Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

1992-ci il mayın 18-də Ermənistanın ələ keçirdiyi Laçın rayonunun işğalından 16 il ötür

Mirzə Xəzər 16 May 2008

no comments

LAÇININ İŞĞALINDAN 16 İL ÖTÜR
2008-05-16 - 19:28:00


1992-ci il mayın 18-də Ermənistanın ələ keçirdiyi Laçın rayonunun işğalından 16 il ötür.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov AzərTAc-a bildirib ki, Laçının müdafiəsi zamanı 262 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və əlil olub, 871 uşaq yetim qalıb.

O bildirib ki, 1885 kvadratkilometr sahədə yerləşmiş 1 şəhər, 1 qəsəbə və 125 kənddə müharibəyə qədər 63 min nəfər əhali yaşayıb: «Laçın rayonunun ərazisinin 34877 hektarını nadir ağac növləri ilə zəngin meşələr tuturdu. İşğal nəticəsində 30 mindən artıq fərdi tikinti, 142 inzibati bina, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 152 təhsil, 142 səhiyyə, 247 mədəni-maarif müəssisəsi və kinoteatr, 4 muzey, 450 ticarət məntəqəsi və sair mənimsənilib, əhalinin şəxsi mal-mülkü, həmçinin ictimai təsərrüfatların böyük miqdarda varidatı talan edilib. Laçın rayonuna 7 milyard ABŞ dollarından çox məbləğdə ziyan dəyib».


İcra başçısı deyib ki, laçınlılar ölkənin 50-dən artıq rayonunda məskunlaşıblar. Rayon icra hakimiyyəti isə Ağcabədidə, laçınlıların çoxluq təşkil etdiyi Taxta körpü adlanan ərazidədir.

«Media forum» xatırladır ki, işğalçı rejim Laçını ələ keçirəndən sonra rayonu Kaşataq adalandırıb, şəhər mərkəzinə isə Berdzor adı verib və bu bölgəni qanunsuz məskunlaşdırır. 1991-ci ildə ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə heç bir dəxli olmayan Laçın keçmiş vilayətin ərazisində silah gücünə yaradılmış qondarma «Dağlıq Qarabağ Respublikası»nın saxta inzabati-ərazi bölgüsünə salınıb.

3 gün qabaq işğalçı Dağlıq Qarabağ rejiminin «baş naziri» Ara Arutyunyan Laçına yeni icra hakimiyyəti başçısı təyin edib.


«Media forum»

Əvvəlki məqalə: Türkiyə hökuməti Azərbaycan hakimiyyətini biabır etdi

Sonrakı məqalə: Elman Mustafazadə Dünya Azərbaycanlıları Aydınlar Birliyinin sədri seçildi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/3325

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin