008-ci il may ayının 22-də ETTELAAT əməkdaşları tərəfindən tutularaq naməlum istiqamətə aparılıb. Onun bu günə qədər harada saxlandığı bilinmir); Əli Sədiqi (ETTELAAT əməkdaşları mayın 16-da onu iş yerində tutaraqözləri ilə aparıblar. Onlar daha sonra fəalın evini yoxlayaraq onun şəxsi vəsaitlərini, o cümlədən də kompüterini, kitablarını, CD-lərini və əlyazmalarını müsadirə ediblər); Höccət Tarıverdiyan (Mayın 21-də Təbrizdə aksiya zamanı tutulub. Hazırda Təbrizdə ETTELAAT zindanında saxlanılır); Əmir Məhəmməd Bənai Sadiq və Əhəd Rəzəvi (Evdə əhalini aksiyalara çağıran yazılı vərəqələr çap edərkən tutulublar. Həbsdən buraxılan bir sıra fəalların dediyinə görə, onların hər ikisinə müxtəlif ağır işgəncələr verilib. ETTELAAT zindanının rəhbərliyi onların həkimə müraciət etməsinə mane olur); Əkbər Hüseynzadə (Mayın 19-da Təbrizdə öz mağazasında ETTELAAT əməkdaşları tərəfindən tutulub. ETTELAAT əməkdaşları onun mağazadakı 4 kompüterini, CD-lərini, kitablarını və digər şəxsi vəsaitlərini də müsadirə edərək özləri ilə aparıblar. Ailəsi nə qədər çalışsa da, onun harada saxlanmasını öyrənə bilməyib)».
Beynəlxalq Amnistiya Təşkilatı həbsdə saxlanan fəalların durumundan narahat olduğunu bildirərək onların dərhal azadlığa buraxılmasını tələb edib.
«Media forum»
Əvvəlki məqalə: Xaliq Bahadır: Işğal altındakı Azərbaycan
Sonrakı məqalə: Prokuror Novruzəli Məmmədova 12 il iş istədi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3333