RƏSULZADƏNİ ANARKƏN TUTULAN GƏNCLƏRİN ƏL İZLƏRİNİ GÖTÜRÜB, FOTOŞƏKİLLƏRİNİ ÇƏKİBLƏR
2008-05-29 - 11:33:00
Mayın 28-də Məmmədəmin Rəsulzadənin xatirəsini yad etmək üçün Kukla Teatrının qarşısındakı parka əklil qoyarkən tutulan və paytaxtın 9-cu polis bölməsində dörd saat saxlanandan sonra buraxılan gənclərin bölmədə əl izləri götürülüb və fotoşəkilləri çəkilib. «Trend»in məlumatına görə, gənclərdən izahat alınmayıb.
Kukla Teatrının qarşısındakı parkda Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən biri Məmmədəmin Rəsulzadənin heykəli ucaldılmalıydı. Ancaq sonradan orda fəvvarə qurulub. Gənclər öz aksiyaları ilə buna etirazlarını ifadə etmək istəyiblər. Saxlananlar «Dalğa», «Ol», «AN» hərəkatı və müxalifət partiyalarının qeyri-rəsmi «Biz» koalisiyasının bir qrup üzvü olublar.
(Media Forum)
Əvvəlki məqalə: Demokratik Dünya Azərbaycanlılari Konqresinin 21 may Təbriz hadisələrinin ildönümü ilə əlaqədar müraciəti
Sonrakı məqalə: ADAPP İran rəsmilərini Sərbəst Toplaşma Azadlığına hörmət etməyə çağırır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3329