Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Leyla Yunus: «Biz indi Özbəkistanın 1999 və 2000-ci illərini yaşayırıq»

Mirzə Xəzər 05 İyn 2008

no comments

Özbəkistan Raysın müavininin belə sözünü eşitdi

Azərbaycan hakimiyyəti isə heç kimi vecinə almamaqla azad olduğu görünütüsünü yaratmağa çalışır Özbəkistanda Əndican hadisələrində həbs olunanların hüquqlarını müdafiə etdiyinə görə özü də dəmir barmaqlıqlar arasına salınan hüquq müdafiəçisi Mötəbər Tacıbəyova azadlığa buraxılıb. Ona verilən 8 illik azadlıqdan məhrum etmə cəzası 3 il şərti cəza ilə əvəzlənib. Maraqlı hal odur ki, ABŞ dövlək katibi Kondaliza Raysın köməkçisi Riçard Bauçer Daşkənddə səfərdə olarkən Özbəkistan prezidenti Islam Kərimovdan onun azadlığa buraxılmasını xahiş edib. Özbəkistan Azərbaycandan da qat-qat avtoritar rejim sayılsa da, Bauçerin bir sözündən Islam Kərimov daşı ətəyindən tökdü və siyasi məhbus sayılan hüquq müdafiəçisini azad etdi. Amma Azərbaycanda siyasi məhbuslarla, o cümlədən həbsdə olan jurnalistlərlə bağlı bütün dünya narahatçılığını bildirib. Məsələ ABŞ prezidenti Corc Burş səviyyəsində qaldırılsa da, Azərbaycan hakimiyyəti siyasi məhbusların azadlığa buraxılması haqqında heç bir addım atmayıb.

Sülh və Demokratiya Institunun direktoru, huquq müdafiəçisi Leyla Yunusun sözlərinə görə, 2005-ci ildə Özbəkistanda insan hüquqları dəhşətli halda pozulsa da, Buş administrasiyası Islam Kərimova gözün üstdə qaşın var demədi: “Səbəbi də o idi ki, Özbəkistanda ABŞ-ın hərbi bazaları vardı. Amma 2005-ci il Əndican hadisələrindən sonra vəziyyət tamamilə dəyişildi. Özbəkistanda demokratik müxalifət QHT-lər, müstəqil jurnalistlər üstünlük təşkil etdi. O vaxt Islam Kərimova şərait verildi ki, demokratik müxalifəti yox etsin. Əndican hadisəsində çoxlu sayda insan öldürüldü. Bundan sonra, yəni 2005-ci ildən ABŞ-la Özbəkistan əlaqələri pozuldu. Bu vaxtdan 3 il keçdi. Indi isə Islam Kərimov hesab edir ki, ABŞ-la əlaqəni gücləndirməlidir. Buna görə də ABŞ-ın müraciətini qəbul etməli olur, xoş iradə nümayişi etdirməklə siyasi iradəsini göstərir. Bu addım sırf ABŞ və Özbəkistan əlaqəlirinin düzəlməsinə yönəlib”. Azərbaycana gəldikdə isə L.Yunus hesab edir ki, hakimiyyət Özbəkistanın yolu ilə gedir: “Xatırladım ki, Azərbaycanda olan siyasi hadisələr hesabatlara yazılır. Amma Azərbaycan iqtidarı bunlara fikir vermir. Əksinə müxalifəti əzir, söz və mətbuat azadlığını tapdalayır, insan hüquqlarını kobud şəkildə pozur. Bu elə vəziyyətə gətirib çıxaracaq ki, tamamilə Özbəkistanın yolu ilə gedəcəyik. Indi Azərbaycanda Özbəkistanın variantının birinci pilləsidir. Yəni onların 1999-cu və 2000-ci illərini yaşayırıq. Inanmıram ki, kiminsə müraciəti əsasında Azərbaycanda kimisə azad etsinlər. Azərbaycan hakimiyyəti 100 faiz əmindir ki, ABŞ və Avropa Birliyinə neft, qaz və geopolitika lazımdır. Ona görə də, onlar indiki iqtidarı dəstəkləyirlər. Azərbaycan hakimiyyətinin fikri siyasi məhbusları azad etmək yox, diktatura yaratmaqdı. Yeganə üsul olaraq vətəndaşları qorxu içində yaşatmağa çalışırlar. Bunun üçün də, məhkəmə və prokurorluğu əlində ”alət" edərək vətəndaşları döymək, əzmək və həbs etmək yolu ilə digərlərinə “dərs” nümayiş etdirirlər". Hüquq müdafiəçisi L.Yunus son günlərdə siyasi dustaqlarla bağlı Azərbaycan, Gürcüstan və Ermənistan üzrə xüsusi hesabat hazırlandığını bildirdi. Həmin hesabatda 3 ölkə arasında Ermənistan birincilik təşkil edir. Belə ki, siyasi dustaqların sayı Ermənistanda 192, Azərbaycanda 60, Gürcüstanda isə 26 nəfərdir.

Hikmət

("Azadlıq" qəzeti)


Əvvəlki məqalə: ADAPP İran rəsmilərini Sərbəst Toplaşma Azadlığına hörmət etməyə çağırır

Sonrakı məqalə: Xaliq Bahadır: Işğal altındakı Azərbaycan

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3331

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin